"Ermənistan sülh müqaviləsini imzalamağın astanasındadır" - POLİTOLOQ ŞƏRH ETDİ
“Məlum məsələdir ki, 44 günlük Vətən müharibəsindən sonra Ermənistan ordusu və hakimiyyəti Azərbaycan ordusu və diplomatiyası tərəfindən ağır məğlubiyyətə uğradılmışdı. Nəticə etibarı ilə Ermənistan tərəfi Azərbaycanın diqtə etdiyi şərtlər əsasında üçtərəfli bəyanatın maddələrini qəbul edərək, onu imzalamışdır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva bildirib.

Onun sözlərinə görə, əlbəttə Azərbaycan qalib tərəf olduğu üçün diqtə edən tərəfdir: "Lakin buna baxmayaraq Azərbaycan tərəfi yalnız və yalnız bu günə qədər beynəlxalq hüququn prinsiplərini əldə əsas tutaraq, şərtlər diqtə edib. Eyni zamanda bu diqtə olunan şərtlər də birmənalı şəkildə Ermənistanın iqtisadi, siyasi rifahını təmin edəcək şərtlər olub. Lakin buna baxmayaraq Ermənistanda vahid siyasi hakimiyyət mövcud olmaması, müxtəlif siyasi maraqların olduğu bir dövlətdə təbii olaraq birmənalı siyasət yeridilə bilməz. Paşinyan ölkəsinin düşdüyü vəziyyəti çox yaxşı anlayır və Azərbaycanla sülh müqaviləsinin imzalanmasını ölkəsinin bu uçurumdan yeganə çıxış yolu olduğunu bilir. Lakin buna baxmayaraq müxtəlif qüvvələrin təsiri Paşinyanın siyasətində özünü əks etdirir. Paşinyan da belə olan halda ilk növbədə özünün hakimiyyətini itirməməyə çalışır.
Hazırda Paşinyan hakimiyyətinə qarşı da müəyyən oyunlar oynanılır. Bu cür addımlar isə sırf Paşinyan hakimiyyətinə əks olaraq atılan addımlardır. İstənilən halda hesab edirəm ki, Ermənistan sülh müqaviləsini imzalamağın astanasındadır. Çünki Azərbaycan qalib və diqtə edən tərəfdir. Ermənistanın heç bir əlavə addım atmaq imkanları mövcud deyil. Bu imkanları Azərbaycan və Türkiyə qarşı tərəfə tanımır. Hər bir halda qarşı tərəf sülh müqaviləsini imzalamağa məcburdur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB