125 saylı avtobusun bəzi rəzil sürücüləri və onların arxalı havvadarları haqqında


Hadisə 14 fevralda 6-7 radələrində baş verib

O gün sürücülər rəzalət kanı,
Dumanlı beyinlər şişdi gecədən.
Rəzillər döndərdi sola sükanı,
Hirslə qazı basıb keçdi küçədən.

Sərnişin, taleyin kimin əlində?
Hə günə qalıbdı görün məmləkət?
Rəzil sürüxülər çirkab selində,
Bunlardı gətirən elə fəlakət.

125-də bunlar qatar-qatardır,
Tam dürüst adamlar etməz buna şəkk,
Onların yeganə adı qatıqdır,
Çünki nə atdılar, nə də ki, eşşək.

Rəzillər sərnişin dayışır, Allah,
Nə xəstə sayırlar, nə də ki, ahıl.
Onları sükana oturtmaq günah,
Rəzalət yığını hər biri kəmağıl.

Arxa-dayağının dəmi-dəstəyi,
Aşıb-daşmaqdadı imkanı belə.
Yox rəzilə vermək cəza istəyi,
Bunlar qulağacan çirkab selində.

Adam var rəftarı, əməlləri pis,
Rəzil-rüzülləri yığıb yanına.
Kürsüyə çıxmağa öyrəşən rəis,
Əsla, turş deməmiş öz ayranına.

Xoş belə mühitdə avazları da,
Dəstək verdikləri rəzil, şarlatan.
Sirkə tək çox tünddür məcazları da,
Hər şikayətçiyə atırlar böhtan.

Dil-dodaq gəmirir, əl-ayaq yeyir,
Deyir yalançısan, sürücülər yox.
Bunu nazirliyin işçisi deyir,
Falçı, kart fırladan, görücülər yox.

İşi düz aparsa nazirlik, bəlkə
Sonucda rəzillər görəcək zərər.
İdarə olunur qanunla ölkə,
Onsuz da ədalət çalacaq zəfər.

Valeh Məhərrəmli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...