Tanınmış yazıçı-şairə Yazıçılar Birliyinə üzv seçildi FOTOLAR

Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin elmi işçisi İlhamə Hacıyeva (Dağlı) Azərbaycan Yazıçılar Birliyinin üzvü seçiib.

SİA xəbər verir ki, İlhamə Dağlı dilçi alim kimi bir sıra elmi məqalələrin, “Bakı şairlərinin dilində dialektizmlər” monoqrafiyasının müəllifidir. Yazıları müxtəlif ədəbi dərgi və qəzetlərdə yayımlanıb, eləcə də böyük oxucu auditoriyası tərəfindən maraqla qarşılanıb.

Yazıçı-şairə 2019-cu ildə Nəsimi ili ilə əlaqadar keçirilən Beynəlxaql Elmi Konfransda məruzə ilə çıxış etmiş, Nəsimi mükafatını almışdır.

İlhamə Dağlı 2021-ci ildə elmi və bədii fəaliyyətinə görə Nizami Gəncəvi mükafatına layiq görülüb. Qazax şairi Abayın həyatından bəhs edən “Tobıktıda günəş doğdu” pyesinin müəllifidir.

44 günlük Vətən müharibəsindən sonra İlhamə Dağlının 2022-ci ildə şəhidlərimizə, eləcə də Zəfərimizə həsr edilən “Bayrağı öpən ruhlar” adlı nəsr kitabı çapdan çıxıb, eləcə də bir sıra kitabların elmi redaktorudur.

Qeyd edək ki, İlhamə Hacıyeva (Dağlı) tanınmış jurnalist-publisit, yazıçı-şair Kənan Hacının həyat yoldaşıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə