Bir quş olub uçaydıq,

Göylərdə qovuşaydıq.

Həm sevib, həm sevəydik,

Göydə qoşa süzəydik.

Bir sən, bir mən olaydıq,

Göydən yerə baxaydıq.

Göydən ilham alaydıq,

Arzulara çataydıq.

Qonaydıq dağ başına,

Gül-çiçəyin dərəydik.

Sevgimizə güllərdən,

Min bir çələng hörəydik.

Çəmənlikdə səninlə

Bir yuxuya gedəydik,

Yuxudan ayılaydıq!!!

Fərqli dünya tapaydıq.

Nə şəhidlər öləydi,

Nə ana ağlayardı.

Nə qanlar töküləydi,

Düşmən bizdən aldığı,

Yurdlar geri dönəydi,

Düşmən qaçıb gedəydi.

Nə igidlər öləydi,

Nə körpə ağlayaydı.

Girov qalan yurdumda,

Bayrağım sancılaydı.

Azərbaycan güləydi,

Güldən çələng hörəydim.

Biz danışıb güləydik,

Dünyadan kam alaydıq.

Xəyallar qanadında, qanadlanıb uçaydıq,

Sevgidən kam alaydıq.

Yurdumun oğlu-qızı arzusuna çataydı,

Nişan-büsat olaydı.

Azərbaycan bayrağı göylərə ucalaydı,

Şəhidlərin qisası tezliklə alınaydı.

Vətənimin dörd yanı,

Gül-çiçək bəzəyəydi.

Elim xoşbəxt olaydı,

Körpələrin gülüşü yurduma can verəydi.

Azərbaycan can vətən,

Sənə qurban olaydım.

Sənə heyran olaydım,

Səninlə ucalaydım.

Sülhün «əziz» bayrağın ucalarda tutaydım,

Ölkələrin içində birinci sən olaydın.

Zəfər birinci olaydı, qələbə çalınaydı,

«Azadlığın carçısı» Azərbaycan olaydı.

Xəyallarım çin olacaq!

Ana vətən ucalacaq!

Düşmən bağrı yarılacaq!

Yaşa ana, yaşa Vətən!

Azərbaycan, Azərbaycan!

Oruclu Ayşən

Bütün xəbərlər Facebook səhifəmizdə