Nəriman Həsənzadə, Xalq şairi
Şəhid ailələrini, qaziləri təmənnasız müalicə edən "Milan" Hospitalına, onun sahibi Xuraman xanım Muradovaya
Döyüşlərdə səngər -səngər həlak olan,
o pak olan şəhidlərim!
Sizdən bizə əmanətdi sizdən deyən qazilərim!
Hərəsi bir şerim -sözüm şah əsərim.
Tariximə yeni tarix yazanlarım!
Qarabağ partizanlarım!
Dəmir yumruq bayrağıdır bu millətin.
Harda qalxdı orda gördük üzünü haqq ədalətin.
O, Ali Baş Komandanın öz adıydı, öz imzası
O səngərdən başlayırdı Azərbaycan epoxası.
Siz ey şəhid anaları, bacılarım!
Gedənlərin töhfəsidir ağrılarım, acılarım.
Yaşa səni Xuramanım!
O qızların seçilib - sayılan qızı!
Ana cağır, sən ana de, oğul şəhid analara.
İndi oğul əvəzisən sən onlara
Sən ana de analara
Sən ana de analara...


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB