Dəfələrlə yaralandın!

Dəfələrlə parçalandın!

Sinən üstə od qalandı.

Ana yurdum Azərbaycan!

Əl çəkmədi düşmənlərin zaman-zaman.

Torpağını işğal etdi,parçaladı.

Qız gəlinin əsir getdi.

İgidlərin qanın tökdü.

Neçə-neçə şəhidlərə məzar oldu.

Yorulmadı bu vəhşilər bu köksüzlər.

Ana yurdum Azərbaycan!

Zaman-zaman düşündülər ermənilər paşinyanlar.

Tarixləri saxdaladı, tarixinə əl atdılar.

Şuşa kimi bir qalanı, səndən alıb qopardılar.

Gecə gündüz yatmadılar,taladılar apardılar,apardılar.

Koroğlular,Babəklərin Vətənisən,can ey Vətən.

Ağılları gətirmədi: Şuşa kimi bir qalada Nadir Şahın hünəri var.

Natavanın şerləri,Bülbülümün səsi hopub divarlara.

El-obanı haraylayır fəryadına.

Xan avazı layla çalır yaralanmış torpaqlara.

Neçə-neçə abidəni dağıtdılar,

Xəritənə əl qatdılar dəyişdilər.

İzlərini yox etmək üçün,

Min yalana, min tələyə əl atdılar.

Otuz ildir silahlardan hey atdılar,özlərinə əl qatdılar.

Ağdamımımın,Fizulimi,Qubadlımı,Laçınımı dağıtdılar.

Xocalımı qaraltdılar yox etdilər.

Soyqırımla millətimi məhv etdilər.

Zəngilanı boşaltdılar.

Kəlbəcəri daşıdılar,yandırdılar.

İgidlərin haraylayir *Ana Vətən*

Yorulmadı bu qansızlar,imansızlar.

Neçə-neçə Mübarizə,neçə-neçə Poladıma məzar oldu imansızlar,vətənsizlər.

Paşinyanlar görmədilər,kor oldular.

Xarı bülbül qız gəlinsiz, boynun büküb hey ağlayır.

İnanmadı; Bu zamanın sınağından, bu odların alovundan.

Bir igid də, doğulacaq!

Babək kimi yumruğunu yerə vurub, kürsülərdən hayqıracaq, O dünyaya səs salacaq:

İngiliscə, Rusca,Öz dilində aydın açıq anlatacaq tarixini.

Paşinyan tək çaşıb qalıb,dili topuq vurmayacaq yalanlardan:

Dil yanılıb düzün deyər:

Bu gün sənə günəş doğub Azərbaycan!

Nər igidin peyda olub!

Anaların,ataların el obanın qisasını almaq üçün.

Bir igidin yumruq sıxıb,nizamlı bir ordu ilə sənə doğru gəlir Vətən!

Yaraların sarınacaq Azərbaycan!

Ayağa qalx Azərbaycan! Vıhşilərdən qisasını almaq üçün:

Baş Komandan Heydər Oğlu İlham gəlir!

Ayağa qalx Azərbaycan!

Qorxu bilməz sərkərdən var.

*Yağı düşmən* ağ bayrağı qaldır,çıx get torpağımdan!

İstəmirəm yaralanmış torpağıma silahlardan atəş açam.

Neçə dəfə yaralanıb Ana Vətən!

İstəmirəm,qaysaqlanmış yaraların mən qanadam!

Yalanlardan cana doyan Baş Komandan,

Sevgi dolu ordusu ilə,qisas üçün sənə doğru gəlir Vətən!

*Erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağından rədd olsun çıxsın!

Qarabağ Azərbaycanındır!

Qarabağ Azərbaycandır!

Ayağa qalx Azərbaycan, Azərbaycan!

Aybəniz Muxtarlı

Bütün xəbərlər Facebook səhifəmizdə