Aleksandr Vorobyov: “Rusiya Ermənistanın tələbinə baxmayaraq Azərbaycana qarşı çıxmayacaq” - MÜSAHİBƏ

Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya, Qafqaz və Ural-Volqaboyu Tədqiqat Mərkəzinin elmi işçisi, Avrasiya İşgüzar Əməkdaşlıq Təşkilatının sədri, tarix elmləri namizədi Aleksandr Vorobyov “Caliber” analitik mərkəzinə müsahibəsində regionda gedən proseslər və Ermənistan-Azərbaycan münaqişəsi ilə bağılı fikirlərini bildirib. Müsahibəni oxuculrımıza tqdim edirik.

- Sizcə, Rusiya Cənubi Qafqazda hansı siyasət yürütmək niyyətindədir?

- Müasir Rusiyanın Cənubi Qafqaz siyasəti balanslaşdırılmışdır. Məqsədləri bəllidir- həm regionun özündə, həm də Cənubi Qafqaz ölkələri ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlığı təşviq etməkdir. Eləcə də nəqliyyat dəhlizlərinin inkişafı. Ümumiyyətlə, belə siyasət bütün tərəflər üçün sərfəlidir- bunda hamı qalib gəlir. İqtisadi firavanlıq və sabitlik bütün tərəflərin maraqlı olduğu bir şeydir. Rusiya üçün ən mənfi ssenari böhran, müharibə, regional qarşıdurmanı qızışdırmaqdır. Bütün bunlar Rusiyanın maraqlarına uyğun deyil, eyni zamanda qeyri-regional oyunçuların da maraqlarına uyğun ola bilər. Ona görə də Rusiyanın Cənubi Qafqaz siyasəti balanslaşdırılmış mövqelərə əsaslanır.

- Rusiyanın Türkiyə ilə münasibətlərində hansı dinamika gözlənilməlidir?

- Hesab edirəm ki, həm müsbət, həm də mənfi istiqamətdə hər hansı kəskin irəliləyişləri, sürüşmələri gözləmək lazım deyil. Çox güman ki, bu gün ikitərəfli münasibətlərdə şahidi olduğumuz siyasət gələcəkdə də davam edəcək. Yəni, bu, iqtisadi əməkdaşlıqdır və əsas geosiyasi aspektlərdə, məsələn, Ukraynada, Suriyada, kürdlər bağlı məsələdə tərəfdaşlıqdır. Ümumiyyətlə, Moskva və Ankaranın ikitərəfli dialoq üçün geniş diapazonu var. Buraya təhlükəsizlik, logistika və iqtisadiyyat da daxildir. Düşünürəm ki, Rusiya və Türkiyə arasında ikitərəfli dialoqun əsas mövzuları qaz tranzitinin inkişafı və ərzaq məsələləri, o cümlədən taxıl müqaviləsi olacaq. Eləcə də, Türkiyənin üçüncü ölkələrdən Rusiya Federasiyasına malların tranziti üçün mərkəz rolunu oynadığı ticarət-iqtisadi əlaqələr. Bu, Moskva ilə Ankara arasında ticarət dövriyyəsinin artması demək olacaq. Və təbii ki, turizmlə bağlı məsələlər var. Bundan əlavə, biz qarşılıqlı hesablaşmaların daha da sadələşdirilməsini və ödəniş sistemlərinin tanınmasını gözləmək olar.

Ukrayna və Suriya kimi geosiyasi məsələlər bəzən münasibətlərdə gərginlik yarada bilər. Müyən vaxtarda gərginlik kifayət qədər arta bilər, lakin ümumilikdə hesab edirəm ki, o, hədsiz eskalasiya olmadan məqbul həddə qalacaq.

- İndi Qərbin Cənubi Qafqaz vasitəsilə Rusiyaya təzyiqlərini artırmağa çalışdığına dair əlamətlər varmı?

- Bəli, var. Belə görünür ki, Qərb Cənubi Qafqaz vasitəsilə Rusiyaya təzyiqləri artırmağa, orada müəyyən gərginlik ocaqları yaratmağa çalışır- açıq hərbi əməliyyatlar olmasa da, heç olmasa bunun baş vermə ehtimalının böyüməsi təhlükəsi. Lakin bu cəhdlərin məqsədə çatacağını düşünmürəm. Cənubi Qafqaz və Mərkəzi Asiyadakı Qərb dövlətlərinin də başqa maraqları var, o cümlədən iqtisadi maraqlar və regional qeyri-sabitlik Rusiyadan başqa Qərbin özünün də iqtisadi, xammal maraqlarına zərər verə bilər. Bundan başqa, Qərb anlayır ki, kimlərinsə vəziyyəti qızışdırmağa, regionda sabitliyi pozmağa çalışması Cənubi Qafqaz ölkələrini sevindirməyəcək. Təbii ki, müəyyən cəhdlər var, lakin onlar balanslaşdırılmış və ya idarə olunandır.

Ümumiyyətlə, təbii ki, Qərb Cənubi Qafqaz ölkələrində siyasi, iqtisadi, hərbi təsir imkanlarını artırmağa çalışır. Ancaq başa düşmək lazımdır ki, Qərb son 30 ildə eyni şeyi edir. Yəni bunda yeni heç nə yoxdur. Bu, günəş altında yer və bir parça tort üçün dövlətlərin adi rəqabətidir.

- İrəvanda KTMT-nin sammiti keçirildi. Sammitin nəticələrini necə qiymətləndirirsiniz?

- Ermənistan çətin ki, KTMT-dən plansız hərbi yardım alsın. Əvvəllər planlaşdırılmış bəzi tədarüklər həyata keçirilə bilər. Siz başa düşməlisiniz ki, Ermənistan KTMT-nin üzvüdür və müəyyən planlar, iş qrafiki, hərbi-texniki əməkdaşlıq planları var. Bütün bunlar gözləmə rejimində, planlaşdırılmış rejimdə işləyir, amma başqa heç nə yoxdur.

Rusiya isə Azərbaycana qarşı çıxmayacaq, çünki yuxarıda qeyd etdiyim kimi, Moskva Cənubi Qafqazda regionun bütün ölkələri ilə balanslaşdırılmış siyasət yeritməyə çalışır və açıq-aşkar tərəflərdən birinin xeyrinə mövqe tutması bu balanslaşdırma və qarşılıqlı fəaliyyət siyasətinə ziddir..

- KTMT-nin özünü ləğv etmək təhlükəsi varmı?

- KTMT-nin özünün buraxılması təhlükəsi yoxdur. Bu barədə danışmaq spekulyativdir və qeyri-sağlam atmosferi istiləşdirmək üçün nəzərdə tutulub. KTMT-nin özünün buraxılması üçün heç bir aşkar səbəb yoxdur. Blok normal işləyir, maliyyə və təşkilati strukturu da var. Biz həmçinin region ölkələrində KTMT-yə üzv ölkələrin xarici siyasətinə köklü şəkildə yenidən baxılmasına səbəb olacaq siyasi dəyişiklikləri müşahidə etmirik.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə