Vətən, torpaq müqəddəsdir, igidlər,
Qarabağda gedir ağır döyüşlər.
Tarixlərdən silinməzdir bu günlər
Məzarınız ziyarətdir, şəhidlər!

Qeyrət, namus rəmzidirlər analar
Mərd analar doğurlar nər oğullar.
Onlar bu gün düşmənlə vuruşurlar
Həlak olur, ünvanları şəhidlər!

Mübarizdir bizim qoçaq atalar
Düşmənləri silahsız da boğarlar.
Vəhşidirlər bu erməni dığalar
Döyüşlərdə qurban gedir şəhidlər!

Torpaq ilə yoğrulmuşdu qanımız
Məhz ona da əmanətdir canımız.
Şərəflə yad olunar ad-sanınız
Cənnət adlı məkandasız şəhidlər!

Ali Baş Komandan verir qiyməti
Bütün dünya görür bu həqiqəti.
Zəfər bayrağının şan-şöhrətini
Qəhrəman tək ucaldırlar şəhidlər!

Ofeliya Mürsəlqızı,
ADPU-nun sabiq müəllimi

Bütün xəbərlər Facebook səhifəmizdə