Sözləri: Ramiq Muxtar
Musiqisi: Aydın Ağasıyev

(Nəğmə)

Azərbaycan adın ilə öyünür,
El-obanın qəlbi sənlə döyünür.
Hər addımda xoş əməlin görünür,
Sənsən ümid, son pənahı bu xalqın,
Baş Komandan olmağına var haqqın.

Heydər Ata ziyası var üzündə,
Min məna var söhbətində, sözündə.
Azərbaycan bir dünyadı gözündə,
Sənsən ümid, son pənahı bu xalqın,
Baş Komandan olmağına var haqqın.

Şuşa adlı bir nisgil var uzaqda,
Xarı bülbül ağlar qalıb yaylaqda.
Toy-büsat var zəfər günü qabaqda,
Sənsən ümid, son pənahı bu xalqın,
Baş Komandan olmağına var haqqın.

Bu torpağın mən də əsgər qızıyam,
Döyüşçüyəm, hər əmrinə hazıram.
Şəhid olsam, taleyimdən razıyam,
Sənsən ümid, son pənahı bu xalqın,
Baş Komandan olmağına var haqqın.

Ali Baş Komandan İlham Əliyevə həsr olunmuş
mahnıyа əməkdar artist Təranə Vəlizadənin ifasında
klip çəkilmişdir.

Ramiq Muxtar,

Prezident təqaüdçüsü, "Şərəf" ordenli,
Rəsul Rza adına Beyənlxalq Mükafatı laureatı

Bütün xəbərlər Facebook səhifəmizdə