Mən səni sevgimə Günəş, Ay bildim,
Qəlbimə süzülən bulaq, çay bildim,
Gizlində ağladım, aşkarda güldüm,
Səndə mərhəmət yox, səndə insaf yox.

Sevmişəm sevgimdən dönən deyiləm,
Günəşəm, atəşəm sönən deyiləm,
Bu günəm, sabaham, dünən deyiləm,
Səndə mərhəmət yox, səndə insaf yox.

Dözəcək hicrinə bu dəniz qəlbim,
Tapacaq yolunu yelkənsiz gəmim,
Nə edim, gətirmir bəxtim-taleyim,
Səndə mərhəmət yox, səndə insaf yox.

Ramiq Muxtar,
Prezident təqaüdçüsü, "Şərəf" ordenli,
Rəsul Rza adına Beyənlxalq Mükafatı laureatı

Bütün xəbərlər Facebook səhifəmizdə