Müğənni Lalə Məmmədovaya

Şirin, incə təbəssümün,
Qız, qəlbimdə od qaladı.
Ürəyimdən ürəyinə,
Məhəbbətim körpü saldı.

Sevgim oyaq qalsın deyə,
Gözlərimi yummadım mən.
Sübhə qədər göz önümdə,
Heykəl olub dayandın sən.

İndi əlin əlimdədir,
Qaçsan qoşa qaçasıyıq.
Gözlədiyim sözü desən,
Səmalara uçasıyıq.

Qoy çağlayan dağ çeşməsi,
Qəlbimizə gəlib dolsun.
Gec də olsa, biz qovuşduq,
Keçənlərə keçmiş olsun.

Ramiq Muxtar,

Prezident təqaüdçüsü, "Şərəf" ordenli,
Rəsul Rza adına Beyənlxalq Mükafatı laureatı

Bütün xəbərlər Facebook səhifəmizdə