Mürsəlova Ofelya Mürsəl qızı,

ADPU-nin sabiq müəllimi

Müzəffər ordunun çevik əsgəri,
Döyüş cəbhəsində göstər hünəri.
Vətən torpağından qov düşmənləri,
Paşinyan qəlbinə çəkilsin qoy dağ.
Azərbaycanın yurdudu Qarabağ!...

Çək qoşunu Qarabağdan Paşinyan,
Əyləncəli xülyalardan sən oyan.
Əl çək mənfur sifətindən tökmə qan,
Öz xalqının qeydinə qal qurumsaq.
Azərbaycanın yurdudur Qarabağ!..

Hər xalq üçün doğmadır ata ocağı,
Hər kəs üçün əzizdir ana qucağı.
Düşməni pay olmaz elin bucağı,
Erməni özünü sayırsan axmaq.
Azərbaycanın yurdudur Qarabağ!...

Biz dözdük 30 il sənin nazına,
İndi sən qulaq as Xan avazına.
Tar-saz çalınacaq sənin yasına,
Yerin cəhənnəmdə hazırdı alçaq.
Azərbaycanın yurdudur Qarabağ!...

Ali Baş Komandan qərarı qəti,
Azərbaycan ordusunun qüdrəti.
Düşməni məhv edən cəbhə heyəti,
Zəfər bayrağını tez ucaldacaq,
Azərbaycanın yurdudur Qarabağ!...

Bütün xəbərlər Facebook səhifəmizdə