NƏRİMAN HƏSƏNZADƏ
Xalq şairi
(səngərə məktub)
Döyüşçülərimiz qələbə
sevinclərini bizimlə
bölüşürlər.
Salam, əsgər!
Salam, igid!
Mübarəkdi qələbəniz!
Bizim qədim torpaq üstə,
sizin təzə
qədəminiz!
Ordan mənə bu zənginiz!
Qarabağa işıq saçan
fişənginiz!
Qaya üstə çay süfrəniz!
Siz hərəniz bir ərsiniz,
açılan bir səhərsiniz.
Xeyir çıxıb qabağıma,
döyüşlərin səsi gəlir
qulağıma.
Mənim igid qazilərim,
əsgərlərim,
Heydərim
və heydərlərim!
Raketlərə yazıbsınız
siz adımı,
düşmən görsün,
unutmasın soyadımı.
Söz – indi bir sərkərdədir,
döyüşçünün yanındadır,
səngərdədir.
Yoxdur sizin əvəziniz,
Qarabağı qızdıracaq –
nəfəsiniz.
Salam deyin:
Qarabağın
kəhrizinə!
Ot göyərən o yoluna,
o izinə,
unudulan bulaqlara,
o sürüsüz yaylaqlara,
Qarabağın bizə məlhəm
havasına,
Şainlərin, qartalların
yuvasına.
Şahin kimi, qartal kimi
üçün siz də,
Qıyya çəkin, nəfəs alaq
burda biz də.
Dünən Ali Baş Komandan,
“Qarabağ və nida!”, – dedi
düşmənə əlvida dedi.
Xəbər verin, son raketi
atan kimi,
Xankəndinə, ya Şuşaya
çatan kimi.
Mən də burda bir əsgərəm,
Esxil dünən, mən də bu gün
səfərbərəm.
30.09.2020-ci il
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB