MN Ermənistan Müdafiə Nazirliyinə cavab verib

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya noyabrın 26-sı saat 21:30-da Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqeləri istiqamətində müxtəlif çaplı atıcı silahlardan atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil. Bu barədə SİA-ya Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

"Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - məlumatda deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə