Gedən döyüşlərdə töküb qanını,
Yurda fəda edib şirin canını.
Dağıdıb düşmənin istehkamını,
Onları zəmi tək biçdi igidlər.

Hər an çətinliyə sinə gərərək,
Nankor qəvilərin başın əzərək.
Torpağı sevərək,əzizləyərək,
Yenə Vətən andı içdi igidlər.

Bir əlində silah, bir əldə bayraq,
İrəli gedərək dayanmayaraq.
Atılıb savaşa türk oğlu sayaq,
Düşməni əzərək keçdi igidlər.

Hünər göstərərək cəsarətilə,
Dünyanı mat qoydu şücayətilə.
Ucalıb göylərə rəşadətilə,
Qələbə donunu biçdi igidlər.

Elnur Əbülfəzoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə