Zəfər dastanını yazırsan bugün,
Vətən torpağına yazılır adın,
Yayılıb dünyaya Qarabağ ünün,
Sancırsan Qarabağa zəfər bayrağın.

İndi həqiqətlər görünür bizə,
Xalqın alqış deyir, Baş Komandanım.
Əfsanə deyirik, “Ulu Öndərə”,
Düşməni məhv edən Baş Komandanım.

Düşmən bayrağını endirməyiniz,
Sabah, şanlı tarix sayılacaqdır.
Düşməni mat qoyan əməlləriniz,
Bütün yer üzünə yayılacaqdır.

Heyranıq İlhamın zəkasına ki,
Əfsanə yaradır Vətənlə bağlı.
Baş vurur zülmətlər dünyasına ki,
Zülməti dağıtsın idrakı, ağlı.

Bu hərb meydanında, sonsuz hünərlə,
İdraka sığmayan tilsim qırırsız.
Siz bu qəhrəmanlıq əfsanənizlə
Vətəni bizlərə tanıtdırırsız,
Bizləri, bizlərə tanıtdırırsız.

Psixoloq, Aygül Rüstəmova

Bütün xəbərlər Facebook səhifəmizdə