"Rus sülhməramlıları gizlicə ermənilərə dəstək verirlər" - SİYASİ EKSPERT ŞƏRH ETDİ

"Rus sülhməramlıları gizlicə ermənilərə dəstək verirlər" - SİYASİ EKSPERT ŞƏRH ETDİ

"Rusiya sülhməramlı kontingenti 2020-ci ilin noyabr ayının 10-da üçtərəfli bəyannamədən sonra bu ərazilərə yerləşdirildi". Bu fikirləri SİA-ya açıqlamasında siyasi ekspert Elşad Həsənov bildirib.

Onun sözlərinə görə, artıq 3 ildir ki, sülhməramlılar bizim ərazilərimizdədirlər: "Görürük ki, rus sülhməramlıları gizlicə ermənilərə dəstək verirlər, onlara yardım edirlər, onların silah-sursat daşınmalarına göz yumurlar. Amma əksinə onlar bölgəyə ciddi nəzarət etməli idilər, silah-sursat daşınmasının qarşısını almalı idilər. Hətta Azərbaycanın xəbəri olmadan xarici insanları həmin bölgələrə gətirirlər. Son dövrlər Müdafiə Nazirliyinin xəbərdarlıq etməsinə baxmayaraq Qarabağ ərazisində olan əraziləri öz bildikləri kimi səsləndirirlər. Bunlar isə bizdə qıcıq, əsəb yaradır. Sonuncu dəfə Müdafiə Nazirliyi Rusiya Müdafiə Nazirliyinə müraciət edərək bildirib ki, sülhməramlılar Azərbaycan torpaqlarını erməni adları ilə səsləndirməsin. Yeni müstəvidə Dağlıq Qarabağ sözləri ləğv edilib, Qarabağ İqtisadi zonası var.

Bu günlərdə Dövlət Təhlükəsizlik Xidmətinin rəisinin birinci müavini, general-leytenant Ceyhun Şadlinski bildirib ki, Qarabağa, Xankəndinə Rus sülhməramlılarının əli ilə silah-sursat gətirirlər. Bunlar onu deməyə əsas verir ki, Qarabağda toplaşan revanşist qüvvələr yenidən baş qaldırmaq istəyirlər. İddia edirlər ki, Şuşa onlarındı, Qarabağı geri almaq istəyirlər. Ermənilər bilirlər ki, Dəmir yumruq yerindədi. Biz sülhsevər xalqıq, istəyirik ki, hər şey sülh yolu ilə həll olsun. Paşinyan dəfələrlə sülh müqaviləsinin imzalanmasına razı olduğunu deyib, amma hər dəfə bundan qaçıb. Belə gedərsə bu dəfə biz antiterror əməliyyatı keçirib o dəstələri ya məhv edəcəyik, ya da Azərbaycan ərazisindən çıxardacağıq. Rusiya sülhməramlılarının bu cür hərəkətləri olanları Ermənistana yardım edən qüvvələr kimi tanıdır. Bu yaxın günlərdə Laçın dəhlizinə nəzarəti ələ almalı və antiterror əməliyyatına başlamalıyıq".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə