"Regionda itkiyə məruz qalan Fransa və İran olur" - POLİTOLOQ ŞƏRH ETDİ
“Fransa və İranın Azərbaycana qarşı qərəzli mövqeyi hər iki dövlətin özünün mövqelərinin zəifləməsi ilə nəticələnir. Çünki nəzərə almaq lazımdır ki, bu gün Azərbaycan regional gücdən qlobal siyasi gücə çevrilib. Fransa ilə İranın Azərbaycana qarşı münasibətləri gərginləşdirməyi gələcəkdə regionda formalaşacaq önəmli nəqliyyat, logistika və tranzit layihələrində özlərini kənarda saxlamaq ilə nəticələnəcək”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.

Onun sözlərinə görə, eyni zamanda nəzərə almaq lazımdır ki, bu gün Ermənistan heç bir siyasi və iqtisadi dəyərə malik deyil: “İran sadəcə olaraq güclənən Azərbaycan-Türkiyə faktoruna qıcıq olduğuna görə Ermənistanla bu qədər dərin əlaqələr qurub. Fransa isə ölkə daxilində oyuncağa çevrilib. Təbii ki, belə olan təqdirdə həm Fransanın, həm də İranın Ermənistana dəstək məsələsində koordinasiyalı və vahid şəkildə mövqe ortaya qoymağı iki ölkənin də olmayan nüfuzunu daha da zədələyir.
Azərbaycan İrana adekvat cavablar verib. Artıq elə buna görə də İranın tanınmış siyasi xadimlərindən biri Azərbaycanın xeyrinə açıqlamalar verdi. Çünki ölkəmiz İran tərəfindən Azərbaycana qarşı edilən informasiya hücumlarına ən kəskin şəkildə mövqe nümayiş etdirdi. Eyni zamanda Fransa da hesab edirəm ki, senatın aldığı sonuncu dırnaqarası qətnamə ilə özünü daha da biabır eləmiş oldu. Bundan sonra Fransa-Azərbaycan münasibətlərinin də normallaşmağı Fransanın atacağı addımlardan asılıdır. Əksi olcağı təqdirdə isə regionda itkiyə məruz qalan Fransa və İran olur. Azərbaycan buradan o qədər də ciddi siyasi-iqtisadi itkilərlə üzləşmir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB