Dünyaya baxışım sözlərdən keçir - ŞEİRLƏR

Eyyubov Nicat Novruz oğlu

Şəhidim mənim

Demədin vətənə boyunumda yükdü,
Ey cənnət qoxulu şəhidim mənim!
Haqqını halal et, haqqın böyükdü,
Ey cənnət qoxulu Şəhidim mənim!

Şücaətin dastan oldu dillərə,
Haqqı ilə ödədin öz borcunu.
Saxlamadın gələcək nəsillərə,
Ey cənnət qoxulu Şəhidim mənim!

Gözlərini yola dikdi analar,
Dərdi böyük bir mələkdi analar.
Allah bilir, nələr çəkdi analar,
Ey cənnət qoxulu Şəhidim mənim!

Candan keçdin, torpağın azad olsun,
Sən istədin, elin-oban şad olsun.
İstəmədin ana yurd da yad olsun,
Ey cənnət qoxulu Şəhidim mənim!

Qan ağlayır, doğmaların gözləri,
Göz yaşları daşdırar dənizləri.
Şərəfinlə sən ucaltdın bizləri,
Ey cənnət qoxulu Şəhidim mənim!

Vətən səni harayına çağırdı,
Tanrı cənnət sarayına çağırdı.
Sənin üçün göylərdən nur yağırdı,
Ey cənnət qoxulu Şəhidim mənim!

Ana

Yatmayıb gecələr,laylamı çaldın,
O, ağ saçlarınla, şahə ucaldın,
Məni böyüdərkən, niyə qocaldın,
Mən sənin, qədrini bilmədim ana.

Səni oyadarkən, şirin yuxudan,
Bilmədin, neylədin, qəfil qorxudan,
Qorudun sən məni, yaddan oğrudan,
Mən sənin, qədrini bilmədim ana.

Min bir əziyyətmi, əzabımı çəkdin,
Məni əzizləyib, göz yaşı tökdün.
Mənim üçün sən, qəlbini sökdün,
Mən sənin, qədrini bilmədim ana.

İstəsən canımı, fəda eylərəm,
Dərdimi yaxına, yada söylərəm,
Sənsiz bu həyatda, axı neylərəm?
Mən sənin qədrini bilmədim ana.

Ata

Atalar, övladın ömür çırağı,
Atasız həyatın, mənası yoxdur.
Dar gündə, insanın odur dayağı,
Atasız həyatın, mənası yoxdur.

Gecəni-gündüzə qatıb, çalışır,
Həyatda mübariz olub, yarışır.
Əyriyə düz deyib, ata barışır,
Övlad bu həyatda, var olsun deyə.

Atalar qazanır, çörək pulunu,
Göstərir düzgünü, haqqın yolunu.
Boynuma dolayır, ata qolunu,
Söyləyir bu canım, qurbandır sənə,
Ay oğul, can oğul, layiq ol mənə.

Mənim böyük liderim

Ucaldı zirvələrə,
O, qürurlu şah səsin.
Tükənməsin heç zaman,
Vətən deyən nəfəsin!

Unutmarıq biz səni,
Ulu öndər oğlusan.
İşıq saçan günəş tək,
Sən şəfəqdən doğmusan!

Şüarımız dildədi,
Get, İlhamla irəli.
Zəfər bizimdir ancaq,
Addım atmadan geri!

Çox uğurlar qazandıq,
Ayaqlaşıb zamanan.
Qismət olmaz hər kəsə,
Sənin tək Baş Komandan!

Göstərdin öz gücünü,
Sən qadirsən nələrə.
Qoy yayılsın hünərin,
Bütün turan ellərə!

Var himmimiz, gerbimiz,
Sönməz oddur, çıraqdı.
Azərbaycan kəlməsi,
Dildən-dilə soraqdır!

Alnı açıq, üzü ağ,
Gecə-gündüz çalışdın.
Xalq üçün, millət üçün,
Min əzabla barışdın!

Diz çökdürdün düşmənə,
Fəxri Ulu Öndərin.
Qəlblərdəsən hər zaman,
Mənim böyük liderim!

Prezident

Milləti dayaq sanıb,
Hər kəsin oduna yanıb.
Arxasında dayanıb,
Öz xalqının nər kimi!

Oldu vətən bəxtiyar,
Mərd İlhamlı oğlu var.
Qeyd etsin bütün diyar,
Bunu bir zəfər kimi!

Gözəl sözə layiqdir,
Millətinə sadiqdir.
Buna hər kəs şahiddir,
Ər kişidir ər kimi!

Rəhimli təmiz ürək,
Xalqına arxa-dirək.
Qədrini bilsin gərək,
Hamı bir nəfər kimi!

Ali Baş Komandan

Keşiyində vətənin,
Dayanmısan, sən mətin.
O fitnəkar, düşmənin,
Sənə, neylər tələsi.
Xalqımın sərkərdəsi!

Son qoydun, axan qana,
Bu həsrətə, hicrana.
Doğma Azərbaycana,
Verdin, yeni nəfəsi.
Xalqımın sərkərdəsi!

Gecə-gündüz, yatmadı,
Geri, addım atmadı.
Ruhunu sarsıtmadı,
Xainlərin hədəsi.
Xalqımın sərkərdəsi!

Varlığın, bəsdir bizə,
Qatillər, gəldi dizə.
Çox kəlməyə, çox sözə,
Sipər, oldu sinəsi.
Xalqımın sərkərdəsi!

Millətindən, güc aldın,
Yağılardan, öc aldın.
Zirvələrə, ucaldın,
Ey, millətin hür səsi.
Ən ali sərkərdəsi!

Əliyeva Mehriban

Dünyanın hər yerindən,
Gəlir vətən sorağı.
Sayənizdə yüksəlir,
Azərbaycan bayrağı!

Nəzakətlə davranır,
Vətən övladlarına.
Qayğıkeş və mərd insan,
Əliyeva Mehriban!

O, bir sevimli insan,
O, bir sevimli ana.
Necə gözəl övladlar,
Bəxş eyləyib cahana!

Kim diləsə yardımın,
Əsirgəməz heç zaman.
Adı kimi gözəldir,
Əliyeva Mehriban!

İldən-ilə ucalır,
Zirvəyə Azərbaycan.
Gözəlləşir ölkəmiz,
Yaşayırıq firavan!

Qürur duyur bu millət,
Fəxr edirik sizinlə.
Yolunuz haqq yoludu,
Yol gedirik sizinlə!

Tanri sizi qorusun,
Hər zaman var olasız.
Ömrünüz uzun olsun,
Ürəklərdə qalasız!

Türkün ordusu

Şərəflə vuruşar, bir an yorulmaz,
Xainə dərs verər, qəddi qırılmaz.
Kimsəyə baş əyməz, qula qul olmaz,
Allahın quludur, türkün ordusu!

Savaş onlar üçün düyün, təntənə,
Addım atsın, aman verməz düşmənə.
Öz canını qurban verər vətənə,
Uludan uludur, türkün ordusu!

Düşməni öz mənfur qanında boğan,
Axşam qürub edib, sübh çağı doğan.
Məğlubiyyət onlara olub qadağan,
Zəfərlə doludur, türkün ordusu!

Damla qanı belə olmasın hədər,
Yan keçməsin nə qəm-qüssə, nə kədər.
Türkün bir yolu var, o haqqa gedər,
Haqqın öz yoludur, türkün ordusu!

Allah

Ey bulud səsindən yer-göy titrədi,
Külək yaman əsdi,tufan kükrədi.
Şimşək şaqqıltısı sanki nərədi,
Yaradan hər şeyə qadirdir Allah.

Kimi haram yeyir, günah iş görür,
Kimi göz qırpmadan adam öldürür.
İnsanı düz yoldan nələr döndürür?
Gəl, etmə günahı şahiddir Allah.

Qəlbi kinlə dolub vurur aranı,
Yara üstdən təzələyir yaranı.
Oxu Adəm oğlu gözəl Quranı,
Təkdir, bu dünyada vahiddir Allah.

Tövbə et, heç zaman etmə pis əməl,
Ayrıl əyri yoldan, doğru yola gəl.
Zikr eylə, namaz qıl, aç Allaha əl,
Dilə, nə istəsən sahibdir Allah.

Rəcəb Tayyib Ərdoğan

Vətən adlı, yuva qurdu,
Ayaq üstə, dimdik durdu.
Düşmənlərə, yara vurdu,
Rəcəb Tayyib Ərdoğan.

Sən, millətin pənahı,
Uğurlu, bir sabahı.
Türk dünyasının, şahı,
Rəcəb Tayyib Ərdoğan.

Boy buxunu, cüssəsi,
MaşALLAH, o gur səsi.
Adındı, haqq kəlməsi,
Rəcəb Tayyib Ərdoğan.

