Arzu xanıma
Dünyam qədər gözəlsən,
Ruhumu oxşayan qız.
Göydən gələn mələksən,
Yoxsa parlaq bir ulduz.
Ürkək baxışınla sən,
Qəlbi oda yaxırsan.
Niyə kənar dayanıb,
Oğrun-oğrun baxırsan.
Həyat eşqi gözündə,
Bulaq kimi çağlayır,
Ürək dözmür hicrana,
İçim-içim ağlayır.
Sevgi nəğmələrimin,
İlkisən, əzəlisən.
Sən qızların sultanı,
Gözəllər gözəlisən.
Ramiq Muxtar,
Prezident təqaüdçüsü,
"Şərəf" ordenli,
Rəsul Rza adına Beyənlxalq
Mükafatı laureatı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB