Dostum R.Rövşənə
Getdim siz olmayan yerə,
Odu sönmüş ocaq gördüm.
Ovçusundan küsən dərə
Gözü yaşlı bulaq gördüm.
Baxdım Sultan zirvəsinə,
Tənha idi qoca qartal.
İtirmişdi öz yarını,
Heykəlləşib durmuşdu lal.
Gözlərindən oxunurdu,
Dəyişibdi şahlıq xalı.
Tənhalığa dözməyirdi,
Yardan ayrı dağ qartalı.
Yamaclardan gül-çiçəklər,
Boylanırdı ona sarı.
Erkək qartal min vəch ilə,
Gözləyirdi itkin yarı.
Göy üzündə ağ buludlar,
Geyinmişdi qara libas,
Zirvələrin sahibinə,
Bütün aləm tutmuşdu yas.
Qısqanc qartal şübhələrdən
Öz içində alışırdı.
Təki xəyanət olmasın,
Ölümüylə barışırdı.
Qanadların o, açmadan,
O, tullandı yerə sarı.
Gözləriylə gəlib gördü
İlan çalmış itkin yarı.
Ramiq Muxtar,
Prezident təqaüdçüsü, "Şərəf" ordenli,
Rəsul Rza adına Beyənlxalq Mükafatı laureatı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB