Valeh Məhərrəmli
Paşinyan cır səs çıxartdı,
Amma xeyli nəhs çıxartdı.
Həm də yaman pis çıxartdı,
Gorbagor oldu, status!
Xam xəyalla çora getdi,
"Artsax" deyib xora getdi.
Cəhənnəmə-gora getdi,
Gorbagor oldu, status!
Nazir başın dəydi, daşa
Çoxlarına oldun maşa.
Kor gözünlə et tamaşa,
Gorbagor oldu, status!
Biz çox dedik, mənfur, dayan,
İndi səhvində alış-yan,
Danış, nooldu, Paşinyan?
Gorbagor oldu, status!
Günah başdakı dazdadı,
Büründüyün palazdadı.
Ermənistan güdazdadı,
Gorbagor oldu, status!
Haqq bizdəki səbrdədi,
Haylar darda, cəbrdədi.
İndi yerin qəbirdədi,
Gorbagor oldu, status!
Feyk xəbərlər dilə verdin,
Həyatını külə verdin.
Dığaları yelə verdin,
Gorbagor oldu, status!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB