"Əlvida" və "Sənsiz mən nəyəm" mahnılarının mətnləri həyatdan nakam köçmüş xeyriyyəçi-hakim Mətanət Qurbanovanın əziz xatirəsinə ithaf olunur

Bir yaz idim, fələk qırdı gülümü,
Kaman idim, qopardılar telimi,
Bir dərd tapdım, dərdə saldım elimi,
Mənli dünya, mənsiz dünya, əlvida...

Kölgəsinə sığındığım xan çinar,
İki qəlbin səndə neçə sirri var?
Mənsiz gəlsə görüşünə nazlı yar,
Mənli dünya, mənsiz dünya, əlvida...

Eşqimizə şahid olan buz bulaq,
Anam bulaq, bacım bulaq, qız bulaq,
Demə nakam gəlib keçdi bir qonaq,
Mənli dünya, mənsiz dünya, əlvida...

Ramiq Muxtar,
Prezident təqaüdçüsü, "Şərəf" ordenli,

Rəsul Rza adına Beyənlxalq Mükafatı laureatı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...