Rusiyalı ekspertlər: Rusiya, Türkiyə və Azərbaycan Qərbin regiondakı oyununu pozdu - ŞƏRHLƏR
“Yerevan Qərbin təhriki ilə Bakını sərt hərbi reaksiyaya vadar etdi, Azərbaycanın ərazi bütövlüyünə təhlükə davam edərsə, bu təhlükə hərbi yolla yatırılacaq”
Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il noyabrın 9-da imzaladığı üçtərəfli bəyanatdan sonra genişmiqyaslı eskalasiyalardan bir neçə gün əvvəl Azərbaycan və Ermənistan sərhədində baş verib. Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, “Ermənistan silahlı qüvvələrinin diversiya qrupları günün qaranlıq vaxtında dağlıq ərazidən və mövcud dərə boşluqlarından istifadə etməklə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı əraziləri və müxtəlif istiqamətlərdə təchizat yollarını minalayıb. Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakils və Gerus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri müxtəlif silahlardan, o cümlədən minaatanlardan, bəzi mövqelərdən, sığınacaqlardan Azərbaycan ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki dayaq məntəqələri intensiv atəşə tutulub. Nəticədə şəxsi heyət arasında itkilər, hərbi infrastruktura ziyan dəyib. 70-dən artıq Azərbaycan hərbçisi şəhid olub. 200-dən artıq erməni hərbçinin məhv edildiyi bildirilir.
Ermənistan silahlı qüvvələrinin təxribatlarının və ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhdidlərin qarşısının alınması, Kəlbəcər və Laçın rayonlarında infrastruktur işlərinə cəlb olunmuş hərbi qulluqçularımızın, o cümlədən mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bu istiqamətdə yerləşən Azərbaycan ordusu qətiyyətli cavab tədbirləri görüb.
Nazirlik bildirib ki, son günlər Azərbaycan və Ermənistan sərhədində Ermənistan silahlı qüvvələrinin toplanması müşahidə olunur. Təxribatın məqsədi Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını pozmaq, nəqliyyat və iqtisadi əlaqələrin qarşısını almaqdır.
Qarşıdurmadan sonra Ermənistan Fransa, ABŞ və Avropa Şurasının rəhbəri ilə teelfon danışığı aparıb, həminin KTMT-yə müraciət edib. ABŞ dövlət katibi Ermənistanı dəstəkləyən bəyanat verib. Fransa isə İrəvanın xahişi ilə eskalasiya ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsi təşəbbüsü ilə çıxış edib, Emmanuel Makron Ermənistanın ərazi bütövlüyünü dəstəkləyib. Ölkə parlamentində çıxış edən Nikol Paşinyan yenidən Qarabağın “statusu” məsələsini gündəmə gətirib və bəyan edib ki, İrəvan Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin blokdan çıxarılmasının dəhliz məntiqini müzakirə etməyəcək.
Bu arada Rusiya liderinin köməkçisi Yuri Uşakov sentyabrın 15-16-da Özbəkistanın Səmərqənd şəhərində ŞƏT-in iclası çərçivəsində Putinlə Əliyev arasında görüş keçiriləcəyini açıqlayıb və danışıqların vacib olacağını vurğulayıb.
“Moskva-Baku” portalı vəziyyətlə bağlı rusiyalı ekspertlərin fikirlərini öyrənib. Şərhləri oxucularımıza təqdim edirik.
Cənubi Qafqaz Strateji Araşdırmalar Mərkəzinin direktoru Yevgeni Mixaylov:

- Erməni tərəfi növbəti dəfə “çirkli suda balıq tutmaq” oyununu oynamağa cəhd etdi. O, 2020-ci ilin noyabrında Rusiya, Azərbaycan və Ermənistan liderlərinin əldə etdiyi razılaşmaları yenidən formatlaşdıra bilmir. Paşinyan Brüsselə getməyə davam edir, hər yerə şikayət edir, vəziyyəti ən azı bir şəkildə Ermənistana tərəf çevirməyə çalışır. İndi növbəti təxribat baş verib, Azərbaycan buna cavab verib.
Bundan sonra Paşinyan növbəti dəfə KTMT-dən dəstək istəyib. Bu, Rusiya üçün ən əlverişsiz vəziyyətdir. Ermənistan rəhbərliyi üçüncü dövlətlərin maraqlarından çıxış edir. Ermənistan rəhbərliyində Avropa İttifaqını, ABŞ-ı sevənlər çoxdur. Eyni zamanda, ermənilər Rusiyaya gülümsəyərək, Qərb dövlətlərinin maraqlarına uyğun olaraq öz kartını oynamaq qərarına gəldi. Qərbin dəstəyi, razılığı olmasaydı, Ermənistan təxribata cəsarət edə bilməzdi. İndi Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı kontekstində belə təxribatlar, yumşaq desək, çox yersizdir. Və belə bir vəziyyətə KTMT-ni cəlb etmək məqsədəuyğun deyil. Moskva növbəti dəfə Azərbaycanla Ermənistan arasında atəşkəs haqqında razılığa nail olub və vəziyyəti stabilləşdirməyə çalışıb.
Heç kimə sirr deyil ki, 2020-ci ilin payızında Azərbaycanla Ermənistan arasında gedən müharibə zamanı sülhməramlı prosesin təminatçısı kimi məhz Rusiya çıxış edib. Məhz Rusiya Ermənistana xəbərdarlıq edib ki, əgər erməni tərəfi işğal olunmuş əraziləri Azərbaycana qaytarsaydı, İkinci Qarabağ müharibəsinin qarşısını almaq olardı.
Nəzərə almaq lazımdır ki, bu il fevralın 22-də Azərbaycan Rusiya ilə Müttəfiqlik Əməkdaşlığı haqqında Bəyannamə imzalayıb. Bu məqam da nəzərə alınmalıdır. İlham Əliyev ciddi diplomatdır və beynəlxalq aləmdə çıxış etməyi, məqsədlərinə çatmağı bilir. Paşinyan və onun qeyri-sabit komandası fonunda Azərbaycan sərhəddə baş verən aksiyaları bəyan etməkdə müqayisə olunmaz dərəcədə inandırıcı görünür.
Ermənistan tərəfinin tələbi ilə heç kim KTMT qoşunlarını eskalasiya zonasına göndərməyəcək. Axı dəfələrlə belə təxribatlar olub, sonra Ermənistandan xahişlər olub. Amma KTMT ölkələri buna razı olmadı.
Təxribatın məqsədi sülh müqaviləsinin imzalanmasını pozmaq və Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin qarşısını almaqdır.
Son eskalasiyadan sonra Paşinyan, bu mövzuda çox qəribə bəyanatlar verdi ki, guya Azərbaycan Ermənistan ordusunun dirçəlməsindən “qorxur”, Ermənistanın silah almaq üçün hər cür imkanları var, hər şeydə günahkar Azərbaycandır. Mən dəfələrlə demişəm: Paşinyanın həqiqətən gülməli çıxışlarını müzakirə etməyi dayandırın. Axı onun bütün vədləri, bəyanatları heç nədən ibarətdir. Yaxşı olardı ki, o, Ermənistan ordusunun yenidən silahlanmasından deyil, Azərbaycanla sülh müqaviləsi bağlansa, iqtisadi səmərə əldə edəcək xalqının xeyrindən danışsın. Və bu daha düzgün olardı. Paşinyanın indi ordunun yenidən silahlanmasından danışması isə sadəcə gülüncdür. Bu barədə düşünmək lazım deyil. Bu ordu Azərbaycana müqavimət göstərmək gücündə deyil, bunlar Ermənistan dövlətinin ölümünə səbəb olacaq illüziyalardır. Bunu unutmaq olmaz. Yenə qışqıracaqlar: “Bizə, kömək edin!”. Hesab edirəm ki, indi baş verənlərin hamısı Rusiyaya zərbə vurmaq üçün qurulmuşdur.
Blinkenin Azərbaycanı pisləməsi, Fransanın BMT Təhlükəsizlik Şurasını çağırması. Eyni zamanda, hamısı guya Azərbaycanla dost olmağa çalışırlar. Bütün bunlar ABŞ nümayəndəsinin Ermənistana səfərindən sonra baş verdi. Görünür, amerikalılarla məsləhətləşmələrdən sonra bu təxribat baş verib.
Nə etməli? Azərbaycanın ərazi bütövlüyünə təhlükə davam edərsə, bu təhlükə hərbi yolla yatırılacaq.
İlham Əliyev və Vladimir Putin Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində danışıqlar aparacaqlar. Putin sülh prosesində əsas təminatçısı, əsas vasitəçidir. Düşünürəm ki, başqa formatlarda görüşlər də mümkündür. O cümlədən Ərdoğan da sammitdə iştirak edəcək. Və indi Fransa və ABŞ-ın, görünür, Ermənistanın tərəfini necə açıq şəkildə tutduqlarını nəzərə alsaq, Rusiya ilə Qərb arasındakı münaqişəni və Moskva ilə Ankara arasında möhkəmlənən münasibətləri nəzərə alsaq, düşünürəm ki, həm Putinin, həm də Ərdoğanın müzakirə edəcəyi bir məsələ olacaq. Qərb Ermənistan-Azərbaycan nizamlanmasında Ermənistanın tərəfini tutmağa qərar verəndə, Paşinyanın çağırışı ilə BMT Təhlükəsizlik Şurasının iclasları qaldırılanda (baxmayaraq ki, bu, heç nəyi həll etməyəcək), Avropa institutları yekdil reaksiya verəndə, artıq yeni oyun başlayır. Aİ Cənubi Qafqaza daxil olmaq üçün fürsətdən istifadə edərək Ermənistan vasitəsilə qərar verdi. O, Azərbaycana qarşı oynayacaq. Rusiya, Türkiyə, Azərbaycan isə Qərbin bu oyununa müqavimət göstərmək üçün öz səylərini əlaqələndirməli olacaq.
Politoloq, PolitRUS portalının rəhbəri Vitali Arkov:

- Nikol Paşinyan Ermənistandakı vəziyyətə nəzarət etmir. Onun keçən il generalitetlə qarşıdurmasını xatırlayırıq. Paşinyan üçün eskalasiya vəziyyətin ən yaxşı inkişafı üçündür. Ermənistanda revanşist əhval-ruhiyyə hələ də aradan qalxmayıb. Paşinyan “həm bizim, həm də sizin” taktikasını seçsə də, Azərbaycanın qəti şəkildə rədd etdiyi tələblərlə, hələ də sülh müqaviləsi imzalamağa meyillidir.
27 sentyabr və 10 noyabr Ermənistanda az qala matəm günləri sayılır. Düşünürəm ki, gecə eskalasiyasının təşəbbüskarı olan qüvvələr İkinci Qarabağ müharibəsinin başlanmasının ildönümünə qədər müəyyən nəticələr əldə etmək istəyirdilər. Bu əvvəllər itirilmiş bəzi ərazilərə nəzarət ola bilərdi. Görünür, onlar istəyirdilər ki, bu tarixlər Ermənistan tarixində qara rəngdə qalmağı dayandırsın, amma yeni rənglərlə parıldasın. Aydındır ki, eskalasiyanın məqsədi sülh müqaviləsinin imzalanmasını təxirə salmaqdır. Yəqin ki, Ermənistanın ağlı başında olması və danışıqlar apara bilməsi, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi üçün gələcəkdə Ermənistan rəhbərliyində dəyişiklik lazımdır.
Ermənistan hazırda rəhbərlik etdiyi KTMT-yə müraciət edib. Düzdür, biz bir daha Azərbaycanın Ermənistanın suveren ərazisini işğal etməsi ilə bağlı bəyanatlara rast gəlmədik. KTMT-nin reaksiyası üçün hüquqi şərait yoxdur, Azərbaycan Ermənistana hücum etməyib. KTMT ölkələrinin Azərbaycanla döyüşəcəyinə şübhə edirəm. Bu, tamamilə qeyri-real ssenaridir. Amma Qərb qüvvələri Rusiya ilə Azərbaycan arasında münasibətləri korlamağa çalışır. Əminəm ki, həm Moskvanın, həm də Bakının kifayət qədər müdrikliyi olacaq. Üstəlik, bizim liderlərimiz çoxdan bir-birini tanıyır, dostluq münasibətləri inkişaf etdiriblər. Və biz bunu görürük. İki liderimiz, iki dövlətimiz və xalqlarımız arasında münasibətlər inkişaf etdikcə üçüncü qüvvələr onları poza bilməyəcək.
Eskalasiya digər məsələlərlə yanaşı, Qərb qüvvələrinin Cənubi Qafqazda Ukrayna ilə paralel ikinci cəbhə açmaq, nəticədə bu cəbhəni Azərbaycan və Türkiyəyə tərəf sürüşdürmək istəyidir. Türkiyə isə bu gün Rusiyanın əsas tərəfdaşlarından biridir.
Eskalasiyadan sonra Paşinyanın davranışı növbəti dəfə təkrarlanan nümunədir: xarici liderlərə çağırışlar, Azərbaycana qarşı ittihamlar. Baş nazir indi evin ağası olduğunu göstərməyə çalışır. Amma vəziyyət nə Qarabağın statusundan, nə də Zəngəzur dəhlizindən, nə Ermənistanın baş nazirindən, nə də bütövlükdə İrəvandan asılı deyil. Məsələ həll olunub - Moskva həm Zəngəzur dəhlizinin mövcudluğuna, həm də Qarabağ məsələsinə qarant kimi çıxış edir. Ümumiyyətlə, artıq heç nə İrəvandan asılı deyil... Ermənistan tərəfdən isə təxribatlarla sülh prosesini ləngitmək istəyənlər, əksinə, onu aktivləşdirəcəklər. Rusiya təbii ki, qəti şəkildə Ermənistana bu cür təxribatların yolverilməzliyini göstərir. Bundan əlavə, bu günlərdə Səmərqənddə keçiriləcək ŞƏT sammiti çərçivəsində bu məsələ ilə bağlı Vladimir Putinlə İlham Əliyev arasında ikitərəfli, həmçinin çoxtərəfli görüşlərin keçiriləcəyi şübhəsizdir.
Tərcümə - Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”” istiqaməti çərçivəsində hazırlanıb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB