Şehidlərin ruhu ilə danışan qadın... Şəhidlərin həyatına qibtə edən, onların həyatının hər anını nəsrə çevirən, bəzən nəzmə çəkən qadın... Kişi qeyrətli vətənpərvər qadın... Şəhid anasının ciyər yanğısını, bacısının göz yaşını, gözü yolda qalan sevgilisinun kədərini öz kədəri kimi yaşayan qadın... Özü boyda ürəyi var onun. Öləkəmizdə vətənpərvər, qeyrətli qadınların cərgəsindədir. Mənim tanıdığım qorxmadan tarixi bütün həqiqətləri ilə qələmə alan Həcər kimi hünərli qadın – Sevinc Ədalətqızı!

1990-cı il qanlı yanvar faciəsi ilə bağlı Sevinc xanım silsilə kitabların müəllifir. (Eyni zamanda, silsilə müfatlara da layiq görülüb.) Həmin kitabların hır birini ürək yanğısı ilə oxumuşam. Hər dəfə bu kitabları oxuyanda düşünmüşəm ki, hər bir sıravi vətəndaş öz insanlıq borcunu Sevinc xanım kimi yerinə yetirsə, öz zaman hər bir iş yolunda olar. Sevinc xanım təkcə qələmə almır, eyni zamanda, bu tarixin təbliği ilə məşğuldur. O, gənc nəslin qəhrəmanlıq tariximizi öyrənməsinə də yardımçı olur.

Şəhdlərin qarşısında hər birimiz borcluyuq. Onların müqəddəs Şəhid qanı bahasına, qazilərimizin itirdikləri sağlamlıqları hesabına torpaqlarımız işğaldan azad edildi. Məhz onların hesabına biz bu gün müstəqil, azad Azərbaycanda əmin-amalıq içində yaşayırıq. Şəhidlər bizim şərəfimiz, and yerimiz, baş tacımızdır. Onlar təkcə xalqın məhəbbətində yaşamırlar, həm də ən ali zirvədə qərar tutublar. 90-cı il yanvar şəhidlərindən Rahimin, onun şəhid qardaşlarının da, Vətən Müharibəsi şəhidlərinin də ruhları şaddır ki, bu gün biz Qələbə sevincini, Zəfər fərəhini yaşayırıq.

Sevinc Ədalətqızı məhz belə qəhrəmanları, fədailəri əsərlərinə qəhrəman seçir, onların həyat yolunu işıqlandırır, tariximizə əmanət edir. Deyim ki, hər kitab təmənnasız yazılır, təmənnasız çap edilir, şəhid ailələrinə də təmənnasız hədiyyə verilir.

Belə bir nəcib əməllərlə Sevinc Ədalətqızının daxili dünyası, vətən sevgisi çox aydın şəkildə görünür. Sevincin həyatı, ailəli olmasına baxmayaraq, bütün asudə vaxtı kompüter arxasında keçir. Hələ neçə sürpriz kitablar oxucuların yolunu gözləyir. Daha doğrusu, hər kitab başa çatdıqca müəllif onu nəşriyyata təqdim edir. Qarşıda Sevinc xanımın esseləri, oçerkləri, xatirələri işıq üzü görəcək və siz - əziz oxucular, yeni tarixi araşdırmalarla tanış olacaqsınız. Fəxr edirəm ki, belə bir nəcib qələm adamını, belə bir fədakar xanımı tanıyıram.

HƏBİBƏ Rafiqqızı ATEŞ

Bütün xəbərlər Facebook səhifəmizdə