İlham Əkbərov

Əmr ver bizə!

Qarabağ göz dağı bizim millətə,
Nə vaxtdır dözürük zülmə, həsrətə.
Artıq, keçmək üçün son hərəkətə-
Müasir silahlar, mərmi ver bizə.
Ali Baş Komandan, əmr ver bizə!

Vətən, torpağından nə var qiymətli?!
Altı da,üstü də bol, bərəkətli.
İgid oğulların mətin, qeyrətli-
Ölsək,sinən üstə qəbir ver bizə.
Ali Baş Komandan, əmr ver bizə!

Bəsdir! Sülh adıyla çox aldatdılar,
Hər gün neçə dəfə atəş açdılar.
Görcək gücümüzü, dönüb qaçdılar
Allahım,sən özün səbr ver bizə.
Ali Baş Komandan, əmr ver bizə!

Güclüdür ordumun silah, yarağı
Vaxtdır, azad edək biz Qarabağı!
Ora sancmaq üçün şanlı bayrağı
Quranın altından keçir, ver bizə.
Ali Baş Komandan, əmr ver bizə!

Çox uzaq deyildir Qələbə günü,
Kəsək Qarabağda dıga kökünü.
Başlasın xalqımın toyu-düyünü
Yeni, zəfər dolu əsr ver bizə.
Ali Baş Komandan, əmr ver bizə!

30.09.2020.

Qarabağ Azərbaycandır!

Həsrətin çox çəkdik zəfər gününün,
Artıq çözəcəyik işğal düyünün.
Sonu uzaq deyil şanlı yürüşün-
Düşmənə zərbələr vurmağa gəldik.
Biz,bizim olanı almağa gəldik!

Türkdür qardaşımız, birdir soyumuz,
Birdir adətimiz, matəm,toyumuz.
Müasir ordumuz-vuran qolumuz!
Düşmənin bağrını yarmağa gəldik.
Biz, bizim olanı almağa gəldik!

Ali Baş Komandan deyib sözünü.
Düşmən torpağımdan çəksin gözünü.
Türkün qudrətini, Türkün gücünü-
Onların başına çaxmağa gəldik.
Biz, bizim olanı almağa gəldik!

Zərbəsi güclüdür igid əsgərin,
Dağıdır düşmənin səddin, səngərin.
Azad etmək üçün obasın, elin -
Düşməni it kimi qovmağa gəldik.
Biz, bizim olanı almağa gəldik!

Qorxutmur bizləri sərt, soyuq hava,
Əsgərim qəhrəman, düşmənsə yava.
Təslim olmadıqca, qızışır dava-
Düşməndən hesabı sormağa gəldik.
Biz, bizim olanı almağa gəldik!

Ovuruq burnunu "dığa" axmağın,
Bir də bizə tərəf dönüb baxmasın.
Azəri türkünün zəfər bayrağın-
Şuşa qalasına taxmağa gəldik.
Biz, bizim olanı almağa gəldik!

Qarabağ, tarixin qədimdir sənin.
Gözəl diyarısan doğma vətənin.
Heyif ki, dağılıb şəhərin, kəndin -
Hər şeyi yenidən qurmağa gəldik.
Biz, bizim olanı almağa gəldik!

Qarabağ bizimdir, Azərbaycandır!
Çırpınan ürəkdir, damarda qandır.
Vətənin parçası, canımda candır-
Bu yerdə əbədi qalmağa gəldik.
Biz, bizim olanı almağa gəldik!

14.10.2020.

Qələbə günü.

Qarabağ bizimdir! Olmuşuq rahat.
Düzülüb meydanda möhtəşəm parad.
Əsgərlər, zabitlər-hamı farağat-
Xalqı təbrik edir İlham fərəhlə,
Bizimdir bu zəfər, şanlı qələbə.

Al-əlvan bəzənib vətənim bu gün,
Hər yerdə çal-çağır, şənlik,toy-düyün.
Haqqındır, əsgərim, qürrələn, öyün!
Aldıq Qarabağı mətin döyüşlə,
Bizimdir bu zəfər, şanlı qələbə.

Hər tərəf tər-təmiz, hər yer nur saçır,
Hər yanda izdiham, qəlblər gül açır.
Müzəffər əsgərlər meydandan keçir-
Gedirlər sirayla, şövqlə, həvəslə,
Bizimdir bu zəfər, şanlı qələbə.

Amma, bu qələbə asan olmadı,
Bitdi neçə ömür, yarıda qaldı.
Şəhidlər heç zaman unudulmadı-
Əbədi yazılıb onlar hər qəlbə,
Bizimdir bu zəfər, şanlı qələbə.

Vətən bütövlüyün bərpa etmişik,
Yolunda yüzlərlə şəhid vermişik.
Qələbə gününü çox gözləmişik-
Yazıldı tarixə qızılı rənglə,
Bizimdir bu zəfər, şanlı qələbə.

23.10.2020.

Prezidentim mənim

Öndərin yoluyla məğrur getdi O.
Vətəni düşməndən azad etdi O,
“Qarabağ bizimdir!”- hər an dedi O.
Qüdrətli sərkərdəm, qalib Marşalım,
Mənim Prezidentim, Baş Komandanım.

Əsgərin yanında oldu hər zaman,
Ordumuz düşmənə vermədi aman.
Yazdı Qarabağda müzəffər dastan-
Vətənin əsgəri, xalq qəhrəmanım,
Mənim Prezidentim, Baş Komandanım.

Gostərdi düşmənə birliyin gücün,
Yedirtdi dığaya dediyi sözün.
Düşmən biz tərəfə dikənməz gözün-
Var güclü dövlətim, var xilaskarım,
Mənim Prezidentim, Baş Komandanım.

Daha yoxdur ölüm bizim millətə,
Axır ki, son qoydu bu müsibətə.
Göstərdi haqq işin bəşəriyyətə-
Siyasi liderim, həm diplomatım,
Mənim Prezidentim, Baş Komandanım.

Vətənim yenə də bütövdür, tamdır,
İgid oğulları mərd, qəhrəmandır.
Onların İlhamtək lideri vardır-
Cavan ağsaqqalım, böyük qardaşım,
Mənim Prezidentim, Baş Komandanım.

24.10.2020.

Bütün xəbərlər Facebook səhifəmizdə