Öndə tutdun, islamı,
Sevdin, hər bir insanı.
Məhv edəcək, nadanı,
Rəcəb Tayyib Ərdoğan.

Yoxdur tayın, dünyada,
Cəsarətli, mərd insan.
Səninləyik, hər zaman,
Sonadək, yola davam.

Onu, səsləyən xalqa,
Millətinə,səs verdi,
Gəlişin Türkiyəyə,
Yeni bir, nəfəs verdi.

Daim dedin, irəli,
Addım atmadın, geri.
Sən bir, dünya lideri,
Rəcəb Tayyib Ərdoğan.

Gecə-gündüz, demədən,
Yoruldum, söyləmədən,
Xalqına, xidmət edən,
Rəcəb Tayyib Ərdoğan.

Haqqa gedən, yolundan,
Çəkilsin, qara duman.
Var olasan, hər zaman,
Rəcəb Tayyib Ərdoğan.

Səni sevəcəm

Tellərinə çiçək düzüm,
Şirin dilin ürək sözüm.
Heç bir kəsdə yoxdu gözüm,
Tək səni sevmişəm, səni sevəcəm!

Ömür viran qalıb qəm ilə dolsa,
Kim deyər? Səbirsiz olub bezəcəm.
Gözəllər-gözəli qismətim olsa,
Tək səni sevmişəm, səni sevəcəm!

Taleyim dərdlərə düçar olsa da,
Əqlim başdan çıxıb, rəngim solsa da.
Dünyanın əzabı mənə qalsa da,
Tək səni sevmişəm, səni sevəcəm!

Tənhalıq

Əldə deyil, bacarsaydım günəş olub saçardım,
Qanad açıb bu dünyadan uzaqlara uçardım.
Bəlkə mavi səmalarda ay-ulduzun yanında,
Göy-üzünü seyr edərdim bir anlıq.
Bəsdi, artıq sıxdı məni tənhalıq!

Əl üzərək bu dünyanın dövlətindən, varından,
Unudardım acısını, qüssəsini, qəmini.
Bir insan ki, ayrı düşüb yarından,
Həyat kədər, ömür oldu viranlıq.
Bir zərbəyə yıxdı məni tənhalıq!

Sonadək qismətim olmadı sevmək,
Çox gördü bu tale sevgini mənə.
Bu acı həsrətə olarmı dözmək?
Çökdü dünyamıza zülmət qaranlıq,
Yandırıb köksümü yaxdı tənhalıq!

Yarım, bizə qonaq gəl

Sən mələksən, hur gətir.
Sevinc gətir, nur gətir,
Nəyin varsa, dur gətir.
Yarım, bizə qonaq gəl.

Sanki, qəlbim döyünmür,
Həsrətinə, dayanmır.
Təbiət də, oyanmır,
Yarım, bizə qonaq gəl.

Bülbüllərin səsiylə,
Durnalar dəstəsiylə,
Yazın, xoş nəğməsiylə,
Yarım, bizə qonaq gəl.

Ağlayan yox, gülən yox,
Heç dərdimi, bilən yox,
Göz yaşımı, silən yox,
Yarım, bizə qonaq gəl.

Ulduzum

Gələn yollarına gül-çiçək düzüm,
Dağda ceyranımsan, dərədə quzum.
Qoyma məni intizarda qayıt gəl,
Göydə pərvanə tək yanan Ulduzum!

Ən gözəl arzusan bir dilək kimi,
Saf-təmiz eşqimi danan ulduzum.
Fırlanıb başımda hey mələk kimi,
Ey mənim bəxtimə qonan Ulduzum!

Bu gecə yatmayıb seyr edim səni,
Kəsməsin yolumu duman ulduzum.
Qaranlıq dünyama çırağım oldun,
Sönməsin işığın aman Ulduzum!

Bənövşə

Gözəl görür hər baxan göz?
Gözəlliyinə tapmıram söz.
Yaza nə qalıb bir az da döz,
Çiçəklər içində tazə bənövşə!

Rəngin ürəkaçan bir gözoxşayan,
Az qala qoxundan məst olub uyam.
Səni dənə-dənə dərib qoxluyam,
Əcəb yaraşırsan yazə bənövşə!

Boynu bükük o, bir yandan baxırsan,
Gözəlliklə yandırırsan yaxırsan.
Ətrin ilə ürəklərə axırsan,
Gəl, çəkmə özünü nazə bənövşə!

Fəxrimiz
Mübariz Mənsimov

Ata-ananın qədrin bilən,
Dost-qardaşa qiymət verən.
Düşmənlərə sinə gələn,
Mübariz Qurban oğlu!

Sən gənclərin sabahısan,
Yaşa səni, Vətən oğlu!
Çarəsizin pənahısan,
Mübariz Qurban oğlu!

Hay verdin, hər gələn səsə,
Yardım etdin,hər bir kəsə.
Ummadın kimdənsə nəsə,
Mübariz Qurban oğlu!

Yaşamısan imanlı,
Xoş arzu, xoş gümanlı.
Gələcəyə inamlı,
Mübariz Qurban oğlu!

Varındı güc-qətiyyət,
Namus-şərəf və qeyrət.
Sən ucalmış şəxsiyyət,
Mübariz Qurban oğlu!

Vətəninə heyran qalıb,
Sevir dərəli, dağlı.
Hər addımı zəfər çalıb,
Mübariz Qurban oğlu!

Ötüb keçdikcə zaman,
Yaşa, səni firavan.
Cəsarətli, mərd insan,
Mübariz Qurban oğlu!

Sən bir uca zirvəsən,
Daim adın var olsun!
Sevir səni millətin,
Allah sənə yar olsun!

Nicat Eyyubov.

Mübariz Mənsimov

Səninləyəm a millət,
Göstər mərdlik şücaət.
Səninləyəm ey xalqım,
Dünyada fəxrimizin.
Qədrin bil Mübarizin!

Daim yerin biləndi,
Bir tikəni böləndi.
Millətinə güvəndi,
Tarixə yazdı izin.
Qədrin bil Mübarizin!

Əyilməz onun qəddi,
Addımı,cəsarəti,
Dayağıdır hər zaman.
Bu gözəl ölkəmizin,
Qədrin bil Mübarizin!

Mərd olub, mərd olacaq,
Yaddaşlarda qalacaq.
Çoxuna açdı qucaq,
Əcəl bükəmməz dizin,
Qədrin bil Mübarizin!

Azərbaycan-Türkiyə

Bir-birini sevəcək,
Doğru yolla gedəcək.
Düşməni dəf edəcək,
Azərbaycan-Türkiyə!

Sülh sevən bir ölkədir,
Xainlərə dərs verir.
Cahanda güc-qüvvədir,
Azərbaycan-Türkiyə!

Vətənpərvər insanı,
Məhv edəcək nadanı.
Təbliq edir islamı,
Azərbaycan-Türkiyə!

Uğurları qabaqdadır,
Arzuları qucaqdadır.
Atəşi bir ocaqdadır,
Azərbaycan-Türkiyə!

Şeir

Şairin dərdi var, kimə söyləsin?
Zaman deyir: sanki qaçın,tələsin,
Həyat ürəyini sıxır hər kəsin.
Mənim dərdlərimin sirdaşı şeir!

Elə ki, artanda qəmim-nisgilim,
Dayana bilməyir, qələmsiz əlim.
Tərpənir dodağım, danışır dilim,
Mənim dərdlərimin sirdaşı şeir!

Dərəni dolaşıb, dağı gəzərəm,
Çəməni-çöllüyü gözlə süzərəm.
Sözü bax, gör sözə necə düzərəm,
Mənim dərdlərimin sirdaşı şeir!

Şairəm sinədən gəlir sözlərim,
Baxışı mənalı, qara gözlərim.
Bu cənnət vətəni eyləsin seyr,
Mənim dərdlərimin sirdaşı şeir!

Vətən

Hüsnünə heyrandı gözüm,
Xoş söhbətim, şirin sözüm.
Axı, sənsiz necə dözüm?
Sənə qurban canım Vətən!

Bulağından su içmişəm,
Neçə diyardan keçmişəm.
Dağın-dərəsin gəzmişəm,
Hər bir günüm-anım Vətən!

Bir tərəfin yaralıdır,
O, saf qəlbin paralıdır.
Baş-bədəndən aralıdır,
Damarımda qanım Vətən!

Körpələr

Qəlbimin sevincidir,
Baldan şirin körpələr.
Başı üstə dayanıb,
Ana deyir nəğmələr.

Əziz balam, gül balam,
Yat, yuxun şirin olsun.
Böyüyüb başa çat ki,
Arzularım çin olsun.

Bir xoşbəxtlik bəxş edir,
Göz açanda dünyaya.
Körpə gözəlliyindən,
Nur çilənir hər yana.

Şirin Zeynəb

Zeynəb bala, gül bala,
Əziz həm, şirin bala.
Göz açmısan dünyaya,
Nur saçırsan hər yana!
Atan, anan sevinir,
Hamının üzü gülür.
Gül-çiçəkdən incisən,
Ailənin sevincisən.
Nə yaxşı ki, sən varsan,
Səni xoşbəxt olasan!

Cəmilə

Üzdə gülüşümə səbəb olanım,
Dayının gözəli, sən mənim canım.
Sevincim, xoş günüm, şöhrətim-şanım,
Şirinim, şəkərim balım Cəmilə.
Gəl, sənin qadanı alım Cəmilə!

Göz açdın dünyaya gəlişinlə sən,
Atanı, ananı kama yetirdin.
Bir anlıq o, inci gülüşünlə sən,
Xoşbəxtlik, səadət, arzu gətirdin!

Elə ki, bir anda nur üzün güldü,
Alma yanaqlara qəmzə düzüldü.
O,qara gözlərin çiçəkdi, güldü,
Şirinim, şəkərim balım Cəmilə.
Gəl, sənin qadanı alım Cəmilə!

Bir kəlmə gəl danış, qəlbimi dindir,
Canım sənə qurban qəlbim sənindir.
Səsini eşidən hamı sevinir,
Şirinim, şəkərim balım Cəmilə.
Gəl, sənin qadanı alım Cəmilə!

Mənim əziz dostlarım

Dar gündə, bir-birinə,
Yaxşı dost, dayaq olaq.
Çağırıb səsləyəndə,
Eşidək, soraq olaq.
Qoy itməsin həyatda,
Şərəfimiz, şanımız.
Deyək, gülək, şənlənək,
Xoş keçsin, zamanımız.
Dua edək Allaha,
Ömrümüzün hər anı.
Ya rəbbim, sən qovuşdur,
Yardan ayrı, qalanı.
İstəmərəm, kimsənin,
Gur çırağı, sönməsin.
İnsan şeytana uyub,
Haqq yolundan, dönməsin.
Mənim əziz dostlarım.

Oğul

Bu dünyada, hər şey gəldi-gedərdi,
Çəkdiyimiz, qəm-qüssədi kədərdi.
Bir düşünsən, ömür belə hədərdi,
Bircə, şərəfini itirmə oğul!

Dost bildiyin, sənə düşmən olanı,
Üzdə gülüb, arxanca iş quranı.
Dar günündə, sənə zərbə vuranı,
Nadanı, süfrənə gətirmə oğul!

Sol yanından, ayrı tutma yarını,
Qoru saxla, ismətini,arını.
İtirsəndə, mal-mülkünü varını,
Bircə, şərəfini itirmə oğul!

Ölüm haqqdır, qorxma qəti ölümdən,
Günəş, tək qürub et, yenidən doğul.
Yürü öz yolunla, öz addımınla,
Bircə, şərəfini itirmə oğul!

Ey insan

Ey insan, gəl uyma, cinə şeytana,
Gözlərin, ümüdlə baxsın sabaha.
Saf, təmiz qəlbinlə aç əllərini,
Şükr eylə, hər zaman uca ALLAHA!

Hər kəs, bu həyatda, çəkəcək sınaq,
Nəfsinə hakim ol, batma günaha.
Əbədi deyilik, gəlmişik qonaq,
Şükr eylə, hər zaman uca ALLAHA!

Qıyma günahsıza, məhv etmə canı,
Sən bir səbəb olma, naleyi aha.
Xəlq edib yaradan, bütün dünyanı,
Şükr eylə, hər zaman uca ALLAHA!

Sıxma ürəyini, kasıbsan deyə,
Aldanma dövlətə, vara, tamaha.
Əyilməz başını, qaldırıb göyə,
Şükr eylə, hər zaman uca ALLAHA!

Ana müqəddəsdir

Mən dərdimi söylədim, dənizlərə,
Ana dedim, taqət gəldi dizlərə.
Ey cavanlar, səslənirəm sizlərə,
Sağlığında, qədrin bilin ananın!

Neçə aylar, illər ötüb,
Nur baxışlı, gözlər çöküb.
Zəhmətkeş, əlindən öpüb,
Sağlığında, qədrin bilin ananın!

Ana, bir ətirli, güldü çiçəkdi,
Yoxdur bərabəri, dünyada təkdi.
Anasız yaşamaq, nəyə gərəkdi,
Sağlığında qədrin bilin ananın!

Kasıbın

Başına gəlməyən qaldımı nələr?
Yaxını yadlaşar, dostu çəkinər,
Niyə, dünya yoxsullardan çirginər?
Dərdinə sirdaşı olmaz kasıbın.

Düşün bəzilərin dəyişəcək xoş halın,
Qardaş söhbətindən bəllidi yaltaq.
Varlıya yüz min yol qadanı alım,
Bir yol qadasını almaz kasıbın.

Aclıqdan ağlıyar körpə balası,
Kimsə duymaz bu fəqanı,bu səsi.
Ürəklər dağlayan ahı-naləsi,
Qardaş qiyamətə qalmaz kasıbın.

Nicat sözlərilə min kərə sınan,
Bir kəlmə dilinə gəlməsin yalan.
Bitməz tükənməzdi qüruru inan,
Mərdliyi heç zaman solmaz kasıbın.

Olmaz

Saleh əməl bir insanın,
Kiminləsə işi olmaz.
İmansızdan ev yıxandan,
Vallah dönüb kişi olmaz!

Bir yalançı təbəssümün,
Qəlbən gülüşü olmaz.
Haqsızlığı haqq bilənin,
Haqqa dönüşü olmaz!

Gözlərində kin baxanın,
Yaxşılara kəm baxanın.
Başqasına şər yaxanın,
Gəlmişi-keçmişi olmaz!

Zəmanə

Bu həyat çox sıxır, anlamır məni,
Ümüdüm qalmadı, zərrə gümanə.
Artır gündən-günə saçımın dəni,
Şair, niyə belə oldu zəmanə?

Kim-kimə inanır, kimə güvənir,
Ömrün xoş çağından günlər ələnir.
Dərdimin üstünə dərd səpələnir,
Saralıb gül təki soldu zəmanə.

Döyünən ürəyim dayansın gərək,
Amansız dövranə dözərmi ürək?
Kəsənlər bilmədi, nədir duz-çörək,
Nifrətlə, kin ilə doldu zəmanə.

Aldanıb dövlətə, vara gedirik,
Geniş dünyamızdan dara gedirik.
Bilmirəm, biz belə hara gedirik?
Sonu bilinməyən yoldu zəmanə.

Sanki, zəmanəmiz başsızdı, duldu,
Kim-kimə ağadı, kim-kimə quldu.
Namusda, şərəfdə, qeyrətdə puldu,
Bir işə yaramaz çuldu zəmanə.

Namərd qarşısında qul tək dikilib,
Kimlər üz döndərdi, dinə-imanə.
Sanki, doğruluğu ərşə çəkilib,
Yalandan,böhtandan boldu zəmanə.

Qarabağ

Ümüdlər puç oldu, arzular bitdi,
Neçə mərd oğullar, igidlər getdi.
Düşmən, arzusuna gör necə yetdi,
Adın kimi, bəxtin, oldu Qarabağ.

Unutmaq olarmı, qəmli dünəni,
Düşündükcə olanlar, dağlar sinəmi.
Bir ana fəryadı, məhv edib məni,
Min xəyala, dərdə saldı Qarabağ.

Şəhidlər, torpağın altında yatır,
Yağı, torpağımdan mənə tərs baxır.
Bu vətən həsrəti, qəlbimi sıxır,
Qayıt geri, zaman doldu Qarabağ.

Həmin vaxt, su yerinə qan idi axan,
Sinəmə dağ çəkib, yandırıb yaxan,
Yaralı ataya, boylanıb baxan,
Körpə uşaq, yetim qaldı Qarabağ.

Hara baxırdınsa, axıdılıb qan,
Ev-eşik dağılıb, hər tərəf viran.
Məscidlər, məktəblər yer ilə yeksan,
Sağalmaz yaradı, xaldı Qarabağ.

Kaş ki, geri qayıdardın bir anda,
İnsaf yoxdu, dərd artırır zamanda.
Ətir saçan, quşlar uçan baxçanda,
Çox çiçəklər, güllər soldu Qarabağ.

Millətin sevinci, nəşəsi idin,
Kəlbəcər, Zəngilan, Cəbrayıl, Şuşa.
Vətənin ən gözəl, güşəsi idin,
Düşmən səni, bizdən aldı Qarabağ.

Xankəndi, Xocavənd,Laçın, Ağdərə.
Söndü bəxt ulduzun, yüzlərlə ocaq.
Öz-özünə alışıb yandı dağ-dərə,
Adın kimi, bəxtin, oldu Qarabağ.

Füzuli, Xocalı, Ağdam, Qubadlı,
Bir qarış qalmadı, arlı-abadlı.
Oğullar var idi, qollu-budaqlı,
Ana şirin, vətən baldı, Qarabağ.
Adın kimi, bəxtin, oldu Qarabağ.

Qanlı yanvar

Başımızın edən uca,
Şəhidlərin şanıdır.
Bilmədilər cavan qoca,
Bu bir insan canıdır!

Gecə o gecəydi ki,
Qan su yerinə axırdı.
Mərmilərin səs küyü,
Sanki şimşək çaxırdı!

Min ələmlə əzabla,
Əzdilər millətimi.
Günahsız insanların,
Kəsildilər qənimi!

Qulaqlar zingillədi,
Anaların naləsi.
Dağlandı kürəkləri,
Kəsilincə nəfəsi!

Gözləri qarşısında,
Bir balaca körpənin.
Soydular ataların,
Yandırdılar bədənin!

Rəhm etmədən vurdular,
Oğulları, qızları.
Həmin gecədə söndü,
Parlayan ulduzları!

Söylə üzüm gülərmi heç?
Yağıdan qisas almamış,
Dünya bizə qara zindan.
Düşməni dərdə salmamış!

A dünya

Düşünürdüm, uğurlu bir sabahı,
Yoxdu, zərrə səxavətin a dünya.
Nə idi, o insanların günahı?
Yerə batsın, ədalətin a dünya.

Ağlar qaldı, neçə ata-analar,
Qətl edildi, körpə-körpə balalar.
Həsrət qaldı körpələrə, laylalar,
Yerə batsın, ədalətin a dünya.

Qəzəblənən gözlərə, qan yığıldı,
Dinc sakinin, evi başına dağıldı.
Haqq-ədalət sənin üçün nağıldı,
Yerə batsın, ədalətin a dünya.

Çoxu durub, xainlərin yanında,
Qəti insaf yox, bunların canında.
Günahkarlar, boğulsun öz qanında,
Yerə batsın, ədalətin a dünya.

Göz yaşlarım, ağlamaqdan sel oldu,
Qanla torpaq, qarışmaqdan lil oldu.
Arzuları, taleləri kül oldu,
Yerə batsın, ədalətin a dünya.

Çox qatillər, insanlıqdan danışır,
Haqqı bilib, haqsızlıqla barışır.
Haqsızlarda, haqqımızla yarışır,
Yerə batsın, ədalətin a dünya.

Azərbaycan, dildə gəzir söhbətin,
Başın uca, duruşun daim mətin.
Yerdə qalmaz, qanı bu millətin,
Yerə batsın, ədalətin a dünya.

Fəxrimiz
Mübariz İbrahimov

Şəhidlik zirvədi ən uca dağdı,
Şərəfin, qeyrətin dildə sorağdı.
Beş günlük dünyada hamı qonağdı,
Xalqın yaddaşında qaldı Mübariz!

Sənin tək oğulun alım qadasın,
Arsız düşmənlərin verdi bəlasın.
Qəhrəmancasına alıb qisasın,
Haqqın öz yolunu buldu Mübariz!

Ey mərd şücaətli oğlu vətənin,
Qalmışdı xainlər qarşında aciz.
Qorxub çəkinmədən arsız düşmənin,
Köksünə atəşi saldı Mübariz!

Murdarlıq bulaşan nursuz üzlərin,
Layiqi olanlar ən pis sözlərin.
Əli top tüfəngli əlli yüzlərin,
Tək özü içinə daldı Mübariz!

Düz dünya danışır şücaətindən,
Doğma vətəninə sədaqətindən.
Qorxmadı ölümdən, şəhadətindən,
Əl çatmaz bir zirvə oldu Mübariz!

Azərbaycan əsgəri

Qorxu bilməzlər qəti,
Sərhədlərdə diqqəti.
İldırım tək sürəti,
Azərbaycan əsgəri!

Sevir dağlı, təpəli,
Xoşdur, arzu əməli.
Get, inamla irəli,
Azərbaycan əsgəri!

And içib, o unutmaz,
Bir addım, yaxın tutmaz.
Düşmən hiyləsin yutmaz,
Azərbaycan əsgəri!

Səngərdə, bir qoçaq tək,
Vuruş, düşmənə qarşı.
İnşALLAH zəfər çalaq,
Sən oxu, vətən marşı,
Azərbaycan əsgəri!

Vətən həsrəti

And içərəm, yerinə,
Bu torpaqçün, hər kəsin.
Vətən, ulu diyarım,
Vuran, qəlbim nəfəsim.

Cümlə-cahan, bilir ki,
Yaralıdır canımız.
Vətən üçün, dövr edir,
Damardakı, qanımız.

Bir gülə, bənzəyir bu,
Açmamış, sola bilmək.
Çox çətin, ağır dərtdir,
Vətənsiz, qala bilmək.

Kəndimiz

Dağı, dərəsi var, düzü-çəməni,
Yaşıl otlaqları, sanki səməni.
Ağaclar boy atıb, qayalar təni,
Nə qəşəng görünür, gözə kəndimiz.

Səfalı yerləri, gur bulaqları,
Bağçası, bostanı, meyvəsi, barı.
Dadlı nemətlərin, gözəl diyarı,
Nə qəşəng görünür, gözə kəndimiz.

Zövq alır, hər baxan mənzərəsindən,
Quşlar cikkildəşən, o xoş səsindən.
Mən fərəh alıram, hər bir kəsindən,
Nə qəşəng görünür, gözə kəndimiz.

Qarşılıqsız sevgi

Öldü duyğularım sən gedən gündən,
Nə sevgi anladım, nə də məhəbbət.
Zənn etdim sağam mən, döyünür qəlbim,
Mənə qalan hicran, acı bir həsrət!

Sevgisiz yaşamaq mümkündür məgər?
Yoxluq dəryasına qərq oldu ömrüm.
Ağladım, sızladım çarəsizlikdən,
Bir yalan sevgiyə sərf oldu ömrüm!

Güllər açan bağda soldu güllərim,
Eşqimin ayrılıq yoluna gəldim.
Puç oldu həyatım, getdi illərim,
Mən onsuz sevgimin sonuna gəldim!

Son məktub

Yazdığım bu sözlər dərdimə ortaq,
Məndən üz döndərib işığlı gündüz.
Qaranlıq gecələr açıbdır qucaq,
Sevgilim, bu sənə son məktubumdu!

Hər kəsin son yeri məzardır məzar,
Kimi aldanaraq yolunu azar.
Kimi bu həyatda doğrunu yazar,
Sevgilim, bu sənə son məktubumdu!

Bir payız yağışım, qışdasa qarım.
Sən idin ümüdüm, yazım-baharım,
Artır gündən-günə qəmim-qübarım.
Sevgilim, bu sənə son məktubumdu!

Hər günüm acılı ömür virandı,
Qüssəli yaşamaq qəlbə ziyandı.
Bir də gördün yazıq ürək dayandı,
Sevgilim, bu sənə son məktubumdu!

O, ötən illəri düşündükcə mən,
Dağlayır sinəmi xatirələrin.
Neylədim, belə tez əl üzdün məndən?
Bu sənə yazdığım son məktubumdu!

Yalnızlıq çətindir, alışmaq olmur,
Tutulubdu nitqim, danışmaq olmur.
Bu necə taledi barışmaq olmur?
Sevgilim, bu sənə son məktubumdu!

Həyat bir an idi, biləsən gərək,
Sevəndə sonadək sevəsən gərək.
Səndən başqasını sevməz bu ürək,
Sevgilim, bu sənə son məktubumdu!

Vəfasız

Söndü ürəyimin yanan atəşi,
Doğrunu yalana qatdın vəfasız.
Mən səni baş tacım zənn eyləmişdim,
Sən məni yadlara satdın vəfasız!

Gündüzüm qaranlıq gecəyə döndü,
Bilmədim neyləyim, nə edim sənsiz.
Dinib danışmadan təmiz eşqimi,
Çıxarıb qəlbindən atdın vəfasız!

Söylə bircə dəfə yandın oduma?
Bir günüm keçmədi başı bəlasız,
Sən səni sevəni alıb qarşına.
Arzu muradına çatdın vəfasız!

Hardasan

Elə hey boylandı gözlərim yola,
A qədirbilməzim gülüm hardasan?
Ağlım başdan çıxıb çarəsizlikdən,
Bilmirəm ağlayım, gülüm hardasan?

Kimi sevdiyinə əhdinə yetdi,
Mənim məhəbbətim qəribə getdi.
Niyə, bele oldu bilə-bilmədim,
Lal olub, danışmır dilim hardasan?

Zaman gözləməyir ömür tez ötür,
Həsrət ürəyimi dağlayır mənim.
Solmuş bir çiçəyin görünüşü tək,
Puç oldu aylarım, ilim hardasan?

Anam

İstərəm bir anda dayansın zaman,
Qoy səsim göylərə ucalsın anam.
Ömrümün illəri telinə qurban,
Bacarsam qoymaram qocalsın anam!

Bu sənli günlərim dünyadı mənə,
Anamın laylası dəryadı mənə.
Ən şirin arzudu röyadı mənə,
Bacarsam qoymaram qocalsın anam!

Mən öz varlığımı özümü danam,
Bir anda alışıb, oduna yanam.
Dünyanı versələr telinə dəyməz,
Bacarsam qoymaram qocalsın anam!

Cənnət bağçasıdır ana ürəyi,
Evimin ruzisi,duzu-çörəyi.
Hər zaman insanın odur gərəyi,
Bacarsam qoymaram qocalsın anam!

Təbiət

Gözəl gülün ətri gəlir,
Gülün dilin güllər bilir.
Güldə gülə baxır gülür,
Varam bele gözəlliyə!

Quşların cingilti səsi,
Təbiətin xoş nəğməsi.
Qarçiçəyi, bənövşəsi,
Varam bele gözəlliyə!

Baxdıqca dərdim azalır,
Gözlərim xəyala dalır.
Çiçəklər min rəngə çalır,
Varam bele gözəlliyə!

Dostuma

Qardaşına olasan arxa-dirək,
Ata-ananın qədrin biləsən gərək.
Yanağından gülüş əksik olmasın,
Əziz dostum, iyirmi yaşın mübarək!

Ruzi bərəkətin qoy aşıb-daşsın,
Dost-tanışın ətrafında dolaşsın.
Getdiyin yol arzulara qovuşsun,
Əziz dostum, iyirmi yaşın mübarək!

Gözlərin heç zaman yolda qalmasın,
Sevincdən yaşarsın, qəmlə dolmasın.
Ömrün çiçək açsın, dərdin olmasın,
Əziz dostum, iyirmi yaşın mübarək!

Bu dünyada sənində bir izin var,
Öz-özündən ilham alan özün var.
Bu gün sənə mənim ürək sözüm var,
Əziz dostum, iyirmi yaşın mübarək!

Söz

Təzə açan, tər gülə,
İncə toxun, incə dər.
Bil sözünü, kəlməni,
Sərt danışma, incidər.

Şirin söz, dərdli qəlbin,
Yanğısını, söndürər.
Sözü, acı olandan,
Hamı qaçar, gen gedər.

Söz var, ürək dağlayar,
Gözlərə yaş, bağlayar.
Söz var ki, qal yatırdar,
Min bəlanı, səngidər.

Qalar

Kişi ağzı möhkəm ola,
Hər deyilən sözdə qalar.
Bu dünya sirr dünyasıdı,
Sirrimiz də sözdə qalar!

Bir məsəl var çıxma yüzə,
Yüzdə qalan düzdə qalar.
Çalış yalan danışma ki,
O, da bir gün üzdə qalar!

Bir kəs dünyasın dəyişsə,
Yaxın gələr, yadı qalar.
Ölüm itim dünyasında,
İgid ölər, adı qalar!

Fani dünya

Mənəm-mənəm deyib gəzmə dünyada,
Bəlkə də sözlərim güldürər səni.
İnsafsız, rəhmsiz olan dünyanın,
Bir acı xəbəri öldürər səni!

Ölüm nə vaxt gələr, hardan biləsən?
Bilinmir sabahdı,yoxsa bu gündü.
Söylə, kim çözəcək dünyanın işin?
Dünyanın işləri düyün-düyündü!

Həyat bir anidi biləsən gərək,
Aldanma gəl, var -dövlətə, daş-qaşa,
Sadəlikdi gözəlliyi insanın.
Elə danış, həkk olunsun
kəlmələrin yaddaşa!

Qərib dünya

Gəz dünyanı gözü bağlı,
Çox insan var qəlbi dağlı.
Boy buxunlu, qol budağlı,
Kimlər gəldi, kimlər getdi.

Hey arxamca danışdılar,
Söz dolanıb gəzər oldu.
Mən dünyanı şirin sandım,
Dünya mənə zəhər oldu.

Mərhəmətin duyammadım,
Min görkəmə girib dünya.
Sən bizlərdən yadlaşmısan,
Soyuqqanlı qərib dünya.

Dağlara

Uzaqdan görünür sinəndə maral,
A dağlar gəlirəm salamımı al.
Ürək deyir, bu dağlarda qal qocal,
Həsrətdi, nə vaxtdı üzüm dağlara?!

Vətənin torpağı, daşı gözəldi,
Hər bir seyrangahı şeir qəzəldi.
Seyr etdim dağları, kefim düzəldi,
Meylini salıbdır gözüm dağlara!

Sevirəm vətənin hər bir çağını,
Doymaram gəzməkdən bağça-bağını.
Gəzim dərəsini, gəzim dağını,
Qoy düşsün büsbütün izim dağlara!

Bir küskün ananın
övladına ürək sözləri

Bu qədər incidib, yormayın məni,
Hər ucuz söz üçün, qırmayın məni!
Səbrim yox, hər günü çox darıxıram,
Yaralı yerimdən, vurmayın məni!
Sanmayın, duyğusuz düşüncəsizəm,
Siz uşaqsız, mənsə böyüyünüzəm!
Yol verməyin, sizdən küsəm, inciyəm,
Kədərlənib, acı sözlər söylüyəm.
Ey, oğul! Dərk eylə, ana kəlməsin,
Ana istər, daim gəlsin nəfəsin.
Bir gün gələr, səndə ata olarsan,
Deyinərsən, danışarsan, dinərsən.
Övladının, acı kəlmələrindən,
İnciyərsən, ağlayarsan, küsərsən!
Ehh...vaxt var idi, mən də, belə edərdim,
Öz anamı, incidərdim, didərdim.
Artıq gecdir, indi mən çox peşmanam,
Öz-özümə ömür boyu düşmənəm!
Bəlkə də, qəlbinin dərinliyində,
Ana qəlbin qırmağı, günah bilərsən.
Öz-özümü, qınayıram yanıram,
Kaş ki, belə olmayaydı,
Gözlər! Qəm yasıyla, nifrətilə dolmayaydı!
Ucuz, kəskin sözlər ilə, hirsli baxan, gözlər ilə,

Heç kəs, ürək qırmayaydı.
Qəlbə, yara vurmayaydı,
Amma, mən anayam, bağışlayaram,
Hər bir yanlışını, doğru sayaram.
Mehribanlıq, səadətlə gəlin! Belə yaşayaq biz,
Qoy fərəhdən, xoş bir sözdən,
şadlanaq xoşbəxt olaq biz!
Daim yansın çırağımız, heç sönməsin ocağımız,
Bol olsun duz-çörəyimiz, itməz halal əməyimiz.
Böyüklər, hey uca olsun,
Kiçiklər də, tez böyüsün.
Ana olsun, ata olsun!

Övladın anaya cavabı

Ana sözlərini, gəl isit bir az,
O, soyuq sözlərin, dondurar məni.
And olsun, haqqını halal etməsən,
Cəhənnəm atəşi, yandırar məni.

Ana, yalvarıram bağışla məni,
O nurlu gülüşün, çırağım olsun.
Bir daha qəlbini, qırsam əgər mən,
Əzrail mələyi, qonağım olsun.

Göz yaşlarım, gözlərimi çıxardır,
Kədər ürəyimi, məndən qopardır.
Ömrüm, günüm dərdi sərdi qübardı,
Nə olar, anacan bağışla məni.

Nə olar, bağışla məni anacan,
Qəmli gözlərindən, günəş saçılsın.
Nə söndürər, o alovu yana can,
De, gül biraz küskün eynin açılsın.

Əgər məni, əfv etməsə gül anam,
Ömrüm sona yetsin, həyat qutarsın.
Vicdan əzabından, yanan külümü,
Yağan yağışlarla, sellər aparsın.

Dən düşmüş telinin, qadasın alım,
Nə edim ki, məni bağışlayasan?
Nə fani dünyada, nə haqq dünyada,
Allah da, rəhm etməz, bağışlamasan.

Elə baxma, o qəmli gözlər ilə,
Üzün kədərlidir, çəkirəm zülüm.
Cənnət, anaların ayağı altda,
Ana, ayağının altında ölüm.

Qadınlar

Bir güldəndə zərifdir,
Qəlbi kövrək qadınlar.
Ailənin baş tacıdır,
Bizə gərək qadınlar!

Analar bu dünyada,
Şərəfimiz, şanımız.
Bacılar qürurumuz,
Candan əziz canımız!

Var olasız həyatda,
Gülərbəniz qadınlar.
Daim gülsün üzünüz,
Doğma əziz qadınlar!

Xoş arzu, xoş diləklə,
Xəyallara dalasız.
Bu gözəl kainatda,
Sizi xosbəxt olasız!

A Gözəl

Gəlişinlə ömrümə bahar gətirdin,
Arzu-istəyimi kama yetirdin.
Qüsəni,kədəri,qəmi bitirdin,
Mən səni sevməyim, neynim a gözəl?!

Sevənlər gec ya tez qovuşar əlbət,
Bu sevgi çoxuna olacaq ibrət.
Ömrümə günəş tək saçdı məhəbbət,
Mən səni sevməyim, neynim a gözəl?!

Çoxları paxıllıq eylədi bizə,
Kim nə söyləsədə baxmadım sözə.
Ele ki, baxanda gözlər göz-gözə,
Sevmişdi ürəyim səni lap əzəl.
Mən səni sevməyim, neynim a gözəl?!

Səni

Düşdün qismətimə, qızıl balıq tək,
Sənlə həyatımda, açdı gül, çiçək.
Arzu diləyimsən, ey gözəl mələk,
Bəxtimə yazıbdır, yaradan səni.

Gözləri sürməli, əli xınalı,
Yaşaya bilmərəm, səndən aralı.
Bir ömür yarım ol, dağlar maralı,
Bəxtimə yazıbdır, yaradan səni.

Sən gəldin, unutdum qüssəni qəmi,
İncə baxışların, lal etdi məni.
Ölsəm, başqasına yar eyləmərəm,
Bəxtimə yazıbdır, yaradan səni.

Əbədi sevgi

Qəlbimin səsini dinlədim bir an,
Bu ürək səninçün gör nələr edib.
Gözlərim yağacaq bir bulud kimi,
Yoxluğun o, yaşı dondurub gedib!

Səni bənzətmişdim bir gözəl gülə,
Xoş keçən ömrümün hakimi idin.
Bu qəlbim dənizdə kiçik bir ada,
Sənsə o, adanın sakini idin!

Fikrimi, zənnimi boşa çıxardın,
Mən səni heç vaxt satmaram yada.
Sən öz taleyini qoşa çıxardın,
Səndən başqa kimisə sevmərəm
bu dünyada!

Bütün günah məndədir

Qəlbimi verdim sənə,
Ömrümü verdim sənə.
Dəyər vermədin mənə,
Qəbahət sevəndədir.

Sona yetdi eşqimiz,
Ayrılsaqda səninlə.
Bu bəxtsiz məhəbbətin,
Acısı sinəmdədir.

Unutmusan dünəni,
Atmaz sevən-sevəni.
Sevməyəydim kaş səni,
Bütün günah məndədir.

Təbrik

Xoş söz söylə, xoş eşit,
Xoş xəbərlər, alasan.
Çiçəklənən, ömründə,
Arzulara, çatasan.

Bu gözəl, həyatında,
Doğru yaşa, düz yaşa.
Dərdi, sərin olmasın,
Arzum budur, yüz yaşa!
[03.05 10:19] Nicat: Sevgimizin sonuncu
payızı

Əsdi, payız küləyi,
Nəsə birtəhər oldum.
Yarpaqlar yerə düşdü,
Gözləri yaşla, doldum.

Neçə payız ötmüşdü,
Beləsi, olmamışdı,
Ağaclar, yarpaqların,
Heç belə, yolmamışdı.

Çox səsləndim, sevgilim,
Səsimə səs vermədin.
O, həmişəki yerimizə,
Hey çağırdım, gəlmədin.

İstəməzdim, bu payız,
Kədər olsun, ömrümə.
Mən öləndə gələrsən,
Payız adlı, qəbrimə.

Cavanlığım

Neyləsin bu ürək çarəsiz qalıb,
Köksünə min əzab-min dərdi salıb.
Cismim üzərinə ağır yük alıb,
Bir heç oldu, hədər oldu cavanlığım!

Yardım istə yaxın duran olmayacaq,
Dar günündə sənlə kimsə qalmayacaq.
Dost dediyin səni yadına salmayacaq,
Başdan sona kədər oldu cavanlığım!

Əl açaraq dua etdim yaradana,
Məni möhtac eyləmə heç bir insana.
Puç olsada ömrüm rahat yetsin sona,
Yarı qalmış əsər oldu cavanlığım!

Məni

Gül bağında bir gül olaq,
Birgə açaq, birgə solaq.
Dərdim olar qalaq-qalaq,
Yari yolda qoyma məni!

Dağdan-daşa vur qəlbimi,
İncimərəm qır qəlbimi.
Yaralıyam yar qəlbimi,
Yarı yolda qoyma məni!

Yol gedirəm izim yoxdu,
Sevincim az, qəmim çoxdu.
Dərdimə bir çözüm yoxdu,
Dərdli halda qoyma məni!

Eşqin telli sazı gülməz,
Ömrün fəsli, yazı gülməz.
Taleyimin üzü gülməz,
Yarı yolda qoyma məni!

Məni

Dərdlərim min budaq olub,
Çəkir sağdan-sola məni.
Alovlanan təmiz eşqin,
Salıb haldan-hala məni!

Könül sevən sirdaş olar,
Sevməyən ürək daş olar.
Sənsiz həyatım boş olar,
Gəl aldatma bəla məni!

Sevmirsənsə söylə bilim?!
Nə ayım var, nə də ilim.
Deməyə də gəlmir dilim,
Nöş verirsən yola məni?!

Novruz bayramı

Bahar gəldi elimə,
Hər kəs sevincli oldu.
Ağaclar yarpaq açdı,
Təbiət agah oldu!

Nərgiz çiçəyi acid,
Günəş şəfəqdən saçdı.
Bu yaz uğurlu olsun,
Ocağımız gur olsun!

Təbrik edirəm sizi,
Mənim əziz millətim.
Arzumdur şad olasız,
Ürəklərdə qalasız!

Öz ailəsiylə hamı,
Qeyd edirlər bayramı.
Bu xoş gözəl günlərdə,
Hər kəs barışsın gərək.
Bayramınız mübarək!

Bahar

Günəş işıq saçanda,
Gül-çiçəklər açanda.
Qaranquşlar uçanda,
Nə gözəlsən, ey bahar.

Yaşıllaşır dağ-dərə,
Çox gözəldi mənzərə.
Göz yetirdim çöllərə,
Nə gözəlsən, ey bahar.

Təbiət yuxudan oyanır,
Əlvan rəngə boyanır.
Ağaclar yarpaq açır,
Nə gözəlsən, ey bahar.

Var

Dayaq deyib, söykənmə hər budağa,
Üzdə gülüb, o budağı kəsən var.
Gözəllik istəsən, seyr et dağları,
Dağ döşündə, necə lalə süsən var.

Dözmədi ürəyim, danışdı dindi,
Bu qədərinə, vicdansızlıq nədəndi.
Gör, nə günə gəlib, çıxmışıq indi,
Doğma ata, anasından bezən var.

Haqq-ədalət, gözlərində yuxalıb,
Namus, şərəf, büdrəyərək yıxılıb.
İmansızlar, artıb-artıb çoxalıb,
Sayı sonsuz, nə qədərinə desən var.

Bəxtsiz ceyran

Bir gün, dağ döşündə yaralı ceyran,
Sıralı dağları, aşmaq istədi,
Süründü-süründü, taqətsiz halda.
Birtəhər gizləndi, bir koma kolda,
Qanın qoxusunu duyan, bir çaqqal,
Yaralı ceyranın, yanına gəldi.
Düşündü şəriki çıxmaz, bir yandan,
Sevindi, bu günki ovu düzəldi.
Elə həmin anda, ac bir canavar,
Şığıdı çaqqalın üstünə tərəf.
Çaqqal tez çəkildi, qorxub bir yana,
Şüvən saldı meşədə hər kəs, oyana.
Səs-küyə yığışdı pələng də, şirdə,
Vaşaqda , tülküdə, xallı bəbirdə.
Elə ki, bunları görəndə çaqqal,
Yaman ürəklənib, girişdi birdən.
Ovu görcək, baxdı iştaha gəldi,
Bir hədə-qorxuda, gəldi bəbirdən.
Canavar, dirəşdi yaralansada,
Əti, sümüyündən aralansada,
Onlarda kənardan izlədi, baxdı.
Canavar sözündə şahdı ki, şahdı,
Nə çaqqal, nə bəbir əhdinə çatdı.
Bunların əlindən, bezişən ceyran,
Sıyrılıb ağzından, ac canavarın,
Özünü qayanın, başından atdı.

Dünya

Mən taleyi qaralıyam,
Yazıq qəlbi yaralıyam.
Sevdiyimdən aralıyam,
Ürəyimi sıxma dünya!

Atlamışıq çətin səddi,
Aramızdakı sərhəddi.
Hər bir anım qəmdi,dərddi,
Axırıma çıxma dünya!

Qan ağlayır sözlərim də,
Taqətsizdir dizlərimdə.
Mərhəmət yox gözlərində,
Oğrun-oğrun baxma dünya!

Gözlərim xəyala dalıb,
Ruh bədəndən ayrı qalıb.
Məni yaman dərdə salıb,
Yandıraraq yaxma dünya!

Vurulmuşdum bir gözələ,
Sığındım şeir, qəzələ.
Çətin bir daha düzələ,
Gəl, evimi yıxma dünya!

Ana vətən

Bu canım, fəda olsun,
Doğma vətən, yolunda.
Çox igidlər, yetişib,
Azəri, torpağında!

Hər tərəfə, səs salıb,
Anaların, naləsi.
Mənim üçün, şərəfdir,
Bir şəhidlik, zirvəsi!

Düşmənə, atəş açan,
Əlləriniz, var olsun.
Ey vuruşan, igidlər,
ALLAH sizə yar olsun!

Biləydim

İlk eşqim,mələyim, canim-cananım,
Hər acı günümə şərik olanım.
Ay mənim dərdimə candan yananım,
Kaş ki, səni bir də görə biləydim!

Bir anlıq yadıma düşdü xəyalın,
Alma yanaqların şirin vüsalın.
Həsrətin çəkmişəm hüsnü camalın,
Kaş ki, səni birdə görə biləydim!

Bir günüm il oldu, illərim əsr,
Yaşamazdım dərdi,qəmi öləydim.
Bu azad dünyada olmuşam əsir,
Arzum səni birdə görə biləydim!

Saçlarım ağardı,ruhum qocaldı,
Fikrin-düşüncəmi ağlımı aldı.
Məni-məndən alıb,çöllərə saldı,
Gülüm səni birdə görə biləydim!

Taqətsizəm dizlərim bükülməmiş,
Əllərinlə göz yaşımı siləydin.
Elə bu səhər dan yeri sökülməmiş,
Kaş ki, səni birdə görə biləydim!

Ulduzlar şahiddir, yatmıram yuxu,
Maraqla halıma baxırlar çoxu.
Sancılıb sinəmə ayrılıq oxu,
Səni bircə dəfə görə biləydim!

O, uzun saçları gülüm hörəndə,
Baxıb gözlərimə gülümsəyəydin.
Gül bağında lalə,nərgiz dərəndə,
Kaş ki, səni birdə görə biləydim!

Bu qədər dərd-sər bəsimdi

Yarım məndən üz döndərib,
Kiprik süzüb göz döndərib.
Onu hansı söz döndərib,
Məndən ayrı qalıb indi!

Nolar, gəl belə eləmə,
Məndən ayrılıq diləmə.
Dərdim üstə dərd eləmə,
Ürəyimin dərdi Mindi!

Bu nə zaman, bu nə dövran,
Dərdimə yox dava-dərman.
İncə toxun, incə davran,
Mənim qəlbim sarı simdi!

Düşündüm hər şey düzələr,
Ömrüm belə getdi hədər.
Yazıq canım çəkdi nələr,
Bu qədər dərd-sər bəsimdi!

Yaxşı bilirsən

Qəlbində nə varsa üzə düzülür,
Üzün gülməsə də gözlərin gülür.
Bəsdi gözləməkdən qəlbim üzülür,
Səni sevdiyimi yaxşı bilirsən!

Bir yerdə yaşayaq, bir yerdə ölək,
Hər gecə yuxuma niyə gəlirsən?
Bu qədər işvə-naz de nəyə gərək?
Səni sevdiyimi yaxşı bilirsən!

Sən mənə desən ki, sevmirəm səni,
Bəs, niyə gözlərin sevirəm deyir?
Qorxuram bir anda itirəm səni,
Necə sevdiyimi yaxşı bilirsən!

Nədir bizi-bizdən ayıran gülüm,
Nədir sevgimizin qara bəlası.
Dərdi-sər içində çəkirəm zülüm,
Səni sevdiyimi yaxşı bilirsən!

Möhtacam sevgiylə dolu sözlərə,
Əllərim-əlinin həsrətin çəkib.
Vurğunam sürməli qara gözlərə,
Səni sevdiyimi yaxşı bilirsən!

İnsafsız nə olar sevirəm sözün,
Günahmı bir dəfə duyum dilindən?
Dön, bu inadından elə sən özün,
Səni sevdiyimi yaxşı bilirsən!

Ətirli bağçasan, çiçəkmisən sən?
Bilmirəm yuxusan, gerçəkmisən sən,
Yaralı sinəmə dağ çəkmisən sən.
Səni sevdiyimi yaxşı bilirsən!

Demə, başqasında mənim gözüm var,
Xəyanət bu cana sığışmaz gözəl.
Sənə ürəyimdə bircə sözüm var,
Səni sevdiyimi yaxşı bilirsən!

Gözlərim

Fikrim, xəyalımsan dərdi-sərimsən,
Bəxtimə yazılmış eşq əsərimsən.
Daşan çaylarımsan göy xəzərimsən,
Səndən başqasını görməz gözlərim!

Dağların başında bəmbəyaz qarsan,
Tale-qismətimsən sevgili yarsan.
A gözəl nə qədər qəlbimdə varsan,
Səndən başqasını görməz gözlərim!

Dövr edirsən damarımda-qanımda,
Əl çəkmərəm inan çıxsa canımda.
Mələklər dolana dörd bir yanımda,
Səndən başqasını görməz gözlərim!

Atanın

Xoş söz söylə, inciməsin sözündən,
Tükənməsin oğul səbri atanın!
Əsəb damla-damla axar gözündən,
Tükənməsin oğul səbri atanın!

Dinlə sözün hər bir zaman,
Üzünə ağ olma aman.
Ol ata kəlməsin qanan,
Tükənməsin oğul səbri atanın!

Yaş üstə yaş gəlib çoxalıb yaşı,
Silinməz tarixdir, ata yaddaşı.
Hər kəsin yanında ucalsın başı,
Tükənməsin oğul səbri atanın!

Ana məhəbbəti-ana sevgisi

Dilə gələr deyilməz,
Bir nemətdir yeyilməz.
Sınmaz qəddi əyilməz,
Ana məhəbbəti, ana sevgisi!

Cənnət qoxusu var ana izində,
Sonsuz bir hikmət var ana sözündə.
Nə qədər mən sağam bitməz gözümdə,
Ana məhəbbəti, ana sevgisi!

Gül üzü parlayan günəşdi, aydı,
Analar allahdan ən gözəl paydı.
Səadətlə dolu böyük saraydı,
Ana məhəbbəti, ana sevgisi!

Nə gözəl arzudu, nə gözəl hissdir,
Ucsuz, bucaqsız bir mavi dənizdir.
Dünyada hər şeydən mənə əzizdir,
Ana məhəbbəti, ana sevgisi!

Vətən oğlu

Adın yazdı könüllü,
Orduya xidmət üçün.
Səsləndi dost-tanışa,
Haqqın yolundan keçin!

Gəldi artıq həmin an,
Səbrimiz yetdi sona.
Azad edib torpağı,
Geri dönəcəm ana!

Yola düşdü birlikdə,
İgidlər dəstəsiylə.
Vətən deyib səsləndi,
O, mərd-məğrur səsiylə!

Bir an döyüş başladı,
Sevincdən gözü doldu.
Özünə şərəf bilib,
Silaha sipər oldu!

Birgə çiyin-çiyinə,
Hamı bir nəfər oldu.
Hücuma keçən zaman,
Düşmən dərbədər oldu!

Şücaətli mərd oğul,
Çəkmə nə qəm, dərd oğul.
Var olsun, güc-qüvvətin,
Yağını gəbərd oğul!

Xankəndidən, Laçından,
Gəlsin səsin-sorağın.
Dalğalandır Şuşada,
Azərbaycan bayrağın!

Çətin günlər ötüşsün,
Torpaqlar azad olsun.
Qələbə müjdəsiylə,
Ürəyimiz şad olsun!

Camal Qardaşım

Var izzəti, hörməti,
Vətənimin sərvəti.
Kimsədən qorxmaz qəti,
Mənim Camal qardaşım!

Zəhmətin getməz bada,
Torpağı verməz yada.
Yoxdu tayın dünyada,
Canı sağ ol, qardaşım!

Bir addım yaxın gələ,
İzin vermə düşmənə.
Sal canına vəlvələ,
Uca dağ ol,qardaşım!

Acıma soysuzlara,
Qaytar vətən torpağın.
Öz doğma diyarına,
Bağça-bağ ol,qardaşım!

Mərd vuruşub diri dön,
Əziz dostum, sirdaşım.
Sağ-salamat geri dön,
Üzü ağ ol, qardaşım!

Adın-sanın var olsun,
Ömrün yaz, bahar olsun.
Allah sənə yar olsun,
Mənim Camal qardaşım!

18.10.2020.

Savaşa hazır Azərbaycan əsgəri

Qarabağım çox darıxıbdı mənsiz,
Həsrətindən ürəyimi dəlirəm.
Gorbagorlar öləcəksiz kəfənsiz,
Cındır, çuxa, əski bürün gəlirəm!

Hasar olum, sərhədinə hör məni,
Baş komandan ön cəbhəyə ver məni.
Nə tuladı, nə küçükdü erməni,
İt sürüsü möhkəm durun gəlirəm!

Sular axar,yola düşər axınla,
Namərd kimi gəbərəssiz bilirəm.
Vidalaşın dost-tanışla, yaxınla,
Məzar qazın, tədbir görün gəlirəm!

Hər kəlməmiz böyüdüldü, söz oldu,
Min tərəfə, min cinaha yozuldu.
Səbr etməkdən başım, beynim pozuldu,
Asılmağa kəndir hörün gəlirəm!

Zəfər bizimdi

Torpağıma yadlar tamah saldılar,
Neçə-neçə günahsız can aldılar.
Şirin-şirin xəyallara daldılar,
Artıq qisas vaxtı gəlibdir indi.
Möhkəm dayan, xalqım zəfər bizimdi!

Yumruq olub, birləşəyin hamımız,
Boş-boşuna axmaz axan qanımız.
Qurban olsun, haqq yolunda canımız,
Yol gedirik, haqqa tərəf biz indi.
Möhkəm dayan, xalqım zəfər bizimdi!

Kömək olsun, millətimə yaradan,
Şəhidlərin qanı yerdə qalmasın.
İtib gözdən çıxır, bir-bir aradan,
Peşman olub, düşmən dizin-dizindi.
Möhkəm dayan, xalqım zəfər bizimdi!

Alım belə igidlərin qadasın,
Rəhm eləmə,ver düşmənin bəlasın.
Gec anladı xain itlər xətasın,
Murdarlara açdırmırıq göz indi.
Möhkəm dayan, xalqım zəfər bizimdi!

Azad edib torpaqları dön geri,
Məzar elə xainlərə səngəri.
Ey sarsılmaz Azərbaycan əsgəri,
Tarix yazıb sərhədləri çiz indi.
Möhkəm dayan, xalqım zəfər bizimdi!

Dünya görsün gücünü Azərbaycan əsgəri

Göstərərək sərişdə,
Addımın atmaz geri.
Qisas alır döyüşdə,
Azərbaycan əsgəri!

Atıb silah-sursatın,
Qorxub qaçır erməni.
Qovur iti qovan tək,
Azərbaycan əsgəri!

Haqsızlıqla barışmaz.
Yad ellərdə dolaşmaz.
Bir an yolundan şaşmaz,
Azərbaycan əsgəri!

Haqqa tutub üzünü,
Polad kimi dözümü.
Dünya görsün gücünü,
Azərbaycan əsgəri!

Dünya

Dedim kimsə, nəsə anlar sözümdən,
Bəlkə xəyal eylər ətirli dünya.
Qorxmurlar aləmin doğru üzündən,
Yalana bürünüb sehirli dünya!

Kimi pul dilənir ac küçələrdə,
Kimi xərcləməyə yer tapa bilmir.
Söylə, necə dözsün ürək bu dərdə,
Amansız qüssəli qəhirli dünya!

İnsanlar anlaşıb getmirlər yola,
Pulu çox kasıbı bənzədir qula.
Çoxları şərəfin satıblar pula,
Girib şeytan cildinə məkrli dünya!

Ayrılıq

Bu xəstə könlümə salmısan qəmi,
Başımda fırlanır, saf eşqin dəmi,
Həyatda sən idin, ömür həmdəmi,
Görən ayrılığa, çarə olarmı?

Qaranlıq gecədə, parlayan ulduz,
Xoşbəxt olmağımın səbəbi səndin.
Bilirəm, sevgimiz olacaq sonsuz,
Qəlbim səndən ayrı, söylə qalarmı?

Sənsizlik əzabı, yandırıb yaxır,
Qəmlər gözlərimdən, yaş olub axır,
Ayrılıq sinəmə tikanlar taxır.
Sənsiz ömrü, başa vurmaq olarmı?

Mən daha nazını çəkə bilmirəm

Zamanla anlaşıb, getmirik yola,
Az qala həyatım, kədərnən dola.
Bu qəmli gözlərim, dalıb xəyala,
Həsrətin qolunu, bükə bilmirəm,
Mən daha, nazını çəkə bilmirəm.

Hardasan nərgizim, a dağ süsənim,
Ömür yollarıma, çiçək düzənim.
Yaşlar yanağımda, quruyub mənim,
Gözümün yaşını, tökə bilmirəm,
Mən daha nazını, çəkə bilmirəm.

Almanın həsrətin, çəkib xaralı,
Nəyçün düşər, yar-yarından aralı.
Yoxdur mənim, təki eşqdən yaralı,
Yaramı sarıyıb, tikə bilmirəm,
Mən daha nazını,çəkə bilmirəm.

Sanki, kürəyimə qılınc saplanıb,
Dünyanın dərdləri, ürəyimə toplanıb.
Qəlblər bir-birinə elə, bağlanıb,
Sevgini qəlbimdən sökə bilmirəm,
Mən daha nazını, çəkə bilmirəm.

Baxışlar

Mən ovçuyam, dağlar mənə kəm baxa,
Bir daha dağlara salmaram meyil.
Hiss edirem gözlərdə qəm yükünü,
O, baxışlar həmin baxışlar deyil!

Baxışların kədər verdi ömrümə,
Qisqanclığım daş bağlayıb qəlbimə.
Artıq məndən heçdə küsmə incimə,
O, baxışlar həmin baxışlar deyil!

Sənsiz qalım, yada ölüm nə fərqi,
Demə, həyat sənsizliyə qədərdi.
Bilmirəm ki, nədir gözlərin dərdi,
O, baxışlar həmin baxışlar deyil!

Səbr

Səbr etmək nə gözəl,
dərdimə tez oldu əlac,
Çoxları uydu şeytana,
indi qalıb ac-yalavac.

Səbr et ki, bəla gəlsə də
getsin-gedər olsun,
Bir anda razı olarsan,
gözəl ömrün hədər olsun?

İz qoyub gedən sən ol,
qoy hamı gəlsin yolunu,
Qoru sən nadandan,
şeytandan sağ-solunu.

Kim nə edir, qoy eləsin qarışmaram
mən işinə,
Kişi tək yaşa, həyatı
deməsinlər gəlmişinə, keçmişinə.

Böyük kəlamdı səbr,
hamı da tərk etmir onu,
Bil, səbr etməyənin heç yaxşı
olmayır sonu!

Dünyamız

Üstümüzə qəm qatarın, sürübdü,
Biz elə deyirik, gözəl dünyamız.
Dar ağacdan, bizə kəndir hörübdü,
Biz elə deyirik, gözəl dünyamız!

Uçuq təndirinə, çörək yapılmır,
Sirrin dildən qaçır, sözün tutulmur.
Deməyə bir kəlmə, söz də tapılmır,
Mən sənə, nə çəkim məsəl dünyamız?!

Açıq dörd bir yanın, sərhədlər imiş,
Mənimçün gözəldi, əzəl dünyamız.
Sən demə, verdiyin boş vədlər imiş,
Gəl bizə söyləmə, qəzəl dünyamız!

Hər gün, çiynimizə yüklədin kədər,
Bu qədər haqsızlıq, nə vaxta qədər,
Deyirlər, qozbeli qəbir düzəldər,
Biz elə deyirik, düzəl dünyamız!

İnsanlığın həsrətində

Mən dünyanı gəzər oldum,
Həyatından bezər oldum.
Çoxlarından betər oldum,
Nələr varmış qismətimdə!

Gül bağından çiçək dərdim,
Tikanlar var dövrəsində.
Dağlar boyda dərdim məni,
Saxlayıbdır zirvəsində!

Qəm-qüssədən hey ağladım,
Dərdi-səri qucaqladım.
Gör kimlərə bel bağladım,
İndi qalmışam çətində!

Ömür keçdi zaman ilə,
Yaxşı ilə, yaman ilə.
Hey yaşadım güman ilə,
İnsanlığın həsrətində!

Bütün xəbərlər Facebook səhifəmizdə