Salam, Azərbaycan Əsgəri! Sən bu gün Cəmiyyətimizdə ən çox hörmətə layiqsən! Və bundan sonra hər zaman belə olacaqdır. Çünki Sən, Vətəni, Torpağı, Ana-bacıları müdafiə etmək kimi Şərəfli, Müqəddəs bir missiyanı həyata keçirirsən. Onu bil ki, bundan da böyük, bundan da şərəfli, müqəddəs bir iş, bir vəzifə yoxdur. Bu Müqəddəs işdə Sənə Uğurlar diləyirəm. Əmin ol ki, Vətənimiz Azərbaycanın hər bir vətəndaşı kimi mən də, bu gün Səninlə yaşayır, Səninlə nəfəs alırvə səninlə fəxarət duyuram. Biz, bütövlükdə Azərbaycan xalqı hər zaman Səninləyik.

Ailə üzvlərin Dövlətimizin daimi qayğısı ilə əhatə olunub və bundan sonra da belə olacaq.Tezliklə Müqəddəs Qarabağı mənfur faşistlərdən azad edib, Müqəddəs Qələbə gününü təmin edərək, sağ-salamat evinə qayıdaçağına əminəm. Bunu Ulu Tanrıdan da xahiş edirəm.

Var olsun Azərbaycan!
Var olsun Azərbaycan Əsgəri!
Var olsun Qarabağ!
Qarabağ Azərbaycandır!

Hörmətlə,
Rafiq MEHDİ
Sumqayıt şəhəri.

20 oktyabr 2020-ci il.

Bütün xəbərlər Facebook səhifəmizdə