Lilpar CƏMŞİDQIZI

Mətin dayan Azərbaycan

Əyilməsin daha başın,

Bahar olsun qarlı qışın.

Var arxanda dost yoldaşın,

Mətin dayan Azərbaycan.

Dərdi, qəmi sil gözündən,

Od saçılsın hər sözündən.

Gülüş yayılsın üzündən,

Mətin dayan Azərbaycan.

Ölkəm gözəl, zaman gözəl,

Torpağıma uzanıb əl.

Yıxa bilməz səni yüz əl,

Mətin dayan Azərbaycan.

Məhşur oldun sərvətinlə,

Dözüm, vüqar, qeyrətinlə.

Fəxr eylə sən millətinlə,

Mətin dayan Azərbaycan.

Qara qızıl şöhrət tacın,

Başqasına yox möhtacın.

Tez zamanda bitər acın,

Mətin dayan Azərbaycan.

Çox tapdandın, çox əzildin,

Yumağa döndün çözüldün.

Xəyanətlədən üzüldün,

Mətin dayan Azərbaycan.

Azəriyik qanımız saf,

Tükənib dəyanət, insaf.

Mənfur düşmən olub əclaf,

Mətin dayan Azərbaycan.

Torpaqlarım yad əldədi,

Xarı bülbül o eldədi.

El gücün gələn seldədi,

Mətin dayan Azərbaycan.

Müsəlmanıq, islamıq biz,

Yolumuzu gedirik düz.

Azad olar torpaqlar tez,

Mətin dayan Azərbaycan.

Tarixin var dərin, zəngin,

Səmamız var təmiz, əngin.

Bütövləşərik biz bir gün,

Mətin dayan Azərbaycan.

Türkük, türkün qardaşıyıq,

Qayaların sal daşıyıq.

Azadlığın dik başıyıq,

Mətin dayan Azərbaycan.

Babalarım qoç Koroğlu,

Babəkdi çarpışan qolu.

Silinəmməz tarix yolu,

Mətin dayan Azərbaycan.

Zəfər günü yaxındadır,

Millət güclü axındadır.

Xoş günün sabahındadır,

Mətin dayan Azərbaycan.

Sıxılmasın Qarabağım,

Üzgün dayanıb torpağım.

Dalğalanar al bayrağım,

Mətin dayan Azərbaycan.

Laçın baxır Qubadlıya,

Nəbi kimi mərd atlıya.

Dönər şahin qanadlıya,

Mətin dayan Azərbaycan.

Şuşa ağlar sızım-sızım,

Deyir pozulub tarazım.

Kömək olsun oğlum, qızım,

Mətin dayan Azərbaycan.

Kəlbəcərim sərt qayadı,

Günləri rəngsiz sayadı.

Qəbul eyləməyir yadı,

Mətin dayan Azərbaycan.

Cəbrayılın solub üzü,

Zəngilanın görmür gözü.

Nə vaxt gülər yurdun üzü,

Mətin dayan Azərbaycan.

Topxanaya top düşübdü,

Xankəndi sınıb küsübdü.

Rüzgar o yerdən əsibdi,

Mətin dayanAzərbaycan.

Xocalının dərdi ağır,

Üstünə güllələr yağır.

Gur səsinlə çığır, bağır,

Mətin dayan Azərbaycan.

Güvənirik qoca, cavan,

Arxa durar bizə İlham.

Diz çökmərik heç bir zaman,

Mətin dayan Azərbaycan.

Dədə Qorqud dastanın var,

Oğuz deyib hey çəkir car.

Tarix boyu olmayıb xar,

Mətin dayan Azərbaycan.

Ordun güclü, qüvvətlidi,

İgidlərin hiddətlidi.

Səbrimizin son həddidi,

Mətin dayan Azərbacan.

Lilpar deyir Vətən yaşa,

Azadlıqla yürü qoşa.

Qələbə deyək bir başa,

Mətin dayan Azərbaycan.

Bizim dağlar

Sıralanıb, yan-yanadı,

Bizim dağlr, bizim dağlar.

Həsrət çəkir yollardadı,

Gözüm dağlar, gözüm dağlar.

Bulaqları şır- şır axar,

Kəklikotu ətir qoxar.

Qırxbuğumu yayda çıxar,

Gəlim yenə üzüm dağlar.

Yaşıl paltar geyər yanı,

Zirvəsində var tərlanı.

Ürkər, səksənər ceyranı,

Gözəlliyi süzüm dağlar.

İnci olum, ləl olum mən,

Gözəlliyə heyran sinən.

Qoy dolanım gülsün çöhrən,

Öz əlimlə düzüm dağlar.

Axtarıram o illəri,

Gül, çiçək sevdi əlləri.

Külək oxşadı telləri,

Gəlim yenə gəzim dağlar.

Şəlaləsi göz oxşayır,

Damcıları üz oxşayır.

İnsan baxanda toxtayır,

Bundan necə bezim dağlar.

Gecələri çisəklidi,

Yaşıl çəmən çiçəklidi.

Civildəşən böcəklidi,

Qorxuram ki, əzim dağlar.

Yenə gəlim görüşünə,

Qərq eyləyim öpüşümə.

Lavaşı çəkim dişimə,

Buz bulaqdan süzüm dağlar.

Nə desəm də xoşdu sənə,

Kilid vurmuram çənəmə.

Gəlim əl çəkim sinənə,

Tükənməsin sözüm dağlar.

Tapşır buluda yağmasın,

Göz yaşın yerə sağmasın.

Gələn görüşə saxlasın,

Silinməsin izim dağlar.

Lilpar baxsın əhvalına,

Sözlər yazsın xoş halına.

Başındakı ağ şalına,

Qoy toxunsun üzüm dağlar

Qoy toxunsun üzüm dağlar...

Bütün xəbərlər Facebook səhifəmizdə