Soltanağa Talıbzadənin qəhrəmanlıq dastanı - FOTOLAR

ƏHSƏN RƏHMANLI

44 günlük Vətən Müharibəsi zamanı könüllü hərbi xidmətə gedərək qəhrəmanlıq göstərən, xeyli sayda düşməni məhv edən, alnı acıq, üzü ağ el-obasına qayıdan Soltanağa Fəxrəddin oğlu Talıbzadəyə həsr edilir.

İnsanlıq dərsidir vətəni sevmək,
Vətənin yolunda hər cövrə dözmək.
İşğal olunsa ölkənin torpağı,
O yerin olmaz fərəhi, növrağı.
Xalqın övladı vətənə can qoyar,
Qəhrəman oğullar ona can qıyar.
Danışırıq belə qəhrəmanlardan,
Millətin qisasını alanlardan.
İlk günlərdən qoşuldu çağırışa,
Füzulidən başlamışdı vuruşa.
Cəbrayıl, Qubadlı, həm Zəngilanda,
İgidlik göstəribdir hər bir anda.
Qarı düşmənlərdən qisas alıbdır,
Qanlı döyüşlərdə zəfər çalıbdır.
Ya Qarabağ, ya da ölüm demişdi,
O, bu yolda Qurana and içmişdi.
Soltanağa adlı qəhrəman oğlan,
Ulu Xələflilər nəslindən olan,
Könüllü getmişdi müharibəyə,
Əvvəldən ruhlanmışdı qələbəyə.
Məqsəd aydın, torpaqlar işğaldadır,
Geri almaq mütləq bir amaldadır.
Qırx dörd günlük müharibə dövründə,
Cəsur əsgər döyüşlərin önündə,
Hər qarış torpaqçün döyüş gedirdi,
Ordumuz sürətlə həmlə edirdi.
Kərbəlayi Fəxrəddinin oğludur,
Ürəyi vətən eşqiylə doludur.
Talıbzadə soyadlı Soltanağa,
Ucala-ucala gəlib bu çağa.
Xələflilər böyük nəsil sayılır,
Qol-budağı, izi hər yerdə qalır.
Şəcərənin təmiz, nəcib zatı var,
Çox yerlərdə nüfuzu var, adı var.
İndi də söylənir sözü, söhbəti,
Davamçılar qoyuyur bu şöhrəti.
Şərəfə Masallının bir kəndidir,
Bu el-obanın gözəl, sər kəndidir.
Şərəfə kəndində Dadaş bəy olub,
Ad-sanı, hörməti indi də qalıb.
Çətin anlarda xalqa çörək verib.
Darda qoymayıb, ürək-dirək verib.
İki qız və tək bir oğul böyüdüb,
Pərvazlandırıb, verib hər öyüdü.
Oğul Soltanağa gənclik çağında,
Sovet dövləti əsgər çağıranda,
Həlak olub müharibə zamanı,
Bilinməyib yeri, heç bir məkanı.
Qəhrəmanlıq göstərib, vuruşubdur,
Yad ellərdə torpağa qarışıbdır.
Bacısı Əfruz xanım ağlar qalıb,
Xəstəlik tapıb, sinə dağlar qalıb.
İllər sonra o, oğul nəvəsinə,
Şirin, şəkəri noğul nəvəsinə,
Soltanağa adını bağışlayıb,
Bu ad ilə nəvəni alqışlayıb.
Vəsiyyət edib müharibə olsa,
Soltanağa əsgərliyə çağrılsa,
Qardaşımın da alsın qisasını,
El-oba eşitsin mərd sədasını.
Zaman gəldi müharibə başlandı,
Ad Vətən müharibəsi adlandı.
Nəvə Soltanağa yollandı hərbə,
Döyüşdə addımladı hər tərəfə.
Vuruşub yağıdan qisas alırdı,
Düşmən canına vahimə salırdı.
Orada hər məqam ölüm saçırdı,
Ermənilər ölür, ya da qaçırdı.
Soltanağa kimi mərd əsgərlərin,
Heç nədən qorxmayan igid ərlərin,
Sərrast tuşladıqları mərmilərin,
Yayılan od-alovlu qəlpələrin,
Hədəfə düşməsi nəticəsində,
Erməni postlarının neçəsində,
Məhv olurdular, heç kəs sağ qalmırdı,
Kənd şəhərlər, torpaqlar alınırdı.
Hər addımda ölümlə qarşılaşdı,
Neçə təhlükəni, qorxunu aşdı.
Dəfələrlə çıxıb mühasirədən,
Keçib dağlardan, təpədən dərədən.
Yenə hücumu davam etdiribdi,
Qarşı tərəfə zərbə endiribdi.
Döyüş yoldaşlarına can yandırıb,
Mütləq qələbəmizə inandırıb.
Çətinə düşəni ordan qurtarıb,
Neçə döyüşçünü dardan qurtarıb.
Vuruş zamanı şəhid olanları,
Döyüş gedən yerlərdə qalanları,
Bizə tərəf daşıyıbdır çiynində,
Çəkinmədən od-alovun içində.
Yaralı əsgərlərə yardım edib,
Həkimə təhvil verib, önə gedib.
Soltanağa düşmən bağrı dəlirdi,
Hər gün igidlik sorağı gəlirdi.
Seçilirdi əsgərlər arasında,
İgid, mətin döyüşçü sırasında.
Hərdən eviylə əlaqə qururdu,
Qızı Fatimə ona zəng vururdu:
“Ata, fəxr edirəm, sən döyüşçüsən,
Torpaq azad edən, həm keşikçisən.
Sorağınız yaxşı gəlir, afərin,
Salamat ol, olmasın heç dərd-sərin.
Səninlə qürur duyuruq atacan,
Bilirəm düşmənə verməzsən sən can.
İgidliklə qoruyursan vətəni,
Gözləyirik səbirsizliklə səni”.
Əmisi Fərahim Soltanağanı,
Axtarıb, zənglə alıb sorağını,
Ruhlandırıb ona ilham verirdi,
Əsgər hər çətinə sinə gərirdi.
Professorun hər bir sözü mətin, şad,
Qalib əsgərə verirdi qol-qanad.
Nəhayət qələbə çaldı ordumuz,
Rahat nəfəs aldı dogma yurdumuz.
Doğma ocağına qayıtdı Soltan,
Belə igidlərə yazılsın dastan.
Əfruz nənəyçün qəbristana getdi,
Nənə məzarını ziyarət etdi.
Sonra da getdi əmi hüzuruna,
Yol aldı böyük əmi məzarına.
Ziyarət etdi Hacı Abutalıbı,
Talıblılar fəxri olan Talıbı,
Doğma ruhlara oxudu dualar,
Dua etdi ki, rahat olsun ruhlar.
Soltanağanın ömür-gün yoldaşı,
Badı xanımdır dayağı, sirdaşı,
Müəllimədir, dərs deyir məktəbdə,
Müdrik xanımdır o, hər bir mətləbdə.
Xoşbəxt ailəyə xeyir söyləyək,
Həyatınız uğurlu olsun - deyək.
Soltanağanı var tanımağımız,
İdman müəllimi qəhrəmanımız.
Böyük qardaşı Xələf Talıbzadə,
Mərdlik nümunəsi həddən ziyadə,
Taqım komandiri hərbi hissədə,
Bu hərbi hissə yerləşir Şəkidə.
Hünərli zabit tək bizim Xələf də,
Döyüşlərə başladı ön cəbhədə.
Zabit kimi yalnız əmr vermirdi,
Vuruşurdu, cəsurluq göstərirdi.
Tabeçiliyində olan əsgərlər,
Komandir tək qorxmaz oldu, hünərvər
Ona baxıb nümunə götürərək,
Hər hücumda cəsarət göstərərək,
Dığalara amansızlıq göstərib,
Vurub, hər birini torpağa sərib,
Keçib hər bir istehkamı, sədləri,
Ötüb gedirdilər bütün hədləri.
Xələfin taqımı son döyüşədək,
Vətən müharibəsi bitənədək,
Torpaqlar aldı, mətinlik göstərdi,
Haqq yolunda qalib gəlmək hünərdi.
Qeyq eləyək, itməsin haqqı-sayı,
Qələbədə onun da oldu payı.
O, da ilk gündən zəfərə inandı,
Odur ki, hər addım zəfər qazandı.
Xələflilər nəsli bu yüz ildə də,
Hər işdə, hər yerdə, müharibədə,
Hünər göstərdilər, ad qazandılar,
Özünü vətənə borclu sandılar.
Xələfli nəsli daima ucalsın,
Şərəfli ad-sanla tarixdə qalsın!

04.01.2021-ci il

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...