Neyləsin bu ürək çarəsiz qalıb

Köksünə min əzab-min dərdi salıb

Cismim üzərinə ağır yük olub

Bir heç oldu, hədər oldu cavanlığın

****

Yardım istə yaxın duran olmayacaq

Dar günündə sənlə kimsə qalmayacaq

Dost dediyin səni yada salmayacaq

Başdan sona kədər oldu cavanlığım

****

Əl açaraq dua etdim yaradana

Məni möhtac eləmə heç bir insana

Puç olanda ömrüm rahat yetsin sona

Yarı qalmış əsər oldu cavanlığım

Azərbaycan - Türkiyyə

Bir-birini sevəcək,

Doğru yolla gedəcək

Düşməni dəf edəcək

Azərbaycan, Türkiyə

****

Sülhü sevən bir ölkədir

Xainlərə dərs verir

Cahanda güc qüvvədir

Azərbaycan, Türkiyə

****

Vətənpərvər insan

Məhv edəcək nadanı

Təbliğ edir İslamı

Azərbaycan, Türkiyə

Uğurları qabaqdadır

Arzuları qucaqdadır

Atəşi bir ocaqdadır

Azərbaycan, Türkiyə

Təbiət

Gözəl gülün ətri gəlir

Gülün dilin güllər bilir

Güldə gülə baxıb gülür

Varam belə gözəlliyə

***

Quşların cikkilti səsi

Təbiətin xoş nəğməsi

Qarçiçəyi, bənövşəsi

Varam belə gözəlliyə

***

Baxdıqca dərdim azalır

Gözlərim xəyala dalır

Çiçəklər min rəngə çalır

Varam belə gözəlliyə

Vəfasız

Söndü ürəyimin yanan atəşi

Doğrunu yalana qatdın vəfasız

Mən səni baş tacım zənn eyləmişdim

Sən məni yadlara satdın vəfasız

***

Gündüzüm qaranlıq gecəyə döndü,

Bilmədim neyləyim, nə edim sənsiz

Dinib danışmadan təmiz eşqimi

Çıxarıb qəlbimdən atdın vəfasız

***

Söylə bircə dəfə yandın oduma

Bir günüm keçmədi başı bəlasız

Sən ,səni sevəni alıb qarşına

Arzu muradına çatdın vəfasız

Qadınlar

Bir güldən də zəifdir

Qəlbi kövrək qadınlar

Ailənin baş tacıdır

Bizə gərək qadınlar

***

Analar bu dünyada

Şərəfimiz, şanımız

Bacılar qürurumuz,

Candan əziz canımız

***

Var olasız həyatda

Gülə bənzər qadınlar

Daima gülsün üzünüz

Doğma ,əziz qadınlar

***

Xoş arzu, xoş diləklə

Xəyallara dalasız

Bu gözəl kainatda

Sizi xoşbəxt olasız

Bütün günah məndədir

Qəlbimi verdim sənə,

Ömrümü verdim sənə,

Dəyər vermədin mənə

Qəbahət sevəndədir

***

Sona yetdi eşqimiz

Ayrılsaq da səninlə

Bu bəxtsiz məhəbbətin

Acısı sinəmdədir

***

Unutmuşam dünəni

Atmaz sevən, sevəni

Sevməyəydim kaş səni

Bütün günah məndədir

A gözəl

Gəlişinlə ömrümə bahar gətirdin

Arzu istəyimi kama yetirdin

Qüssəni, kədəri, qəmi bitirdin

Mən səni sevməyim, neynim a gözəl

***

Sevənlər gec ya tez qovuşar əlbət

Bu sevgi çoxuna olacaq ibrət

Ömrümə günəş tək saçdı məhəbbət

Mən səni sevməyim neynim a gözəl

***

Çoxları paxıllıq eylədik bizə

Kim nə söyləsə də baxmadım sözə

Elə ki baxanda gözlər göz gözə

Sevmişdi ürəyim səni lap əzəl

Mən səni sevməyim neynim a gözəl

Bileydim

İlk eşqim, mələyim, canım, cananım

Hər hacı günümə şərik olanım

Ay mənim dərdimə candan yananım

Kaş ki, səni birdə görə bileydim

