Günəş sənə tellərindən,
Ağ gəlinlik paltar biçib.
Anan sənə Mehin deyib,
Gözəl adı özü seçib.

Adın kimi sərin meh ol,
Əs çiçəklər, güllər üstə.
Əllərini Tanrıya aç,
Qismətini ondan istə.

İsti ata ocağına,
Şölə saçır nur çırağın.
Gün olsun ki, bu çıraqla,
İşıqlansın ər otağın.

Qoy cehizin vəfa, ilqar,
Bir də sevən ürək olsun.
Böyü qızım sən bəxtiyar,
Çiçək açsın istək arzun.

Ramiq Muxtar,

Prezident təqaüdçüsü, "Şərəf" ordenli
Rəsul Rza adına Beynəlxalq Mükafatı laureatı

Bütün xəbərlər Facebook səhifəmizdə