Ulu Heydər oğlu Prezident İlham
Ali Baş Komandan qazandı inam.
Tarixə yazıldı zəfər çələngi
Qəlblərdə iftixar, çalındı "Cəngi"!
Ata vəsiyyətin yetirdi sona
Eşq olsun vətənin Müdrik oğluna.

44 gün döyüşdü Şanlı Ordumuz
Şuşaya sancıldı zəfər bayrağı.
İşğaldan qurtuldu gözəl yurdumuz
Allah oldu xalqımızın dayağı.
Qarabağın yandı sönməz çırağı
Babaların isinəcək ocağı.

Otuz il biz dözdük hər işgəncəyə
Düşmən atəş açdı Bərdə, Gəncəyə.
Xəsarət yetirdi dinc əhaliyə
Dağıldı binalar, söndü çıraqlar.
Yetim qaldı, öldü yatmış uşaqlar…
Vəhşilik törətdi nacins, alçaqlar.

Bütün dünya gördü bu həqiqəti
İgid şəhidlərin cəsur qüdrəti.
Bu bəladan xilas etdi milləti
Dözümlü xalq çəkdi ağır zilləti.
Ölkəyə, Vətənə Xalqına həyan
Təşəkkürə layiq SƏRKƏRDƏ İLHAM!

Ofeliya Mürsəlova Mürsəl qızı
ADUP-nun sabiq pedaqoqu

Bütün xəbərlər Facebook səhifəmizdə