(Şəhid olmuş əsgərin anasına yazdığı təsəlli məktubu şeir formasında işlənmişdir)

Salam ana, bu məktubu yazıram,
Düşmənlə döyüşə hər an hazıram.
“Olum-ölüm” qanunudu həyatın,
Düsturudu bu cəmi kainatın.

Əziz ana, şəhid olsam ağlama,
Saçlarına xına yax, yas saxlama.
Başına da qara örpək bağlama,
Oğul deyib ürəyini dağlama.

Göz yaşını düşmən görər sevinər,
İyrənc, mənfur əməlilə öyünər.
Vətən, xalqcün igid oğul can verər,
Çevik əsgər hünərini göstərər .

93-də atam da oldu şəhid,
Çətinliklə məni böyütdün igid.
Sən fəxr eylə, salamat qal anacan,
Düşmən ilə vuruşacam sonacan.

Qarabağdan düşmənləri qovacam,
Azərbaycan bayrağın qaldıracam.
Müzəffər Ordudur canla döyüşən,
Qələbəyə sevinəcək xalq, Vətən!...

Mürsəlova Ofelya Mürsəl qızı,
ADPU-nın sabiq müəllimi

Bütün xəbərlər Facebook səhifəmizdə