Bu gün dünyada gedən proseslər demokrat sima altında maskalanmış riyakar simasızların əsl sifətlərini açıq göstərir. Bu gün demokratiyadan dəm vuran və hər fürsətdə qədim, demokratik "dəyərlərə" malik olduqlarını bəyan edən Fransanın əslində tarixdə hansı "dəyər"lərə malik olduğu bizlərə yaxşı bəllidir. Fransa tarixi ümumilikdə insanlığa utancverici, iyrənc və bəşəriyyətə qarşı törətdiyi soyqırımları ilə sözün əsl mənasında zəngindir. Bugünkü Fransa hakimiyyəti, dünya tarixində bütün insanlıq adına utancverici olan Amerika və indiki Kanadanın ərazisi daxil, Afrikanın şimalında yerləşən Tunis, Liviya, Mərakeş və elə ən yaxın tarixdə, 1994-cü ildə "Ruanda soyqırımı" və ya rəsmi olaraq "Tutsilərin soyqırımı" kimi tanınan qətliamı törədən babalarının layiqli davamçılarıdır. Bəli, bugünkü Fransa senatı 1830-cu ildə Fransanın Əlcəzairi ilhaq etdiyi zamana qədər əhalisi 3,5 milyon olduğu halda, istilanın sonuna, yəni 1875-ci ilə qədər 2,5 milyon insanın qanına əli batmışların, Amerikanın aborogen xalqına - hindulara qarşı ədyallara qəsdən ağır yoluxucu-ölümcül xəstəlik olan "Çiçək" virusları yerləşdirərək insanları kütləvi halda qırğına düçar edənlərin, 1961-62-ci illərdə müstəmləkə zülmünə qarşı çıxan, öz torpağında müstəqil yaşamaq, öz torpağının sahibi olmaq istəyən Əlcəzair və Tunisdə 1,5 milyon dinc insanı, qadın, kişi, uşaq və ahıl demədən məhv edənlərin tam olaraq əsl varisləridirlər. Bugünkü Fransa senatı, Türk və İslam düşməninə çevrilmiş bir erməni qurumu kimin mükəmməl formalaşmış bir təşkilatdır. Düşünürəm Fransanın təmiz niyyətli siyasət adamları, ümumilikdə ağlı başında olan Fransa vətəndaşları anlamalıdırlar ki, Fransa cəmiyyəti, sadə Fransa xalqı dünyada beynəlxalq hüququ tapdalayan, terrora hüquqi dəstək verən bir ovuc qara xislətli siyasətçinin əlində əsirdir.
Dünyada terrora, ekstremizmə dayaq və Türk düşməni olan bugünkü Fransa hakimiyyəti fransız romantizm məktəbinin ən tanınmış simalarından şair, tarixçi, publisist, siyasi xadim Alphonse de Lamartinenin "Türklərə düşman olmaq bəşəriyyətə düşman olmaq deməkdir. Tanrı məni bu günahdan qorusun" sözlərini heç unutmasın. Babanız Napoleonun "Mənə Türklərdən ibarət ordu verin dünyanı fəth edim" həsəd edərək dediyi Türklərik. Unutmayın ki, biz Türklər bir əlimizdə ədalət, digərində qılınc tutarıq! Və sonda, böyük tarixi şəxsiyyət, əldə etdiyi dəyərləri ayaqlar altına salıb tapdadığınız general De Qoll deyirdi: "Qələbə, möhtəşəm plan quranın yox, az səhv edənin olur."
Cavid İsmayıl
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB