Axır günü qoy əl çəkim üzünə
Nişanlı qardaşım, özgə qardaşım
Heç baxmadım mən, doyunca gözünə
Gözü sual dolu şəhid qardaşım.
Boyunu bükük qoyudun, qonşu qızını
Yolunu gözlədi illər uzunu
Əritmədik biz, tabutun buzunu
Çovğun da boranda ölən qardaşım.
Sən idin ümidim həm də pənahım
Sən idin ocağım həm qibləgahım
Yandırır dağları bil mənim ahım
Hər şeyin yerini bilən qardaşım.
Qapıya bir qara yalıq bağladım
Atanın ürəyini bil ki, dağladım
Bəylik xoncasını görüb ağladım
Gülmərəm bir daha sənsiz qardaşım.
Məktub yazıb xəbər aldım hamını
Sən tikmisdın qoyun-quzu damını
Salıb sındırmışam bəylik camını
Cam deyilmiş sən sınmısan qardaşım.
Əlifxan Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB