"Paşinyan kürsüdə rahat otura biləcəyini düşünür" - POLİTOLOQ ŞƏRH ETDİ
"Rusiya da, Ermənistan da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür və Rusiya öz Qafqaz siyasətini Ermənistanın əli ilə həyata keçirməyə çalışır". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bildirib.
Onun sözlərinə görə, Ermənistan da bir növ həm Putini, həm də Qərbi aldadır: "Paşinyan siyasətçi olmadığı üçün elə düşünür ki, o kürsüdə rahat bir şəkildə otura biləcək. Putinin İrəvana gəlməsində əsas məqsəd rus sülhməramlılarının Azərbaycan ərazisində müvəqqəti yox daimi qalmasına nail olmaqdır. Çünki Rusiya Qafqazdan çıxmaq istəmir. Hazırda da Azərbaycana qarşı qeyri-səmimi hərəkət edir. Bunu ölkə başçısı da gündəmə gətirdi. Dövlət başçısı İlham Əliyev Yeni Azərbaycan Partiyasının 30 illik yubiley tədbirində gözəl bir fikir səsləndirdi ki, bizim iştirak etmədiyimiz beynəlxalq təşkilarlar var. KTMT-nin sonuncu iclasında Belarusiya prezidenti Lukaşenko Paşinyanı uşaq kimi qarşısına qoyub danladı. Ermənistanın KTMT-dən gözləntiləri böyük idi. Məlum oldu ki, Azərbayca təşkilata üzv olmasa da onun dostları Ermənistanınkından çoxdur. Bu ölkə başçısının fikirləridir. Amma bütün hallarda Rusiya hələ də ambisiyalarından ək çəkməyib. Yenə də Azərbaycanla bağlı qeyri-səmimi addımlar atır. Özünün siyasətini Ermənistan və İranın vasitəsilə həyata keçirir. Amma bunlar artıq Azərbaycanda bilinən faktlardır. Azərbaycan Prezidenti də bu məsələləri çox gözəl bilir və ona uyğun hərəkət edir. İrəvanda keçirilən görüşdə Rusiyanın əldə etmək istədiklərinə biz bir neçə gün ərzində şahid olacağıq. Əvvəl Ermənistan Azərbaycanla sərhəd bölgələrdə atəşkəsi pozurdusa son zamanlar rus sülhməramlılarının yerləşdiyi ərazilərdə Azərbaycanın işğaldan azad etdiyi əraziləri atəşə tutur. Ora yerləşdirilən rus sülhməramlıları isə orada Rusiya vətəndaşlığına adam qəbul edib rus icması yaradırlar. Yəqin ki, bu görüşdə Ermənistanla Rusiya arasında bir nömrəli məsələ Azərbaycanla sülh müqaviləsinin bağlanmasıdır. Rusiya Ermənistanın əli ilə bu müqavilənin gecikməsinə çalışır. Ermənistan həm də Avropa Şurası tərəfindən də sıxışdırılır. Məncə Ermənistan bundan sonra da təxribatlara davam edəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB