Qarabağ uca tut daim başını
Səslə öz qoynuna türk qardaşını
Əzizlə hünərvər can sırdaşını
Səfalı torpaqda qurun-yaradın
Bütün cahan görsün bu təmtarağı
Enilməzdir Azərbaycan bayrağı!

Şuşada ucalsın Xan şikəstəsi...
Aləmə yayılsın Bülbülün səsi
Dünyaya ərmağan elin müjdəsi
Könüllərin çiçəklənən baharı...
Uca zirvələrin sənsən vüqarı...
Ulu, uca Azərbaycan bayrağı!

Şad xəbər çatdırdı Prezident İlham
Qüdrətli Orduya böyük ehtiram
Qəlblərdə oyandı sabaha inam...
Əzəmətli, çox ucadır Şahdağı...
Vətən öpdü şəhid yatan torpağı
Möhtəşəmdir Azərbaycan bayrağı!

Mürsəlova Ofelya Mürsəl qızı
ADPU-nın sabiq müəllimi

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...