Səmada, dağlarda bir qartal oldun!

Fəqət, yorulmadı qanadın, İlham!

Tufanda, boranda çarpışan oldun!

Keçdi cəbhələrdə həyatın, İlham!

Dəfələrlə ölümün yanından keçdin,

Sən Zəfər yolunu döyüşlə keçdin.

İgidlərlə birgə səngəri seçdin,

Qəti qərarlıdır inadın sənin!

Ali Baş Komandan, ey dahi rəhbər!

Şərəfli həyatın dünyaya dəyər!

Qüdrətinə heyran ölkələr, ellər,

«Dəmir yumruq»dandır biləyin sənin!

Otuz illik Qarabağın savaşın,

44 günə əzdin düşmənin başın.

Xalqın qarşısında ucadır başın,

Ulu Türk xalqının qəhrəman oğlu!

60 illik ömrün hələ bahardır!

Qəlbində tükənməz arzular vardır!

Allah dayağında, yolunda yardır!

Yubileyi mübarəkdir İlhamın!

ADPU-nun pedaqogika kafedrasının sabiq baş müəllimi

Mürsəlova Ofelya Mürsəl qızı

Bütün xəbərlər Facebook səhifəmizdə