“Sərhədlərimizdə təxribat planı edənlər bu fikirləri ağıllarından çıxarsınlar” - TÜRKİYƏLİ SİYASİ EKSPERT

“Azərbaycan Prezidenti cənab İlham Əliyev ADA-da çıxışı zamanı “Azərbaycana və Türkiyəyə qarşı sinsi planları olanlar bilsinlər ki, türk ordusu yanlız deyil. Türk ordusu sadəcə Türkiyənin deyil, həm də bizim ordumuzdur. Həmçinin, bizim ordumuz da Türkiyənin ordusudur. Sərhədlərimizdə təxribat planı edənlər bu fikirləri ağıllarından çıxarsınlar” ifadələrindən istifadə edib”. Bu sözləri SİA-ya açıqlamasında türkiyəli politoloq Hakan Aktürk deyib.

Onun sözlərinə görə, Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı konkret ifadələrdən istifadə edən cənab İlham Əliyev “Azərbaycan-Türkiyə münasibətlərindən bəhs etməyə başlasam, bir neçə gün burada olmağımız gərəkəcək. Görüşlərimiz konkretdir. Biz qardaş, dost və müttəfiqik” deyib: “Zatən keçən il Şuşada əldə edilən nəticələri rəsmiləşdirdik. Müttəfiqlik bəyənnaməsini imzalayaraq rəsmi şəkildə müttəfiq olduq. Bu məqamda Azərbaycan-Türkiyə iş birliyinə, ortaqlığa və qardaşlığa dəyər veririk. İş birliyimizin hər sahədə güclənəcəyindən əminəm”.

Hakan Aktürk sözlərinə belə davam edib: “İlham Əliyev, “İki ölkənin sadəcə iqtisadi və sənaye deyil, həm də ordu gücü artır. Bu gün dünya hər iki ölkə üçün bir nömrəli kriteriyanın bu olduğunu görür. Güclü bir silahlı gücünüz yoxdursa, çətin günlər yaşaya bilərsiniz. Biz Türkiyə ilə bir il ərzində 10-dan çox hərbi təlim keçirdik” dedi.

Azərbaycan Prezidenti cənab İlham Əliyev Azərbaycan ordusunun hər şərtlər altında birlikdə hərəkət edəcəyini vurğuladı”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə