Hər kəsin haqqında şeir yazılmaz,
Şeir haqdan gəlir, qəlbin səsidir!
Hər söz yığnağından şeir alınmaz,
Şeir duyan könlün fəlsəfəsidir!

N.A.T.O.

Bəhruz müəllim, təbrikləri qəbul et,
Yüz yaşa deyirəm, yəqin ki, bəsdi,
Dostlar ad gününü təbrik eyləyir,
Sənin təvəzökarlığın əbəsdi,
Məşhur "91"-lər ünvanı "Səs"di!

Gəlin xatırlayaq o zamanları,
"Müraciət" çap olunan anları,
Dahi Heydər Əliyevin qərarı
Sanki xalqımıza yeni nəfəsdi,
Məşhur "91"-lər ünvanı "Səs"di!

Tarix zaman-zaman dahi yetirər,
Xidmətlərin sənə uğur gətirər,
Aran söyüd, dağlar palıd bitirər,
Sənin becərdiyin Palıd, Vələsdi,
Məşhur "91"-lər ünvanı "Səs"di!

Yalan sözdür haqq nazilər, üzülər,
Ta qədimdən "Səsin gəlsin!" deyilər,
İnşallah ki, "Səs"in zirvədən gələr,
Kimi tez alışdı, kimi tələsdi,
Məşhur "91"-lər ünvanı "Səs"di!

Böyük bir mahalın, elin oğlusan!
Tutduğun yol haqq yoludur, doğrusan!
Sən dövlətə, iqtidara bağlısan!
Bu ali məqsəddi , ğözəl həvəsdi ,
Məşhur "91"-lər ünvanı "Səs"di!

Peşəkar jurnalist, natiq, arator,
Qrupda fəalsan, sanki, kurator,
Siyasi xadimsən, a baş redaktor!
Bunlar qoşa qanad, əkizdi, dəstdi ,
Məşhur "91"-lər ünvanı "Səs"di !

Ürəkdən gələni yazıbsan Anar!
Hacı arzuları bir gün çin olar!
Yəqin Bəhruz müəllim də razı qalar!
Bu şeri yazmasan, inan ki, qəsdi,
Məşhur "91"-lər ünvanı "Səs"di!

N.A.T.O.
yanvar 2020

Bütün xəbərlər Facebook səhifəmizdə