YAP-ın yaranması müstəqilliyimizin təməlini möhkəmlətdi ŞƏRH

YAP-ın yaranması müstəqilliyimizin təməlini möhkəmlətdi ŞƏRH

O dövr Azərbaycanda ictimai-siyasi hadisələr elə bir vəziyyətdə idi ki, hər bir azərbaycanlı bu vəziyyətdən çıxış yolunun tapılması üçün əlindən gələni etməyə çalışırdı. İlk əvvəl bütün bu problemlərdən yaxa qurtarmaq üçün peşəkar liderə ehtiyac var idi. Heydər Əliyevin Azərbaycanda olmaması, lidersizlik, özünü kəskin şəkildə göstərirdi. Bunu 20 yanvar hadisələrindən sonra Ulu Öndər Heydər Əliyev gəlib Moskva şəhərindəki bizim Daimi Nümayəndəliyimizdə etdiyi çıxışı bir daha sübut etdi. SSRİ Ali Sovetinin sesiyasında Azərbaycandan gələn nümayəndə heyətinin dedikləri Mixail Qorbaçov tərəfindən qəbul edilməyəndə biz bir qurup Moskvada təhsil alan tələbələr anladıq ki, Ulu Öndər Heydər Əliyev yeganə azərbaycanlıdır ki, bu sessiyada iştirak etməliydi və Qorbaçova baş verən cinayətin mahiyyətini anlatmalı idi. Bu o demək deyil ki Azərbaycandan gələn nümayəndə heyəti öz fikirlərini rus dilində ifadə edə bilmirdilər yox. Sadəcə Qorbaçov onları siyasi xadim kimi qəbul etmirdi. Ona görə də Ulu Öndər Heydər Əliyev yoxluğu özünü açıq şəkildə göstərirdi. Sonralar Ulu Öndər Heydər Əliyev çox çətinliklə Azərbaycana qayıtdıqdan sonra Ayaz Mütəllibov başda olmaqla hökümətin onun Bakıda yaşamasına imkan verməyəcəklərini və onu həyatı üçün təhlükə yarandığını görən Heydər Əliyev Bakıdan Naxçıvana getmək məcburiyyətində qaldı. Sonralar Naxçıvan Ali Məclisinin sədri seçilən Ulu Öndər Heydər Əliyev öz fəaliyyəti ilə Azərbaycan xalqı üçün, Azərbaycan dövləti üçün əsil nümunə nümayiş etdirdi. O zamanlar Naxçıvanın çox çətin günləri idi. Azərbaycanla əlaqəsi kəsilmiş Muxtar Respublika sözün əsil mənasında faciəvi günlərini yaşayırdı. İşıq yox, qaz yox, su yox, yanacaq yox, çörək yox, Azərbaycanla quru əlaqə yox və s. Belə bir vəziyyətdə Heydər Əliyev Naxçıvanda yaşadı və Naxçıvanı aclıqdan, susuzluqdan, qazsızlıqdan, işıqsızlıqdan və s qurtardı. Mən bir faktı qeyd eləmək istəyirəm. O zamanlar Türkiyə Respublikasının Kars vilayətində polis rəisi işləmiş bir türk sonralar Azərbaycan televiziyalarından birinə müsahibə verərkən o zamanların hadisələrini xatırladırdı. Deyirdi ki, Naxçıvana humanitar yardım aparmaq üçün Naxçıvandan bir qurup vəzifəli şəxs Karsa gəlmişdi. Biz göndəriləcək ərzaqları hazırladıq, sonra mən düşündüm ki, bəlkə birdən Heydər Bəyin bir şəxsi istəyi olar. Götürdüm Heydər Əliyevə zəng etdim dedim ki, sizin göndərdiyiniz adamlar burada mənim yanımdadırlar, lazım olan ərzaqları da maşınlara yükləmişik, dedim birdən şəxsi istəyiniz olar göndərim. Deyir qayıtdı ki, rəhmətliyin oğlu nə şəxsi istək? Mənim camaatının şəhərə yeməyə çörəyi yoxdur. Əgər imkan varsa bir az da çörək göndərin. Bunları deyir və bu adam ağlayır təsəvvür edin. Deyir zəng elədim Bələdiyyə Başqanına dedim ki, Heydər Bəy belə deyir. Bələdiyyə Başqanı dedi ki, çörək bişirilən yerlərlə əlaqə saxla artıq nə bişirə bilərlərsə Naxçıvana göndərin. İki maşında əlavə deyir hazır bişirilmiş çörək göndərdik. Heydər Əliyev Naxçıvana belə bir zamanda rəhbərlik elədi. Bu misallardan çox çəkmək olar. Bütün bunları Azərbaycandan görən, izləyən Azərbaycan xalqının görkəmli nümayəndələri Azərbaycan dövlətini parçalanmaqdan, Azərbaycan xalqını ölməkdən qurtarmaq üçün nicat yolu axtarırdılar və belə bir nicatın haqlı olaraq məhz Ulu Öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə gətirilməsində görürdülər. Beləliklə 91 nəfər ziyalı Ulu öndərə məktub ünvanlayaraq Ulu Öndər Heydər Əliyev rəhbərliyi altında yeni bir partiyanın yaranmasına razılıq əldə etdilər. Beləliklə Heydər Əliyevin Sədrliyi ilə 21 noyabr 1992 ci ildə Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi və Azərbaycanın hər yerində bu partiyayanın yerli təşkilatları yaradılaraq sürətlə təşkilatlanma işlərinə başlanıldı. Bildiyiniz kimi, qısa bir müddət keçdikdən sonra Azərbaycanda baş verən proseslər Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gətirilməsi üçün əsas oldu. Mənim üçün də çox fəxrdir ki, bu proseslərdə az da olsa əməyim var və mən YAP-ın Simvolunun müəllifi ola bilmişəm və bu Simvol 30 aprel 1993 cü ildə Ulu Öndər Heydər Əliyev tərəfindən bəyənilərək təsdiqlənib.

Sədrəddin Əkbərli

Yeni Azərbaycan Partiyasının Simvolunun müəllifi

Bütün xəbərlər Facebook səhifəmizdə