"Avtomobil yollarının genişləndirilməsi prioritet məsələlərdən biridir" - DEPUTAT ŞƏRH ETDİ

"Avtomobil yollarının genişləndirilməsi prioritet məsələlərdən biridir" - DEPUTAT ŞƏRH ETDİ

"Bakıda bütövlükdə nəqliyyatın inkişaf etməsi və eyni zamanda avtomobil yollarının genişləndirilməsi prioritet məsələlərdən biridir". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, bu Bakıda sərnişindaşımada, eyni zamanda nəqliyyat və logistik xismətinin inkişafı baxımından vacibdir: "Nəzərə alaq ki, paytaxt Bakı ölkə biznesinin əhəmiyyətli hissəsinə malikdir və ölkədə formalaşan fiskal gəlirlərin əhəmiyyətli hissəsi məhz Bakı şəhərinin payına düşür. Bu baxımdan paytaxt Bakının infrastrukturunun genişləndirilməsi hər zaman prioritet məsələ olub. Təbii ki, regionların inkişafı da əsas prioritet olaraq qalmaqdadır. Regionların inkişafı ilə bağlı dövlət proqramları regionlara daha çox investisiyaların cəlb edilməsinə zəmin yaradır. Bütün bunların fonunda paytaxtın nəqliyyat və logistik infrasturukturunun genişləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlər bütövlükdə Azərbaycan iqtisadiyyatının inkişafı baxımından vacibdir. Bu yanlız paytaxtın deyil, bütövlükdə ölkə iqtisadiyyatının inkişafına töhfə verir".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə