“İranın Azərbaycana qarşı təhdidləri bu gün də davam edir” - MÜSAHİBƏ
Azərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Şurasının sədri Rəşad Bayramovun SİA-ya verdiyi müsahibəsini təqdim edirik:
- İran Azərbaycanla bağlı korladığı münasibətləri yenidən düzəltmək istəyir? Bu yanaşmanın məqsədi nələrdir?
- Əlikbər Vilayətinin dediklərində, əslində, ikibaşlı məqamlar çoxdur. Yəni, bir tərəfdən Azərbaycan xalqı bizim gözümüzün nurudur deyir, lakin digər tərəfdən bizim Güneydəki soydaşlarımıza fars molla rejiminin qoyduğu adı bəyanatı dönə-dönə təkrarlayır. Yəni, uzun illər ərzində İranda fars rejiminin apardığı təbliğatın nəticəsidir. Zaman-zaman çox təəssüf ki, bizlər belə Şimali Azərbaycanda yaşayanlar belə "azəri" ifadəsini öz leksikonlarında istifadə edirlər. Əslində, “azəri” adlı bir millət yoxdur. Orada yaşayan soydaşlarımız azərbaycanlılardır. Onlara hansısa qondarma adın qoyulması orada yaşayan azərbaycanlıların heysiyyatına toxunmaqdan başqa bir şey deyil. İranın məhv etdiyi münasibətəri bərpa etməyə gəldikdə isə, mən belə düşünmürəm. Çünki İranda Əliəkbər Vilayətinin bu və ya digər bəyannamələri ilə münasibət bildirə bilmərik. İranın Azərbaycana qarşı təhdidləri bu gün də davam edir.
- Son 100 ildə İran ərazisində 4 dəfə inqilab baş verib. Hər dəfə inqilabların mərkəzində aparıcı qüvvəsi orada yaşayan Azərbaycan türkləri olub. Pişəvəri hökuməti 1 il Azərbaycan hökuməti fəaliyyət göstərsə də, fars rejimi buna imkan verməyib ki, müstəqillik davam etsin. Budəfəki tam olaraq inqilaba çevrilməyən hərəkatın orada yaşayan azərbaycanlılar üçün nəticəsi necə olacaq?
- Orada yaşayan azərbaycanlılar üçün bu hərəkatın nəticəsi elə orada yaşayan azərbaycanlıların özlərindən asılıdır. Bildiyimiz kimi, zaman-zaman bu cür etiraz aksiyaları və yaxud da milli hökumət tələbi ilə inqilablar baş verib. Səttərxan hərəkatı, Pişəvəri hərəkatı baş verib. Lakin o dövrlə indiki dövr arasında fərq var. Fərq ondan ibarətdir ki, həmin dövrdə İran ərazisində bu hadisələr cərəyan edəndə Azərbaycan müstəqil deyildi. Biz SSR-nin tərkibində olan bir dövlət idik. Bu səbəbdən bizim Cənubdakı soydaşlarımızın haqq səsinə səs verməyimiz faktiki olaraq qeyri-mümkün idi. Ancaq indi zaman dəyişib Azərbaycanın Prezidenti səviyyəsində oradakı insanların haqqı, hüquqları, təhsili ilə bağlı tələblər qaldırılırsa, bu gün beynəlxalq platformada türk dilli dövlətlər təşkilatının yekun sənədinə oradakı soydaşlarımızın bu haqları ilə bağlı məsələ salınırsa, artıq oradakı insanlarımız tək olmadığını anlayır. Lakin bu aksiyalar davamlı olacaq, tamamilə bitməyəcək.
- Biz 30 il ərzində bəzi məqamlar var ki, göz yummuşuq. Bəlkə də dövr bunu tələb edir. Lakin Azərbaycan heç vaxt Azərbaycan üzərindən İrana qarşı hər hansı bir təhlükənin olmasına imkan verməyib. Biz hal-hazırda İsraildə səfirlik açırıq və bu, bizim bölgədə fəaliyyətimizin gücləndirilməsində necə təsir göstərəcək?
- Birinci Qarabağ savaşında Azərbaycan və Ermənistan rəhbərliyinin Tehrana çağırılıb, müqavilə imzalandı və bundan 6 saat sonra Şuşa işğal olundu. O zaman İranın imzası olan üçtərəfli bəyənat imzalanmışdı. Lakin İran məsələ ilə bağlı heç bir rəy bildirmədi. Biz o zaman susduq. Nəticə etibarı ilə indi İran bizə qarşı kəskin mövqe ortaya qoymağa başladı.
- Son vaxtlar Ermənistan- Azərbaycan sərhədində aktivlik olur, erməni separatçıları atəşkəsi pozurlar. Son bir neçə ayda isə Vardanyan mövzusu aktuallaşıb. Vardanyan planının sonu necə olacaq?
- Vardanyan Rusiyanın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının baş verməməsinin əsas kartlarından biridir. Bu insan ilkin olaraq separatçı rejim olan bölgəyə göndərildi. Məqsəd isə təbii ki, Arayik Artunyanın oynadığı rolu birbaşa oynamasından irəli gəlirdi. Birdən-birə milyardlara sahib bir insanın Rusiya vətəndaşlığından imtina edib, orada yaşamaq istəməsini bəyan etməsi birmənalı şəkildə Rusiyanın dövlət rəhbərliyi ilə razlaşdırılmış bir məqam idi. Konkret məqsədlə göndərilmişdi. Məqsəd isə birinci mərhələdə Ermənistan və Azırbaycan arasında aparılan danışıqlarda Qarabağ məsələsinin müzakirəsini davamlı olaraq davam etdirmək, yəni separatçı rejimin əhatəsində yaşayan ermənilərə maddi yardım, iş yerlərini təmin etmək baxımından onları Ermənistanın siyasi rəhbərliyinin bu və ya digər qərarlara tabe olmamağa stimullaşdırmaqdan ibarətdir.
Aytac Xəlilova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB