Səsi gəlir gör bir neçə qitədən,
Ulu türkü Özün qoru, İlahi.
Dərs alıbdlr Atilladan, Metedən,
Ulu türkü Özün qoru, İlahi.

Tarixlərə sığışmayan yaşı var,
Qan çilənmiş qayası var, daşı var,
Bu qüdrəti həzm etməyən naşı var,
Ulu türkü Özün qoru, İlahi.

Diz çökdürər zəhər dişli ilanı,
Qəbul etmır iftiranı, yalanı.
Mərd döyüşər, yaxın qoymaz talanı,
Ulu türkü Özün qoru, İlahi.

Vərəqlədim neçə-neçə dastanı,
Türkə türkdən yaxın olan dost hanı?
Göz yaşımdan yanaqlarım islanır,
Ulu türkü Özün qoru, İlahi.

Sinəsində sərkərdələr yetirib,
Fironların izlərini itirib,
Mövlanalar məktəbini bitirib,
Ulu türkü Özün qoru, İlahi.

Hünəriylə tarixlərdə iz qoyub,
Qələmiylə dastan yazıb, söz qoyub.
Yaradanın dərgahına üz qoyub,
Ulu türkü Özün qoru, İlahi.

Elnur Əbülfəzoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə