"Ukrayna itirilmiş ərazilərini geri alır" - SİYASİ EKSPERT MÜNASİBƏT BİLDİRDİ
“Bugün Rusiya-Ukrayna müharibəsinin 271-ci günüdür. Bu müddət ərzində Rusiyanın işğal etdiyi böyük əraziləri Ukrayna ordusu geri alır”. Bu fikirləri SİA-ya açıqlamasında siyasi ekspert Elşad Həsənov bildirib.
Onun sözlərinə görə, xüsusilə Xerson vilayəti rus ordusunun belini qırdı: "Xersonu özününküləşdirmişdilər, lakin Qərbin və Amerikanın dəstəyi ilə güclü silahlanan Ukrayna ordusu Xersonu azad elədi. Rus qoşunlarının Ukraynadakı Ali baş komandanı general Suravik təcili olaraq qoşununu ərazidən çıxardı. Bütün bunlar onu göstərir ki, NATO ölkələri ən müasir silahları, tankları, zenit raketləri Ukraynaya göndərir və Ukrayna bu silahlarla Rusiyanın həm təyyarələrini, həm də tanklarını məhv edir. Eyni zamanda Amerikanın verdiyi “Himers” silahı müasir və dəqiq silahdır".
Elşad Həsənov sözlərinə belə davam edib: "Ukrayna ordusu Xarkovun bir çox ərazilərini azad edib: “Artıq Krıma gedən yol açılıb. Həmçinin, Ukrayna generalları mart-aprel aylarına qədər Krımı azad edəcəklərini bildiriblər. Çünki artıq Rusiyanın iqtisadiyyatı çökür, Rusiya müharibənin bu qədər uzanacağını təxmin etmirdi. Artıq 50-yə yaxın ölkə birləşib Ukraynaya kömək edir və Ukrayna ordusu və xalqı da cəngavər kimi döyüşür. Ukraynalıların döyüşməsinin əsas səbəbi öz torpaqlarını işğalçılardan azad etməkdir. Bu yaxın günlərdə müharibənin bitəcəyi əbəsdir, çünki Rusiya geri çəkilmir, Ukraynanın tələblərini yerinə yetirmir. Ukrayna öz torpaqlarını geri alacağını bildirir. Mən güman edirəm ki, Ukrayna öz torpaqlarını geri alacaq və Rusiya oz ordusunu geri çəkməyə məcbur olacaq və bu təqdirdə sülh müqaviləsi bağlana bilər”.
Aytac Xəlilova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB