Fəxr olunası insan Hümbət Həsənoğlu- 65

(Esse)

Səadət Məmmədova: “...Həyatından bezən varsa, onun simasına bir göz gəzdirsin, səsinə qulaq assın, inanıram ki, yenidən yaşamaq istəyəcək”

O, dövrümüzün filosofudur. Hər aforizmində bir kitablıq fikir var. Adi bildiyimiz hadisə və situasiyalara özünəməxsus qeyri-adi baxışı var. Onun yazdıqlarını oxuduqca müdrik filosof, şəfalı həkim, sevimli müəllim, qayğıkeş ailə başçısı, dəyərli dostun tövsiyələrindən bəhrələnmək olur.

Mən onunla eyni zamanda, eyni şəhərdə yaşadığımçün, onu tanıdığımçün özümü çox şanslı insan hesab edirəm. Ondan çox şey öyrəndiyimi etiraf edirəm. Zəngin daxili mənəviyyatı var, özü də bildiklərini bölüşməkdə xəsislik etmir, əksinə, üzərinə bir maarifləndirmə missiyası götürüb və bunu şərəflə həyata keçirir. Elə şirin bir tərzdə izah edib öyrədir ki, iradəsindən asılı olmayaraq hər kəs məhz onun fiktinin düz olduğunu qəbul edir.

Bu insanın qəlbi sonsuz bir sevgi ilə doludur. Bu qədər vətənpərvər, elinə, kökünə bağlı insan çox az olur. Dostcanlı, təşəbbüskar, lider xüsusiyyətləri onu ətrafındakılara sevdirir. ... Çoooox maraqlı insandır.

O, unikal insandır. Kulinariya, tibb, psixologiya, tarixçi, yazar… Çalışdığı hər sahədə də böyük uğurlar əldə eləyir. Xasiyyəti, təbiəti də sanki yaz fəslidir. Çox xoş insandır. Üzündə daim təbəssüm olur. Həyatından bezən varsa, onun simasına bir göz gəzdirsin, səsinə qulaq assın, inanıram ki, yenidən yaşamaq istəyəcək.

Bu adam olduğu yerdə bir enerji bolluğu yaranır.

Eyni zamanda həm də çox sərt xarakterlidir. Mövqeyi dəyişməz, öz hədəfi, öz ideyası, öz məqsədi olan insandır.

Ümumiyyətlə, Hümbət Həsənoğlu maraqlı həyat yaşayıb, bu da onun dünyagörüşünü formalaşdırıb. Təbii ki, onun fərdi xüsusiyyətləri, öz düşüncə, tərbiyə və yanaşmasını ətrafında olanlar dəyişə bilməzdi. Xarakterli insandır. Onun yazdıqlarını oxuyanda görürsən ki, xarakterində insanpərvərlik və Vətən məhəbbəti əsasdır. Bütün yazılarında bu ideyalar qırmızı xətlə keçir. Müxtəlif millətlərlə yoldaşlıq, həmkarlıq edib Hümbət Həsənoğlu. Bacardıqca, onlara ancaq müsbət təsir edib.

Onun qədər həssas insan varmı, gözü görməyən xəstənin hisslərini yaşasın, arzularını duysun, situasiyanı qiymətləndirib ona düzgün olan qərarı qəbil etməyə istiqamətləndirsin?!

Vicdanlı olmağı kim onun qədər bacarır?

Haqqında sevə-sevə bəhs etdiyi Nənəsinin tərbiyəsidir, yoxsa daxili intizam?

İqtisadi sahədə də müxtəlif yüksək vəzifələrdə çalışıb. Bu sahədə də çevik analitik zəkası ilə təəccübləndirməyi bacarıb. Elimin, millətimin istedadlı insanı, Allah səni var eləsin Hümbət Həsənoğlu!

O, fəxr olunası həmyerlimizdir!

Avropa düşüncəli, novator fitrətli insan olan Hümbət həkim, həm də Cəbrayılın ənənələrinə möhkəm bağlarla bağlı yurddaşımızdır.

Düşünməyi özünə hobbi bilən, “fikirləri təsbeh kimi çevirib” bizi, baxsaq da, görmədiyimiz gerçəklikləri göstərən Doktorumuza- Hümbət Həsənoğluna Allahdan möhkəm can sağlığı arzu edirəm! Qoy sizin fikirləriniz həmişə belə bulaq kimi qaynasın!..

Səadət MƏMMƏDOVA,

Sumqayıt şəhər 4 nömrəli tam orta məktəbin direktoru

Bütün xəbərlər Facebook səhifəmizdə