Ayşən Oruclu

SEVGI NƏĞMƏSI

Bir bülbülə çevrilib qızıl gülün eşqinə
Gözəl mahnılar desəm
Səni sevirəm desəm
Sənsiz ölürəm desəm.

Görən sevirəm sözün mənə necə deyərsən
Sənsiz ölürəm sözün mənə necə deyərsən!
Bir gül olub açılsam
Hər yana ətir saçsam

Bağ-bağçanı doldursam
Bülbülə eşq söyləsəm
Sənsiz solub kül olsam
Küləklərlə sovrulsam

Səni sevirəm desəm
Sənsiz ölürəm desəm
Görən sevirəm sözün mənə necə deyərsən!
Sənsiz ölürəm sözün mənə necə deyərsən!

Mən bir kəpənək olsam
Güllər üstünə qonsam
Güllərlə rəqs eyləsəm
Güllərdən ilham alsam

Göylərdə qanad açsam
Səni sevirəm desəm
Sənsiz ölürəm desəm
Görən sevirəm sözün mənə necə deyərsən!
Sənsiz ölürəm sözün mənə necə deyərsən!!!

ŞƏHIDLƏR CƏNNƏT QUŞU

Vətən bayrağına büründü şəhid
Düşmənə torpağı verməmək üçün
Düşmən gülləsi ilə vuruldu
Dizin yerə qoyub öpdü bayrağın

Bayrağın önündə and içdi Şəhid
Son sözün söylədi:
“Vətən Bölünməz”.
Poladı bir əsgər oldu o gündən

“İrəli əsgərlər!yaşasın Vətən”
Torpağı qanı ilə suvardı
Bayrağı qanı ilə boyadı şəhid
Vətənin “Ana” tək sevirdi şəhid.

Vətənin uğrunda can verdi şəhid
Ölməzlik adını göyə ucaltdı
İgidlik adına layiqdi şəhid
“İrəli əsgərlər! yaşasın vətən”

Torpağı qanı ilə suvardı şəhid
Vətənin uğrunda canını Verdi
Üzün yerə qoyub opüb torpağın
Torpaqda al qana boyandı şəhid

Torpağın ana tək bağrına basıb
Anasın çağırıb son nəfəsində
Torpağın üstündə can verdi şəhid
Şəhidlik adını ucaltdı Şəhid

Bu şeir qəhrəman generalımız Polad Həşimovun və onunla şəhid olan əsgərlərimiə həsr edirəm

ŞƏHİDLƏR

Düşmənə söylədi:O iyrənc əlini çək toprmağımdan!
Bu torpaq bizimdir bizim olacaq!
Poladı sinəsin sipər eylədi
Düşmənin önünə keçdi şəhidlər
Ölməzlik adını seçdi şəhidlər
Kəfəni bayraqdan seçdi şəhidlər
Generalı özünü şəhid eylədi
Vətənin gözündə ucaldı Polad
Həm anasın sevdi həm də Vətənin
Canını vətənçün qurban eylədi
Düşmənə söylədi:Bu torpaq bizimdir bizim olacaq
O iyrənc əlini çək torpağimdan
Ölməzlik adını seçdi şəhidlər
Kəfənin bayraqdan seçdi şəhidlər
Vətəcün ölümə getdi şəhidlər

ŞƏHİD FƏRYADI

Ana fəryad edir ana ağlayır
Ananın fəryadı ürək dağlayır
Balası vətənçün canından keçib
Düşmənin gülləsi bağrını deşib
Fəryad etdi anaları
Məğrur durdu ataları
Çəkilmədi dırnaqlara xınaları
Vusalına qovuşmadı şəhidlər
Sevgililər qara yaylıq bağladı
Tabutları qucaqlayıb ağladı
Sevgiləri sinələrdə köz oldu
Vətən üçün canlarından keçcilər
Sevgilərin ona qurban etdilər
Nakam getdi bu dünyadan şəhidlər
Toy görmədi bəy olmadı şəhidlər
Yarlarına qovuşmadı şəhidlər
Bu dünyadan cavan getdi şəhidlər
Vətən üçün qurban getdi şəhidlər
Bayrağını uca tutdu şəhidlər
Bu dünyadan nakam köçdü şəhidlər

BİR MƏLƏK

Analar cənnətən gəlmiş bir mələk
Onu sevmək gərək,oxşamaq gərək
Ona bu dünyaya gəlişi üçün analar önündə diz çökmək gərək
Gözəl saçlarına min sığal çəkib körpə uşaq kimi oxşamaq gərək
Dünyanının ən gözəl sevgi nəgməsin
Analar önündə söyləmək gərək
Bizlərə çaldığı həzin laylanı
Onların özünə qaytarmaq gərək
Dünyanın ən gözəl şirin varlığın
Ananı göylərə ucaltmaq gərək
Bizlərə verdiyi sonsuz sevgini
Onların özünə qaytarmaq gərək
Bizlərə çaldığı həzin laylanı
Onların özünə söyləmək gərək
Dizləri üstündə uyumaq gərək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...