Tahir ƏLƏKBƏRLI

Xalqım niyə üzülməli
Yağı düşmən əzilməli
Vətən dərdi çözülməli
Haqq, ədalət yolu ilə.

Şəhid verdik neçə-neçə
Sərgandarıq küçə-küçə
Mübarizə lap ölüncə
Haqq, ədalət yolu ilə.

Çadırlarda yaşayırıq
Qəlbdə qubar daşıyırıq
Buna çözüm aşıyırıq
Haqq,ədalət yolu ilə.

İtirilən torpaq canım
Hər damlası mənim qanım
Yağıları tutar ahım
Haqq, ədalət yolu ilə.

Bu dövran da uzun sürməz
Vətən darda, üzüm gülməz
Biz dözürük, heç kim dözməz
Haqq, ədalət yolu ilə.

Bir işıqlı gün gələcək
Yağı düşmən əziləcək
Torpaq azad ediləcək
Haqq , ədalət yolu ilə.

Bütün xəbərlər Facebook səhifəmizdə