***

Bir anlıq yadına düşdü xəyalın

Alma yanaqların, şirin vüsalın

Həsrətin çəkmişəm hüsnü camalın

Kaş ki, səni birdə görə bileydim

***

Bir günüm il oldu illərim əsr

Yaşamazdım dərdi, qəmi öləydim

Bİr azad dünyada olmuşam əsir

Arzum səni birdə görə biləydim

***

Saçlarım ağardı, ruhum qocaldı

Fikrim düşüncəmi ağlımı aldı

Məni məndən alıb çöllərə saldı

Gülüm səni birdə görə bileydim

***

Taqətsizəm dizlərim bükülməmiş

Əllərinlə göz yaşımı sileydin

Elə bu səhərdən yeri sökülməmiş

Kaşki, səni birdə görə bileydim

***

Ulduzlar şahiddir yatmıram yuxu

Maraqla halıma baxırlar çoxu

Sancılıb sinəmə ayrılıq oxu

Səni bircə dəfə görə bileydim

***

O uzun saçları gülüm hörəndə

Baxıb gözlərimə gülümsəyəydin

Gül bağında lalə, nərgiz dərəndə

Kaşki, səni birdə görə biləydim

Qarabağ

Ümüdlər puç oldu, arzular bitdi

Neçə mərd oğullar, igidlər getdi

Duman arzusuna gör necə yetdi

Adın kimi bəxtin oldu Qarabağ

***

Unutmaq olarmı qəmli dünəni

Düşündükcə olanlar dağlar sinəmi

Bir ana fəryadı məhv edib məni

Min xəyala, dərdə saldı Qarabağ

***

Şəhidlər torpaqdan altında yatır

Yağı torpağımdan mənə tərs baxır

Bu Vətən həsrəti qəlbimi sıxır

Qayıt geri zaman doldu Qarabağ

***

Həmin vaxt su yerinə qan idi axan

Sinəmə dağ çəkib, yandırıb yaxan

Yaralı ataya boylanıb baxan

Körpə uşaq yetim qaldı Qarabağ

***

Hara baxıramsa axıdılıb qan

Ev, eşik hər tərəf viran

Məscidlər, məktəblər, yer ilə yeksan

Sağalmaz yaradı, xaldı Qarabağ

***

Kaşki, geri qayıdardın bir anda

İnsaf yoxdur dərd artırır zamanda

Ətir saçan quşlar üçan bağçanda

Çox çiçəklər, güllər soldu Qarabağ

Millətin sevinci, nəşəsi idin

Kəlbəcər, Zəngilan, Cəbrayıl, Şuşa

Vətənin ən gözəl guşəsi idin

Düşmən səni bizdən aldı Qarabağ

***

Xankəndi, Xocavənd, Laçın, Ağdərə

Söndü bəxt ulduzun yüzlərlə ocaq

Öz-özünə alışıb, yandı dağ-dərə

Adın kimi bəxtin oldu Qarabağ

***

Füzuli, Xocalı, Ağdam, Qubadlı

Bir qarış qalmadı arlı-abadlı

Oğullar var idi qollu-budaqlı

Ana şirin Vətən baldır Qarabağ

Adın kimi bəxtin oldu Qarabağ

Mübariz İbrahimov

Şəhidlik zirvədir Ən uca dağdı

Şərəfin,qeyrətin dildə soraqdır

Beş günlük dünyada hamı qonaqdır

Xalqn yaddaşında qaldı Mübariz

***

Sənintək oğlun alim qardaşın

Aciz düşmənlərin verdi bəalsın

Qəhrəmancasına alıb qisasın

Haqı öz yolunu bildi Mübariz

***

Ey mərd şücaətli oğlu vətənin

Qalmışdı xainlər Qarşında aciz

Qorxub çəkinmədən aciz düşmənin

Köksünə atəşi saldı Mübariz

***

Murdarlıq bulaşan nursuz üzlərin

Layili olanlar ən pis sözlərin

Əli top tüfəngli əlli ,yüzlərin

Tək özü içinə daldı Mübariz

***

Düz dünya danışır şücaətindən

Doğma Vətəninə sədatindən

Qorxmadı ölüşdən,şəhadətindən

Əl çatmaz bir zirvə oldu Mübariz

Yarım bizə qonaq gəl

Sən mələksən nur gətir

Sevinc gətir, nur gətir

Nəyin varsa dur gətir

Yarım bizə qonaq gəl

***

Sanki qəlbim döyünür

Həsrətinə dayanmır

Təbiət də oyanmır

Yarm bizə qonaq gəl

***

Bülbülərin səsiylə

Durnalar dəstəsiylə

Yazın xoş nəğməsiylə

Yarım bizə qonaq gəl

***

Ağlayan yox,gülən yox

Heç dərdimi bilən yox

Göz yaşmı silən yox

Yarım bizə qonaq gəl

Məni

Dərdlərim min budaq olub

Çəkib,sağdan sola məni

Alovlanan təmiz eşqim

Salıb haldan-hala məni

***

Könül sevər, sirdaş olar

Sevməyən ürək daş olar

Sənsiz həyatım boş olar

Gəl aldatma bala məni

***

Sevmirsənsə söylə bilim

Nə ayım var, nədə ilim

Deməyədə gəlmir dilim

Nöş verirsən yola məni

Körpələr

Qəlbimin sevincidir

Baldan şirin körpələr

Başı üstə dayanmır

Ana deyir nəğmələr

***

Əziz balam ,gül balam

Yat yuxun şirin olsun

Böyüyüb başa çat ki,

Arzuların çin olsun

***

Bir xoşbəxtlik bəxş edir

Göz açanda dünyaya

Körpə gözəlliyindən

Nur çilənir hər yana

Tənhalıq

Əldə deyil bacarsaydım günəş olub saçardım

Qanad açıb bu dünyadan uzaqlara uçardım

Bəlkə mavi səmalarda ay-ulduzun yannda

Göy üzünü seyr edərdim bir anlıq

Bəsdi artıq sıxdı məni tənhalıq

***

Əl üzərək bu dünyanın dövlətindən –malından

Unudardım acısını, qüssəsini,qəmini

Bir insan ki, ayrı düşüb yarından

Həyat kədər ömür oldu viranlıq

Bir zərbəylə yıxdı məni tənhalıq

***

Sonadək qismətim olmadı sevmək

Şox gördü bu tale sevgini mənə

Bu acı həsrətə olarmı dözmək

Çökdü dünyamıza zülmət qaranlıq

Yandırıb köksümü yaxdı tənhalıq

Qarşılıqsız sevgi

Öldü düyğularım sən gedən gündən

Nə sevgi anladım,nə də məhəbbət

Zənn etdim sağam mən, döyünür qəlbim

Mənə qalan hicran,acı bir həsrət

Sevgisiz yaşamaq mümkündür məgər

Yoxluq dəryasına qərq oldu ömrüm

Ağladım,sızladım çarəsizlikdən

Bir yalan sevgiyə sərf oldu ömrüm

***

Güllər açan bağda soldu güllərim

Eşqimin ayrılıq yoluna gəldim

Puç oldu həyatım getdi illərim

Mən onsuz sevginin sonuna gəldim

Türkün ordusu

Şərəflə vuruşar bir an yorulmaz

Xainə dərs verər , qəddi qırılmaz

Kİmsəyə baş əyməz, qula, qul olmaz

Allahın quludur türkün ordusu

***

Savaş onlar üçün düyün, təntənə

Addım atsın aman verməz düşmənə

Öz canını qurban verər Vətənə

Uludan uludur türkün ordusu

***

Düşməni öz mənfur qanında boğan

Axşam qürüb edib, sübh çağı doğan

Məğlubiyyət onlara olub qadağan

Zəfərlə doludur türkün ordusu

Damla qanı belə olmasın hədər

Yan keçməsin nə qəm,qüssə,nə kədər

Türkün bir yolu var o haqqa gedər

Haqqın öz yoludur türkün ordusu

Ana

Yatmayıb gecələr laylamı çalardın

O ağ saçlarınla şahə ucaldın

Məni böyüdərkən niyə qocaldın

Mən sənin qədrini bilmədim ana

***

Səni oyadarkən şirin yuxudan

Bilmədin neylədin qəfil qorxudan

Qorudun sən məni yaddan, oğrudan

Mən sənin qədrini bilmədim ana

***

Min bir əziyyətmi, əzabmı çəkdin

Məni əzizləyib göz yaşı tökdün

Mənim üçün sən qəlbini sökdün

Mən sənin qədrini bilmədim ana

***

İstəsən canımı fəda eylərəm

Dərdimi yaxına yada söylərəm

Sənsiz bu həyatda axı neylərəm

Mən sənin qədrini bilmədim ana

Ata

Atalar övladın ömür çırağı

Atasız həyatın mənası yoxdur

Dar gündə insanın odur dayağı

Atasız həyatın mənası yoxdur

***

Gecəni gündüzə qatıb çalışır

Həyatda mübariz olub yarışır

Əyriyə düz deyib, ata barışır

Övladı bu həyatda var olsun deyə

***

Atalar qazanır çörək pulunu

Göstərir düzgünü haqqın yolunu

Boynuma dolayır ata qolunu

Söyləyir bu canım qurbandır sənə

Ay oğul, can oğul layiq ol mənə

Ey İnsan

Ey insan gəl uyma cinə, şeytana

Gözlərin ümüdlə baxsın sabaha

Saf ,təmiz qəlbinlə aç əllərini

Şükür eylə hər zaman uca Allaha

***

Hər kəs bu həyatda çəkəcək sınaq

Nəfsinə hakim ol batma günaha

Əbədi deyilik gəlmişik qonaq

Şükür eylə hər zaman uca Allaha

***

Qıyma günahsıza məhv etmə canı

Sən bir səbəb olma naleyi aha

Xəlq edib yaradan bütün dünyanı

Şükür eylə hər zaman uca Allaha

***

Sıxma ürəyini kasıbsan deyə

Aldanma dövlətə, vara , tamaha

Əyilməz başını qaldırıb göyə

Şükür eylə hər zaman uca Allaha

Oğul

Bu dünyada hər şey gəldi – gedərdi

Çəkdiyimiz qəm qüssədir, kədərdi

Bir düşünsən ömür belə hədərdi

Bircə şərəfini itirmə oğul

***

Dost bildiyin sənə düşmən olanı

Üzdə gülüb arxanca iş quranı

Dar gündə sənə zərbə vuranı

Nadan süfrənə gətirmə oğul

***

Sol yanından ayrı tutma yarını

Qoru saxla ismətini, arını

İtirsən də mal-mülkünü varını

Bircə şərəfini itirmə oğul

***

Ölüm haqdır qorxma qəti ölümdən

Günəş tək qürub et yenidən doğul

Yürü öz yolunla,öz addımınla

Bircə şərəfini itirmə oğul

Rəcəb Tayyib Ərdoğan

Vətən adlı yuva qurdu

Ayaq üstə dimdik durdu

Düşmənlərə yara vurdu

Rəcəb Tayyib Ərdoğan

***

Sən millətin pənahı

Uğurlu bir sabahı

Türk dünyasının şahı

Rəcəb Tayyib Ərdoğan

***

Boy-buxunu cüssəsi

Maşallah o gur səsi

Addındır haqq kəlməsi

Rəcəb Tayyib Ərdoğan

***

Öndə tutdün islamı

Sevdin hər bir insanı

Məhv edəcək nadanı

Rəcəb Tayyib Ərdoğan

***

Yoxdur tayın dünyada

Cəsarətli mərd insan

Səninləyik hər zaman

Sonadək yola davam

***

Onu səsləyən xalqa

Millətinə səs verdi

Gəlsin Türkiyə

Yeni bir nəfəs verdi

***

Daim dedin irəli

Addım atmadın geri

Sən bir dünya lideri

Rəcəb Tayyib Ərdoğan

***

Gecə-gündüz demədən

Yoruldum söyləmədən

Xalqna xidmət edən

Rəcəb Tayyib Ərdoğan

***

Haqqa gedən yolundan

Çəkilsin qara duman

Var olasan hər zaman

Rəcəb Tayyib Ərdoğan

Şer

Şairin dərdi var kimə söyləsin

Zaman deyir sakit qaçın, tələsin

Həyat ürəyini sıxır hər kəsin

Mənim dərdlərimin sirdaşı şer

***

Elə ki artanda qəmim , nisgilim

Dayana bilməyir qələmsiz əlim

Tərpənir dodağım, danışır dilim

Mənim dərdlərimin sirdaşı şer

***

Dərəni dolaşıb dağı gəzərəm

Çəməni, çöllüyü gözlə süzərəm

Sözü bax gör sözə necə düzərəm

Mənim dərdlərimin sirdaşı şer

***

Şairəm sinədən gəlir sözlərim

Baxışı mənalı qara gözlərin

Bu cənnət vətəni eyləsin seyr

Mənim dərdlərimin sirdaşı şer

Kəndimiz

Dağı dərəsi var, düzü ,çəməni

Yaşıl otlaqları sanki səməni

Ağaclar boy atıb qayalar təni

Nə qəşəng görünür gözə kəndimiz

***

Şəfalı yerləri, gur bulaqları

Baxçası, bostanı, meyvəsi,barı

Dadlı nemətlərin gözəl diyarı

Nə qəşəng görünür gözə kəndimiz

***

Zövq alır hər baxan mənzərəsindən

Quşlar ciggildəşən o xoş səsindən

Mən fərəh alıram hər bir kəsindən

Nə qəşəng görünür gözə kəndimiz

Allah

Ey bulud səsindən yer – göy titrədi

Külək yaman əsdi tufan kükrədi

Şimşək şaqqıltısı sanki nərədir

Yaradan hər şeyə qadirdir Allah

***

Kim haram yeyir, günah iş görür

Kimi göz qırpmadan adam öldürür

İnsanı düz yoldan nələr döndürür

Gəl etmə günahı şahiddir Allah

***

Qəlbi kinlə dolub vurur aranı

Yara üsdən təzələyir yaranı

Oxu adəm oğlu gözəl Quranı

Təkdir bu dünyada vahiddir Allah

***

Tövbə et heç zaman etmə pis əməl

Ayıl əyri yoldan doğru yola gəl

Zikr eylə, namaz qıl, aç Allaha əl

Dilə nə istəsən sahibdir Allah

Əbədi sevgi

Qəlbimin səsini dinlədim bir an

Bu ürək sənin üçün gör nələr edib

Gözlərim yağacaq bir bulud kimi

Yoxluğun o yaşı dondurub gedib

***

Səni bənzətmişdim bir gözəl gülə

Xoş keçən ömrümün hakimi idin

Bu qəlbim dənizdə kiçik bir ada

Sənsə o adanın sakini idin

***

Fikrimi, zənnimi boşa çıxardın

Mən səni heç vaxtı satmaram yada

Sən öz taleyini qoşa çıxardın

Səndən başqa kimsə sevmərəm bu dünyada

Səni

Düşdün qismətimə qızıl balıq tək

Sənlə həyatımda açdı gül –çiçək

Arzu diləyimsən ey gözəl mələk

Bəxtimə yazıbdır yaradan səni

***

Gözləri sürməli əli xınalı

Yaşaya bilmərəm səndən aralı

Bir ömür yarım ol dağlar maralı

Bəxtimə yazıbdır yaradan səni

***

Sən gəldin unutdum qüssəni –qəmi

İncə baxışların lal etdi məni

Ölsəm başqasına yar eyləmərəm

Bəxtimə yazıbdır yaradan səni

Mənim əziz qardaşlarım

Dar gündə bir-birinə

Yaxşı dost dayaq olar

Çagırıb səsləyəndə

Eşidək, soraq olaq

Qoy itməsin həyatda

Şərəfimiz ,şanımız

Dua edək Allaha

Ömrümüzün hər anı

Ya rəbbim sən qovuşdur

Yardan ayrı qalanı

İstəmərəm kimsənin

Gür çırağı sönməsin

İnsan şeytana uyub

Haqq yolundan dönməsin

Mənim əziz dostlarım

Vətən həsrəti

And içsəm yerinə

Bu torpaq üçün hər kəsin

Vətən ulu diyarım

Vuran qəlbim,nəfəsim

***

Cümlə cahan bilirki

Yaralıdır canımız

Vətən üçün dövr edir

Damardakı qanımız

***

Bir gülə bənzəyir bu

Açmamış sola bilmək

Çox çətin ağır dərddir

Vətənsiz qala bilmək

Sevgimizin sonuncu payızı

Əsdi payız küləyi

Nəsə birtəhər oldum

Yarpaqlar yerə düşdü

Gözləri yaşla doldu

***

Neçə payız ötüşdü

Beləsi olmamışdı

Ağaclar yarpaqların

Heç belə yolmamışdı

***

Çox səsləndim sevgilim

Səsimə səs vermədin

O həmişəki yerimizə

Hey çağırdım gəlmədin

***

İsdəməzdim bu payız

Kədər olsun ömrümə

Mən öləndə gələrsən

Payız adlı qəlbimə

Azərbaycan əsgəri

Qorxu bilməzlər qəti

Sərhədlərdə diqqətli

İldırım tək sürətli

Azərbaycan əsgəri

***

Sevir dağı,təpəni

Xoşdur arzu,əməli

Get inamla irəli

Azərbaycan əsgəri

***

And içib o unutmaz

Bir addım yaxın tutmaz

Düşmən hiyləsin tutmaz

Azərbaycan əsgəri

***

Səngərdə bir qoçaq tək

Vuruş düşmənə qarşı

İnşallah zəfər çalacaq

Sən oxu vətən marşı

Azərbaycan əsgəri

Son məktub

Yazdığım bu sözlər dərdimə ortaq

Məndən üz döndərib işıqlı gündüz

Qaranlıq gecələr açıbdır qucaq

Sevgilim bu sənə son məktubumdur

***

Hər kəsin son yeri məzardır-məzar

Kimi aldanaraq yolunu azar

Kimi bu həyatda doğrunu yazar

Sevgilim bu sənə son məktubumdur

***

Bir payız yağışım,qışda da qarım

Sən idin ümidim yazım, baharım

Artır gündən –günə qəmim ,qübarım

Sevgilim bu sənə son məktubumdur

***

Hər günüm acılı,ömür virandı

Qüssəli yaşamaq qəlbə ziyandı

Bir də gördün yazıq ürək dayandı

Sevgilim bu sənə son məktubumdur

***

O ötən illəri düşündükcə mən

Dağlayır sinəmi xatirələrin

Neylədin belə tez əl üzdün məndən

Bu sənə yazdığım son məktubumdur

***

Yalnızlıq çətindir alışmaq olmur

Tutulubdur nitqim danışaq olmur

Bu neçə taledir barışmaq olmur

Sevgilim bu sənə son məktubumdur

***

Həyat bir anidir biləsən gərək

Sevəndə sonadək sevəsən gərək

Səndən başqasını sevməz bu ürək

Sevgilim bu sənə son məktubumdur

Zəmanə

Bu həyat çox sıxır anlamaz məni

Ümidim qalmasın zərrə gümana

Artır gündən –günə saçımın dəni

Şair niyə belə oldu zəmanə

***

Kim –kimə inanır, kimə güvənir

Ömrün xoş çağından güllər ələnir

Dərdimin üstünə dərd səpələnir

Saralıb gül təki soldu zəmanə

***

Döyünən ürəyim dayansın gərək

Amansız dövranə dözərmi ürək

Kəsənlər bilmədi nədir düz çörək

Nifrətlə,kin ilə doldu zəmanə

***

Aldanıb dövlətə,vara gedirik

Geniş dünyamızdan dara gedirik

Bilmirəm bir belə hara gedirik

Bilmirəm bir belə hara gedirik

Sonu bilinmyən yoldu zəmanə

***

Sanki zəmanəmiz başsızdır, duldur

Kim,kimə ağadır,kim –kimə quldur

Namusda, şərəfdə, qeyrətdə puldur

Bir işə yaramaz çüldu zəmanə

***

Namərd qarşısında qul tək dikilib

Kimlər üz döndərdi dinə-imanə

Sanki doğulduğu ərşə çəkilib

Yalandan,böhtandan boldu zəmanə

Nicat Eyyubov

Bütün xəbərlər Facebook səhifəmizdə