Millət üz tutub sənə
Qarabağı al deyir!
Koroğlunun əmudun
Yad başına çal deyir!

Qoru dağı-aranı,
Tanı tələ quranı...
Sən cəngavər Turanı
Öz yanında bul deyir!

Başımız üzdə duman,
Hiyləgər qəvi düşman.
Qardaşınla hər zaman
Bir sırada ol deyir!

Hər yaxından, uzaqdan,
Axıb gələn bu şeytan...
Düşmanı bu torpaqdan
Çıxar yola sal deyir!

İgidlər cəm orduda,
Yanq ,türkün odunda...
Sən öz ata yurdunda,
Azərbaycan qal deyir!

Təvəkül Cəmilli
8.08.2020.

Bütün xəbərlər Facebook səhifəmizdə