“Fransanın dövlət rəsmiləri “persona non qrata” elan edilməlidir” AÇIQLAMA
“Azərbaycan Fransa ilə diplomatik əlaqələri kəsməli, səfir qovulmalıdır. Fransa Senatının Azərbaycanla bağlı qəbul etdiyi bədnam qətnamə diplomatik münasibətlərə ziddir”. Bu fikirləri Gələcək Azərbaycan partiyasının sədri Ağasif Şakiroğlu deyib.
Onun sözlərinə görə, Fransa senatının separatçı qətnaməsi bizi hiddətləndirib, dözülməz haldır, xəyanətdir! Avropanın Azərbaycana yalvararaq qışda donmamaq üçün Azərbaycan qazına möhtac olduğunu görünür unudub: “Azərbaycan Fransaya sanksiya tətbiq edə bilər, Fransa yox… Avropa, başda da Fransa unutmasın ki, Azərbaycan qazına onlar möhtacdırlar… Fransanın bu addımı münasibətlərə kölgə salır. Azərbaycan Fransa ilə diplomatı əlaqələri kəsməlidir. Bu yaramaz, siyasi əxlaqa zidd sənədə qarşılıq verilməlidir. Fransanın dövlət rəsmiləri “persona non qrata” elan edilməlidir. Bədnam qətnamə ilə bağlı rəhbərlik etdiyim partiyanın İdarə Heyətinin növbədənkənar toplantısı çağırılıb. Sabah keçiriləcək toplantıda Fransanın Bakıdakı səfirliyinin binasının qarşısında etiraz aksiyalarının keçirilməsi müzakirə ediləcək. Buradan hökumət nümayəndələrinə səslənirəm: Fransanın Azərbaycandakı səfiri ölkədən qovulmalıdır. Ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə hörmətlə yanaşmayan dövlətin Bakıda diplomatik korpusu və nümayəndəsi olmamalıdır. Hesab edirəm ki, bu məlum qətnaməyə sərt reaksiya verilməlidir. Azərbaycanla düşmən olan hər bir dövlət bilməlidir ki, müxalifət milli maraqlar məsələsində iqtidarın yanındadır!”
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB